Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3107/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi X1, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işəxx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində,məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçıCavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 000349 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə iddiaçının əldə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, qəbirstanlığın yanında yerləşən qeyriyaşayış sahəsinin, yəni sexi boşaldılaraq iddiaçının istifadəsinə və sahibliyinə verilməsi, cavabdeh tərəfindən saxta yollarla əldə edilmiş sənədlərin ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə 60 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya qeydiyyat şəhadətnaməsi ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən emalatxanada qəbir daşlarının düzəldilməsi fəaliyyəti barədə icazə verilmişdir. Həmin sexdə fəaliyyət göstərməyə iddiaçının səhhəti imkan verməmişdir. Bu səbəbdən də cavabdehlə tanış olduqdan sonra iddiaçı həmin məkanda fəaliyyət göstərmək üçün cavabdehlə müqavilə imzalamış, əlavə olaraq bütün prosessual hərəkətləri etmək üçün ona etibarnamə vermişdir. İlk vaxtlar cavabdeh onun inamını doğrultsa da, sonradan ona məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ələ keçirildiyini öyrəndiyində aldadıldığının fərqinə varmışdır. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz yollarla sənədləşdirərək ev kimi qeydiyyata almış, etibardan sui-istifadə edərək, habelə iddiaçının ahıllığından, ağır xəstəliyindən istifadə edərək həmin obyekti adına rəsmiləşdirmişdir. Bununla bağlı cavabdehlə danışıqlar nəticəsiz qalmış, prokurorluğa müraciət etsə də aidiyyatı üzrə iddiaçının məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. İddiaçı və onun vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər. Cavabdehin vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək izahat verdi ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi cavabdehə məxsusdur. İddiaçının sözügedən əmlaka dair sənədlərin cavabdeh tərəfindən qeyri-qanuni yollarla əldə edilməsi haqqında arqumenti həqiqətdən uzaqdır. İddiaçı qətiyyətlə təsis etdiyi müəssisənin yerləşdiyi obyektin ona məxsus olduğunu bildirir. Müəssisə hər hansı bir obyektdə qeydiyyatda olsa belə, bu o demək deyil ki, obyekt həmin müəssisə sahibindədir. Obyekt başqa bir şəxsin mülkiyyətində ola bilər. İddiaçı cavabdehin həmin əmlaka dair hüquqlarının əmələ gəlməsini bilavasitə ona xx xxxx 2016-cı il tarixdə verdiyi etibarnamə ilə əlaqələndirir, halbuki qanunvericiliyə görə etibarnamə ilə təmsilçi təmsil edilənin adından şəxsən özü barədə əqdlər bağlaya bilməz. Əlavə olaraq iddiaçının dəymiş maddi və mənəvi zərər üçün işin materialları arasında hər hansı bir sənəd mövcud deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, 5 №-li əmək müqaviləsinə görə işəgötürən İddiaçı işçi Cavabdeh mərasim sahəsində qəbir daşları istehsalı üzrə usta, maddi-məsul şəxs vəzifəsinə işə qəbul edir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, **********0 №-li arayışdan müəyyən olunur ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Qəbiristanlığın yanı ünvanında yerləşən obyektin olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Mülki işin materiallarında olan xx xxxxx 2002-ci il tarixli, 000349 №-li Abşeron rayponundan ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin Qeydiyyat Şəhadətnaməsindən müəyyən olunur ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında emalatxanada qəbir daşlarının düzəldilməsi fəaliyyətinə 08:00-dan 24:00-dək yerləşdirilməsinə icazə verilir. İcazənin müddəti 2 il müddətində etibarlıdır. İşin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümauəndəsinin xx xxxxxx 1994-cü il tarixli Sərəncamında müəyyən edilir ki, nümayəndəlik “Araz”kişik müəssisəsinin Masazır kənd əhalisinə mərasim xidməti göstərilməsinin təmin edilməsi üçün kənd qəbristanlığının yanında 10 sot torpaq sahəsi verilməsini məqsədəuyğun saymışdır. Mülki işin materiallarında olan Qeydiyyat Vəsiqəsindən müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndi küçəsində yaşayış sahəsi-41.0, köməkçi sahəsi-22,1 ibarət yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan faktiki hallarından müəyyən edilir ki, Mülki işin materiallarında olan xx xxxxx 2002-ci il tarixli, 000349 №-li Abşeron rayponundan ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında emalatxanada qəbir daşlarının düzəldilməsi fəaliyyətinə 08:00-dan 24:00-dək yerləşdirilməsinə 2 il müddətində icazə verilmişdir.İddiaçı iddia edir ki, emalatxananın yerləşdiyi torpaq sahəsi məhz emalatxanaya aiddir.Lakin iş materiallarından göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümauəndəsinin xx xxxxxx 1994-cü il tarixli Sərəncamında müəyyən edilir ki, nümayəndəlik “Araz”kişik müəssisəsinin Masazır kənd əhalisinə mərasim xidməti göstərilməsinin təmin edilməsi üçün kənd qəbristanlığının yanında 10 sot torpaq sahəsi verilmişdir.Həmin k\m fəaliyyəti dayandırmışdır.Bundan başqa, həmin k\m-nin qeyd edilən emalatxana ilə bağlılğını və emalatxananın isə iddiaçıya aid olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.İddiaçının həmin emalatxanada fəaliyyəti isə iddiaçının qeyd etdiyi şəhadətnaməyə əsasın 2 il müddətlə xx.xx.2004-cü ilədək məhdudlaşdırılmışdır. Bundan başqa, iş materiallarından göründüyü DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X5 tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 423903 №-li Torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndindəki 0.10 ha torpaq sahəsi Cavabdeh adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və digər tələbləri əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3107/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3107/2020
05.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver