Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-283/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla abonent müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında onun adına əsassız hesablanmış 777,60 manat borcun silinməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Həmin evi o, xx.xx.2022-ci il tarixdə almış və Cavabdeh ilə evin köhnə sakini ilə aralarında bağlanmış müqaviləyə əsasən yaşadığı ünvanda qaz sayğacı quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları qaz sayğacına baxış keçirmişlər və bizə məlumat vermədən qaz sayğacını dəyişdirmişlər. Həmin ünvana yeni qaz sayğacı quraşdırılmış və köhnə sayğacı isə özləri ilə aparmışlar. Sonradan bu barədə 18 oktyabr 2023-cü il tarixdə ******* saylı akt tərtib etmişlər. Tərtib edilmiş aktda sayğacın hesablanma mexanizminə müdaxilə olunması qeyd edilmişdir. Aktda evin köhnə sakini Ağayev Qələmhüseyn adı yazılmış və imza da onun adına olmuşdur. Bu özü onu göstərir ki, həmin akt formal olaraq tərtib edilmişdir. Belə ki, aktda evin köhnə sakinin adı qeyd edilmişdir. Həmin cərimə evin keçmiş sahibinin adına yazılmışdır. Hazırda müqavilənin onun adına keçirilməsi üçün müraciət etsə də bildirmişlər ki, borc ödənildikdən sonra müqavilə onunla bağlanıla bilər. Onun isə əsassız yazılmış cəriməni ödəmə imkanım yoxdur. -Azəriqaz» İstehsalat Birliyinin isə yalnız cərimə ödənildikdən sonra yeni müqavilə bağlanması tələbi tamamilə qanunsuz və əsassızdır. Mənim həmin evdə yaşamağım uzun müddət olsa da bu müddət ərzində müqavilə mənim adıma dəyişdirilməmişdir. Heç bir əsas olmadan ona 777,60 manat cərimə yazılması tam əsassızdır.Sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Çünki sayğacın plombu üzərində olmuş və sayğacın üzərində olan zədələnmə onun təqsiri səbəbindən yaranmamışdır. Sayğac dəyişdirilərkən plombu üzərində olmuş və gözlə görünən heç bir nöqsan olmamışdır. Dəyişilmiş sayğac laboratoriyaya göndərilmiş, yoxlama zamanı sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində vurulan zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik çızıq izlərinin aşkar olunduğu qeyd edilmişdir.O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. O, gecə-gündüz sayğaca nəzarət edə bilmər. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Aktda yazılmış sayğacın plombunun üzərində olduğu halda onun daxilində cızıq izlərinin olması onun təqsiri səbəbindən deyildir. Əgər sayğacın üzərində plomb vardırsa və sayğacın daxilindəki qüsura görə o, məsuliyyət daşımır. O, hər ay ödənişlərini etmiş və sayğaca da nəzarətçi tərəfindən nəzarət edilmişdir. Əgər sayğacda həmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Heç bir əsas olmadan ona 777,60 manat cərimə yazılması tam əsasızdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında onun adına əsassız hesablanmış 777,60 manat borcun silinməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd qetdi ki, qəbzlərdə nə qədər borc yazılıbsa onu ödəmişdilər. İndi cavabdeh deyir ki, onların borcu var. Onların heç bir nöqsanı yoxdur. Sayğacı aparıb yeni sayğac qoyublar, 4-cü massivdə bütün ünvanlar dəyişdirilmişdir. Həmin evi X2 almışdır. Cavabdeh İB məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərək, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirkı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz göndərərək bildirdi ki, İddiaçı Cavabdehnə qarşı **********00031 istehlakçı hesabı üzrə hesablanmış 777,6 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarından mübahisəsiz qaydada görünür ki, X3 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, küçə 8, ev 3A ünvanı üzrə **********00031 istehlakçı hesabı üzrə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş, qaz paylayıcının əməkdaşları və istehlakçı X4 tərəfindən imzalanmışdır. qaz itkisinə görə borc hesablanaraq istehlakçı hesabına əlavə edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, Cavabdeh ilə istehlakçılar arasında qaz təchizatı üzrə münasibətlər qazın alqısatqı müqaviləsi əsasında həyata keçirilir. Hazırki mülki işdə sonuncu qazın alqı-satqısına dair müqavilə X4 ilə Cavabdeh arasında bağlanılmışdır. Eyni zamanda iş materiallarında olan saldodan, və dəymiş ziyanın ödənilməsinə dair “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt X3 adına tərtib edilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi İddiaçı **********00031 istehlakçı hesabı üzrə hesablanmış borcun silinməsini tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına üzrə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğuya cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki ,ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X4 tərəfindən İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı müayinənin nəticələrinə dair aktdan görünür ki , Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvanda baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Daşınmza Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-10360/Q002 saylı aktında qeyd edilmişdir ki, “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq xətləri var Sayğac istismara yararsızdır” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə aşkar edilmiş və dəymiş ziyanın hesablanması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-10360/Q002 saylı aktına əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq xətləri var ” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, küçə 8, ev 3A ünvanı üzrə **********00031 saylı abonent kodu üzrə İddiaçı 777,60 manat məbləğində pul hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X5»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə(və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə),bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanınatəqdimetməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsiniistehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Abonentin saldosundan isə müəyyən olunur ki həmin borc 2022-ci ili əhatə edir. Cavabdeh İB isə iddiaçıya qarşı hər hansı bir inzibati məsuliyyət tədbiri görməmiş, iddiaçı isə məhkəmə iclasında sayğaca müdaxilə etməsini və ya qanunsuz qoşulmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. İddiaya etirazda cavabdeh tərəfindən qeyd edilən iddiaçının subyektiv hüququ yoxdur dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edir ki, işdən müəyyən olunur ki, həmin mənzilə dair xx.xx.2021-ci il tarixdə alqı satı müqaviləsi bağlamış və xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı və Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı (ünvan 3 (abonent kodu: **********00031) hesablanmış 777,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanı (ünvan 3 (abonent kodu: **********00031) hesablanmış 777,60(yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-283/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-283/2025
26.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver