Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2859/2021 25.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X10 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Daşınmaz Əmlakının dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazı İdarəsini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1390A saylı, 30800066 kodlu torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamənin AZ-İN-li053047 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən X3 məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraiət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 18.05.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir.Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1390A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahiblərinin ad, soyadı ilə şəxsiyyət təsdiq edən sənəddə göstərilən ad və soyadı arasında fərq olduğu aşkar edilmişdir.Belə ki, JN-1390A nömrəli şəhadətnamə hüquq sahibi “X4” göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “X8” kimi qeyd edildiyi aşkar edilmişdir.X5 ərizəçinin əri olmuşdur, 06.11.2019-cu il tarixdə vəfat etmişdir.Bütün bunlara əsasəndə yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ona şifahi olaraq izah edilmişdir ki,məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidir. Ərizəçi onu da qeyd etmişdir ki, ilk əvvəl məsələ ilə bağlı o Abşeron Rayon Məhkəməsinə müraiəct etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4316/2021 saylı,14.07.2021-ci il tarixli qətnaməsinə əsasən onun ərizəsi və sənədləri geri qaytarılmışdır.Ərizəsinin və sənədlərinin geri qaytarılmasına səbəb onun qeydiyyat ünvanının Bakı şəhəri Qaradağ rayonu olmasıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək,öz izahatında həmin şəhadətnaməni verən Aqrar İslahat Komissiyası hazırda mövcud olmadığından, həmin sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi mümkün olmamışdır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, bu halların nəzərə alınaraq, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və üçüncü şəxs qismində işə cəlb edilmiş Digah qəsəbə Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 18 may 2021-ci il tarixli 4 saylı Abşeron Ərazi İdarəsinin bildirişinin məzmunundan görünürki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən mərhum X3 məxsus 0.10 ha ( faktiki 0.0592 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 aprel 2021-ci il tarixli, 162101326C qeydiyyat nömrəli müraciətinə baxılmışdır.Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1390A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı arasında kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, JN- 1390A nömrəli şəhadətnamə hüquq sahibi “X4” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “X5” kimi qeyd edildiyi aşkar edilmişdir.Bundan başqa müvafiq bələdiyyənin qanunamüvafiq qaydada təsdiqlənmiş yerquruluşi olanından çıxarışının hazırkı ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” •kzərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, X5 06.11.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, X5 ilə X6 arasında 25 iyul 1985-ci il tarixdə Naxçıvan şəhəri VVAQ şöbəsində 209 saylı akt qeydi ilə nikah bağlanılmışdır.Nikahdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş JN-1390A 30800066 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmunundan görünür ki, bu şəhadətnamə Abşeron rayonu, Digah qəsəbə sakini, X1 ona görə ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə verilmiş 0,10 ha torpaq sahəsi mülkiyyətinə verilib. İş materiallarında olan Digah qəsəbəİnzibati Ərazi Dairəsi üzrə Nümayənədəliyinin 06 aprel 2021-ci il tarixli 296 nömrəli arayışın məzmunundan aydın olur ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə Digah qəsəbə sakini X2 adına verilmiş 0,10 ha torpaq sahəsinə dair JN-1390A saylı şəhadətnaməd səhvən onun adı X4 yazılmışdır. Nəzərə almağınız xahiş olunur. Ərizəçinin izahatından və iş materiallarından, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.05.2021-ci il tarixli cavab məktubundan göründüyü kimi, torpaq şəhadətnaməsində hüquq sahibinin ata adı ilə ölüm haqqında şəhadətnamədə göstərilən ata adı arasında kəskin fərq olduğu aşkar edilmişdir. Həmçinin, iş materiallarında olan Digah qəsəbə nümayənədliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə Digah qəsəbə sakini X2 adına verilmiş 0,10 ha torpaq sahəsinə dair JN-1390A saylı şəhadətnamədə səhvən onun adı X4 yazıldığı qeyd edilmişdir. bu halda, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları, ərizəçiyə məxsus olan bütün hüquqmüəyyənedici sənədlərdə ata adının “Mirnəzir” olmasını, habelə müvafiq bələdiyyə tərəfindən verilmiş arayışda müvafiq sənəddə ata adının “Mirnəzir” olduğu halda, “Mirzəəziz” kimi yalnış yazılmaısnın qeyd eidlməsi halını nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-1390A kod 30800066 saylı şəhadətnamənin X3 məxsus olması müəyyən edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsi barədə JN-1390A kod 30800066 saylı şəhadətnamənin AZ-İİ № 053047 nömərli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X3 məxsus olması barədə hüqqui əhəmiyyətli faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsi barədə JN-1390A saylı, 30800066 kodlu Şəhadətnamənin AZ-İİ 053047 №li Ölüm haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2859/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2859/2021
25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver