Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-293/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı direktoru X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 13.06.2019-cu il tarixli, 11011 saylı inventar aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2052,00 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı-Gəncə avtomagistralının 72-ci km-də yerləşməklə, həmin ünvanda fəaliyyət göstərir. 29.09.2017-ci il tarixdə İddiaçıMMC ilə Cavabdeh ASC arasında su ilə təmin olunma barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında cəmiyyətin fəaliyyət göstərdiyi obyektdə su sayğacı quraşdırılmışdır. Bu sayğacın göstəricilərinə uyğun olaraq cəmiyyət tərəfindən hər ay vaxtında pul ödənilmişdir. 13.06.2019-cu il tarixdə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən cəmiyyətin fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş və inventar aktı tərtib edilmişdir. Həmin akta əsasən guya onlar tərəfindən su sayğacından kənar, qeyri-qanuni, diametri 20 mm olan su xətti çəkilib istifadə olunur. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən torpağın altında olan su xətti qazılaraq çıxarılmış və həmin vaxt su xəttinin ağzı bağlı olmuşdur. Cavabdeh təşkilatın öz işçiləri tərəfindən həmin su xətti kəsilmiş və bundan sonra əsassız olaraq akt tərtib olunmuşdur. Qeyd edilmişdir ki, həmin akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin akt yalnız cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə tərtib edilmiş və digər şəxslərin, yəni bu işdə marağı olmayan hal şahidlərinin iştirakı təmin edilməmişdir. Yəni işin bütün halları bir daha təsdiq edir ki, cavabdeh tərəfindən tərtib olunmuş bu akt eyni zamanda həmin akt əsasında hesablanmış 2052 manat məbləğində borc tamamilə əsassız və qanunsuzdur. Ona görə də, həmin akt ləğv edilməli və onun əsasında hesablanmış borc məbləği silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı direktoru X6 iddianı müdafiə edib, onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı "xxxx" MMC-nin təsisçisi X5 ilə Cavabdeh ASC arasında su xidmətinin göstərilməsi üçün müqavilə bağlanmışdır. Abonent kartına əsasən 13.06.2019-cu ildə 11011 saylı inventar aktı əsasında Cavabdeh ASC nümayəndələri tərəfində cəmiyyətin fəaliyyət göstərdiyi əraziyə baxış keçirmişlər və su sayğacından kənar D=20 mm-lik su xətti çəkilb istifadə olunduğu aşkar olunmuşdur və tərəflərindən qeyri-qanuni su xətti dərhal dayandırılmışdır. Qanunsuz qoşulma nəticəsində cavabdehə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş akta əsasən cəmi 2052,00 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, o, Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı-Gəncə avtomagistralının 72-ci km-də yerləşən İddiaçı MMC-də fəhlə işləyir. 13.06.2019-cu il tarixdə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən cəmiyyətin fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı torpağın alt qatında D=20 mm-lik su xətti aşkar edilmiş, həmin vaxt su xəttində axıntı olmamışdır. Bundan sonra su xətti onlar tərəfindən kəsilmiş, xəttdə suyun olması aşkar edildikdən sonra isə axıntı dayandırılmışdır. Məhkəmə iddiaçı X3, cavabdehin nümayəndəsi X1 izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir. İşdə olan, iddiaçının mübahisələndirdiyi 13.06.2019-cu il tarixli, 11011 saylı inventar aktından görünür ki, cavabdehin Qaradağ rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı-Gəncə avtomagistralının 72-ci km-də yerləşən iddiaçıya məxsus obyektin su təchizatına və su sayğacına baxış keçirilmiş, məlum olmuşdur ki, abonent sayğacdan kənar (d=20 mm) xətdən qeyri qanuni olaraq sudan istifadə etmiş, kənar xətt isə tərəflərindən ləğv edilmişdir. Akt yalnız cavabdehin Qaradağ rayon Sukanal idarəsinin nümayəndələri tərəfindən imzalanmışdır, obyektin nümayəndəsi akta imza etməmişdir. Qanunsuz istifadə video çəkilişilə rəsmiləşdirilmiş və akt imzalanaraq təsdiq edilmiş, kənar xətt ləğv edilmişdir. Qanunsuz qoşulma nəticəsində cavabdehə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş akta əsasən cəmi 2052,00 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi cavabdehə təklif olunmuşdur. Akta görə yaranmış borc mülki hüquq pozuntusundan irəli gələn borcdur. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (MM-in 560.3 və 560.3.5.2-ci maddələri). “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa, “Sudan istifadə” Qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Göstərilən Qaydaların 5.1.5-ci maddəsinə əsasən istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Məhkəmə iddiaçının STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları ilə bağlı cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş videodiskə məhkəmə iclasında baxış keçirilmiş və kənar xəttin mövcudluğu faktı təsdiqini tapmamışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirməli olduğu halda qanunun həmin tələbləri də pozulmuşdur. Belə ki, su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalı və hər ay istehlakçıya bununla bağlı məlumat (hesab) təqdim etməli olduğu halda bu tələbə də əməl etməmişdir. Bu baxımdan su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərinin istehlakçı tərəfindən ödənilməsi əsaslı hesab edilə bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübuta yetmir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilir, cavabdehin iddiaya etirazlarının əsası iş üzrə təsdiqini tapmır. Belə ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edilmədiyindən, iddia haqlı sayılmalıdır. Beləliklə, məhkəmə məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı olan iddiaçı məsuliyyət daşımadığından və qeyd olunan akt iş üzrə hüquqları və qanunla qorunan mənafelərini pozulduğundan, Cavabdeh ASC-nin Qaradağ rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 13.06.2020-ci il tarixli akt ləğv edilməli və bu akt əsasında əsassız olaraq hesablanmış 2052 manat məbləğində borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ASC-nin Qaradağ rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 13.06.2019-cu il tarixli, 11011 saylı inventar aktı ləğv edilsin. İddiaçınə hesablanmış 2052.00 (iki min əlli iki) manat borc məbləği silinsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-293/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-293/2021
09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver