Məhkəmə qərarları › İş №2(002)-3027/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3027/2023

20.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3027/2023 20.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş X7 Fariz oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, Kərimov Fərid Fariz oğlu onun oğludur. X7 Fariz oğlu xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun özü Gürcüstan vətəndaşı olsa da, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı Kərimov Fariz Xıdır oğlu ilə ailə qurmuş və birlikdə ərizədə göstərilən ünvanda yaşamışlar. Həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Azərbaycan Respublikası vətəndaşı oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişlər. X7 Fariz oğluna sağlamlıq imkanlarının məhdudluğu, bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezler (ikili atetoz, xoreoatetoz tipli), nəzərəçarpan koordinasiya pozulmaları diaqnozu qoyulmuşdur. X7 Fariz oğlu demək olar ki, özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə onun övladına qəyyum təyin olunması zəruridir. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X3 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Kərimov Fərid Fariz oğluna uşaqarın sağlamlıq imkanlarının məhdudluğu - bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezler (ikili atetoz, xoreoatetoz tipli), nəzərəçarpan koordinasiya pozulmaları diaqnozu qoylmuşdur. İş materiallarında olan DYİ seriyalı ******* saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 34, 30 saylı mənzildir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimov Fərid Fariz oğlu xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 856604 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov Fərid Fariz oğlu xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kərimov Fariz Xıdır oğlu, anası Ərizəçidır. İş materiallarında olan ilkin hərbi qeydiyyata alınma haqqında İQ seriyalı 341462 saylı vəsiqənin surətindən görünür ki, Kərimov Fərid Fariz oğlu hərbi xidmətə yararsızdır. İş materiallarında olan AZE seriyalı, 03015484 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimov Fariz Xıdır oğlu xx.xx.1965-ci il tarixdə Gürcüstan, Marneuli rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Vİİ-JQ seriyalı, 447306 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov Fariz Xıdır oğlu ilə X4 17 avqust 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 042995 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov Fariz Xıdır oğlu 14 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 25 dekabr 2019-ci il tarixində 526 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2977 saylı rəyindən görünür ki, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş Kərimov Fərid Fariz oğlunda uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli əqli gerilik (imbesilik dərəcəsində) aşkar olunur. xx.xx.2005ci ildə Bakı şəhərində anadan olmuş Kərimov Fərid Fariz oğlu psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. Kərimov Fərid Fariz oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 445.0.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş X7 Fariz oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş Kərimov Fərid Fariz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar