Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-307/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1359000X9 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 45 saylı Notariat X4 tərəfindən xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı X26 İddiaçı verdiyi xx.xx.2040-cı il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamənin ləğv edilməsinin əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaş X22 xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı X26 İddiaçı ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair xx.xx.2040-ci il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə vermişdir. ƏN-İ 198855 nömrəli etibarnamə cavabdeh 45 saylı Notariat Ofisi tərəfindən qeyri-müəyyən tarixdə ləğv edilmişdir. Cavabdeh etibarnamənin ləğvini etibarnamə üzərində etdiyi Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı və MM-nin 365.1.7-ci maddəsinə dair qeydlə əsaslandırmışdır. Cavabdehin qeydindən görünür ki, etibarnamə vermiş E.Hümbətovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qərarı olmuşdur. Qaradağ rayon məhkəməsinə edilmiş sorğuya verilmiş cavabdan görünür ki, Qaradağ rayon məhkəməsində X10 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə heç bir material aşkar edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən X22 tərəfindən xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı X26 İddiaçı ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair verdiyi xx.xx.2040-ci il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə əsassız və qanunsuz ləğv edilmişdir. İddiaçı 2020-ci ilin oktyabr ayında qeyd olunan etibarnamə üzrə ona verilmiş tapşırığı yerinə yetirmək istəyərkən etibarnamənin ləğv edilməsi ona məlum olmuşdir. Bundan sonra müvafiq orqanlara müraciət edib araşdırmalar aparmış və zəruri sənədləri əldə etmişdir. Həmin sənədlərdən ona aydın olmuşdir ki, cavabdeh iddiaçını qeyd olunan etibarnamə üzrə ona verilmiş tapşırıqlarını yerinə yetirməkdən məhrum etmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdeh 45 saylı Notariat Ofisi tərəfindən X10 verdiyi xx xxxxx 2010-cu il tarixli xx.xx.2040-ci il tarixə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamənin ləğv edilməsi əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayənədsi xx xxxxxx 2020-ci il tarixli 244 № li məktubla məhkəməyə mürcaiət edərək, idida tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı etibarnamənin ləğv edilməsinin etibarsız hesab eidlməsi tələbinə dair iddia ərizəsi ilə tanış olub, bu iddianın tamamiləəsassız və qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilməməsini xahiş etmişdir. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisində X28 Henleyə bütün əmlakına sərəncam verilməsi haqqında etibarnamə vermiş və həmin etibarnaməni təsdiq etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixliqərarındanməlumolurki,Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2010-cu il tarixli 985 nömrəli rəyi ilə müəyyənedilmişdir ki, Elmağa Hümmətovda psixi xəstəlik mövcuddur və onun psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüş və o prosessual fəaliyyət qabiliyyəti olmayan hesab olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından məlum olur ki, Elmağa Hümmətova tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə göndərilməsi və müalicəsinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçirilməsi qərara alınmışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ciiltarixliqərarındanElmağaHümmətovun fəaliyyət qabiliyyəti olmayan sayılması nəticəsində onunxx.xx.2010-cuiltarixdə Bakı şəhəri 45 saylı notariat ofisində İddiaçı bütün əmlakına sərəncam verilməsi haqqında etibarnaməsinin hüquqi qüvvəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1,7-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı etibarnamənin Bakı şəhəri 45 saylı notariat ofisində saxlanılan nüsxəsində, notariat reyestrində və “Elektron notariat” informasiya sistemində xx.xx.2012-ci il tarixdə məlumat mənim tərəfimdən yerləşdirilmişdir. Bununla yanaşı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci iltarixliqərarıiləfəaliyyət qabiliyyəti olmayan sayılmış Elmağa Hümmətovun övladı Elvis Hümmətov Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 105 nömrəli sərəncamı ilə onun qəyyumu təyin edilmiş, 2020-ci ilin oktyabr ayının 08-də qəbul edilmiş 130 nömrəli sərəncamla isə həmin sərəncama dəyişiklik edilərək övladı X34 Hümmətova qəyyum təyin olunmuşdur. yuxarıda göstərilənlərə əsasən İddiaçı Xanəjməd qızının iddiası əsassız olmaqla təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayənədsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə baxış iclasında veridiyi izahatından aydın olur ki, hal-hazırda da psixiatriya mərkəzində müalicə alır. Hal-hazırda Qaradağ Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən X14 onun qəyyumudur. QİH-nin 1-ci sərəncamına əsasən X23 X11 qəyyumu təyin edilmişdi. Lakin daha sonra X12 da müəyyən xəstəliklər olduğuna görə onun müraciəti ilə QİH-nin 2-ci sərəncamına əsasən X14 X11 qəyyumu təyin edilmişdir və hal-hazırda da odur. X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qərar yoxdur, bircə notariat işi var, başqa heçnə yoxdur, o qərar olub və ona əsasən etibarnaməni ləğv edib,ancaq həmin qərarı özündə saxlamayıbdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1359000X14 məhkəmə iclasında öz izahatında atası X10 hazırda qanuni nümayəndəsi olduğunu, onların 3 uşağ olduğunu, bu uşaqlarının hamısının fəaliyyət qabiliyyətli olduğunu,aatsına həmişə onların özünün baxdığını, hətta onun bütün geyimlərini xarici ölkədən alıb gətirdiyini, atası xəstəliyi ilə əlaqədar ilk dəfə xəstəxanada yatanda bibisi və onun qızı tərəfindən atasının onlaar xəbər vermədən xəstəxandan çıxardıldığını, bu zaman atasının da bu zaman etibarnamə verdiyini, atasının spirtli içki aludəçisi olduğunu, iddiaçının bu hallardan istifadə etdiyini, atasının iddiaçıya niyə etibarnamə veridyini bilmədiyini, iddiaçının əsas məqsədinin atasına məxsus əmlakın ələ keçirilməsi olduğunu, atasının hazırda qəyyumunun onun özü olduğunu, əvvəl qardaşı olduğunu, sonra qardaşının xsətəliyi olduğundan, onun adına müvafiq sərəncamla qəyyum təyin edildiyini, mülki qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin lazım olduğu barədə onlara heç kim məlumat verilmədiyini, bu halları bilmədiyini, hazırda qəyyumu onun özü olduğundan həmin etibarnaməmin ləğv edilməsinin etibarsız hesab eidlməsini istəmədiyini, hətta həmin etibarnamə etibarlı olsa da, onu gedib özünün ləğv edəcəyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X15 məhkəmə iclasında öz izahatında X10 İ qrup əlil olduğunu, psixi xəstə olduğunu, xəstəxanada yerləşdirildiyini, ona qəyyum təyin olunduğunu , əvvəlcə oğlunun qəyyum təyin edildiyini, sonra qızı onlara müraciət edərək qəyymu qızı təyin edildiyini, onlar da sadəcə cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar olmuşdur, mülki qaydada bu halla bağlı heç bir məhkəmə qətnaməsi olmamış, habelə bununla bağlı məhkəməyə müraciət edilməyibdir, onun övladları onlaar müarciət etdiyindən, X11 barəsində müvafiq qərar olduğundan, ona qəyyum təyin edildiyini bildirmişdir. Üçüncü şəxs qismində işə cəlb edilmiş X35 və cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayənədsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs və cavabdehin Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümyəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 199 nömrəli xx xxxxxxx 2020-ci il tarixli Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X22 adından İddiaçı verilmiş etibarnamə Qaradağ rayon Məhkəməsinin qərarına əsasən ləğv edilmişdir, məktuba əlavə eidlmiş müvafiq etibarnamənin üzərində etibarnamə ləğv edilmişdir, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı sözləri qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ƏN-İ 198855 nömrəli etibarnamənin surətindən görünür ki, vətəndaş X22 xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı X26 İddiaçı ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair xx.xx.2040-ci il tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 74 № li məktubunun məzmunundan aydın olur ki, X10 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair heç bir material aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2011-ci il tarixli şəxsin prosesual fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərarın surətindən görünür ki, X22 prosesual fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 105 saylı sərəncamından görünür ki, vətəndaş X23 atası xx xxxx 1937-ci il təvəllüdlü X11 üzərində qəyyum təyin edilməsi xahişi ilə Qaradağ Rayon İcra HAkimiyyəti Başçısına mürcaiət etmişdir. Qaradaö Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il traixli qəraraı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən xx xxxx 1937-ci il təvəllüdlü X11 X16 tərəfindən rəsmən qəyyumluğa götürlməsi zərurəti yaranmışdır. Ona əsasən X17 fəaliyyət qabiliyyəti olmayan xx xxxx 1937-ci il təvəllüdlü X18 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 130 saylı sərəncamından görünür ki, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxxxx 2012-ci il tarixli 105 saylı sərəncam etibarsız hesab edilmiş və vətəndaş X19 Qaradağ rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan xx xxxx 1937-ci il təvəllüdlü X18 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 647 nömrəli xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X27 Şəxsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, 1937-ci il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan, X24 31.08.09-19.09.09-cu il və 21.02.10-26.03.10-cu il tarixlərdə adı yuxarıda qeyd olunan xəstəxanada stasionar müalicədə olmuşdur. Sonuncu dəfə E.E.Hümmətov Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı əsasında xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliy Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə qəbul olunmuş və hal-hazırda müalicəsi davam etdirilir. Məhkəmə hazırki mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Həmin Məcəllənin 362.1.-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması halında xitam verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 49-cu maddəsinə əsasən notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 79-cu bəndinə əsasən etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən,Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X24 tərəfindən onun adından bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsinə dair İddiaçı adına xx xxxxx 2010-cu il tarixli etibarnamə vermiş, etibarnamənin qüvvədə olma müddəti xx xxxxx 2040-ci il kimi qeyd edilmişdir. Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən Qaradağ Rayon Məhkəməsinin X11 “cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair xx xxxxx 2011-ci il tarixli Qərarını əsas götürərək həmin etibarnaməni Mülki Məcəllənin 365.1.7-ci maddəsinə əsasən xitam vermişdir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyini, bu barədə heç bir məhkəmə qətnaməsi olmadığını əsas gətirərək, notarisu müvfaiq etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin veridyi izahatından aydın olur ki, onun tərəfindən müvafiq etibarnamənin ləğv edilməsinə əsas X13 cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair müvafiq qərar olmuşdur. Məhkəmə bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, notariat haqqında qanunvericiliyin tələbinə əsasən etibarnaməyə xitam verilməsi mülki qnaunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhddu fəaliyyət qabiliyyətli hesab edilməsi etibarnamənəyə xitam verilməsi üçün əsasdır. Həmiçnin,mülki qnaunvericiliyin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər, fiziki şəxslərin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur, fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Eyni zamanda mülki qanunvericiliyin tələbinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Göründüyü kimi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşıdırlmaısnın prosedur qaydaları və əsaları mülki və mülki prosessual qnaunvericilikdə birmənalı, dəqiq şəkildə ehtiva edilmişdir. Belə ki, mülki və mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxs yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhddu fəaliyyət qabiliyyətli hesab edilə bilər və yalnız bu hal Mülki Məcəlləni 365.1.7-ci maddəsinə əsasən etibarnamənin xitam verilməsinin əsası qismində (fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, məhdud fəaliyyət qabiliyyəti sayılması halında) çıxış edə bilər. Həmçinin, qanunvericiliyin təhlinindən aydın olur ki, şəxsin cinayət prosessual fəaliyyət qabiliyyətli olmaması özülüyündə həmin şəxsin mülki qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi kimi qiymətləndirilməsinə əsas vermir. Eyni zamanda notariat qanunvericiliyinin tələbinə əsasən etibarnaməyəxitam verilməsinin məhz mülki qnaunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsi imperativ norma kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən müvafiq etibarnamənəyə xitam verilərkən notariat haqqında və mülki qanunvericiliyin normalarına əməl edilməmişdir. belə ki, cavabdeh tərəfindən müvafiq etibarnaməyə məhz etibarnaməni vermiş şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması halında əsası ilə xitam verildiyi halda, məhkəmə araşdrıması zamanı etibarnamə vermiş şəxs qismində çıxış edən X11 fəaliyyət qabiliyyətinin olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırlmasına dair hər hansı məhkəmə qətnaməsinin olması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə qeyd olunan normaların tələblərini rəhbər tutaraq, hesab edir ki, cavabdeh tərəfindən müvafiq etibarnamənin ləğv edilməsinə dair hərəkəti etibarsız hesab edilməli, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X32 Məhkəməsi "X6rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Məhkəmə qeyd edir ki, Kəsici müddət subyektiv hüququn qüvvədə olma müddətidir. Mülki Məcəllənin 354.1- ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.1- ci maddəsində nəzərdə tutulan kəsici müddət də ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, cavabdeh Bakı şəhəri 45 saylı Notariat X5 tərəfindən İddiaçı adına verilmiş xx xxxxx 2010-cu il tarixli ƏN-İ 198855 №-li etibarnamənin ləğv edilməsinə dair hərəkəti etibarsız hesab edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat X5 tərəfindən İddiaçı adına verilmiş xx xxxxx 2010-cu il tarixli ƏN-İ 198855 №-li etibarnamənin ləğv edilməsinə dair hərəkəti etibarsız hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-307/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-307/2021
22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver