Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3073/2024 18.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə Neftçala rayonunda anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun qızıdır. X1 xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır və onunla birlikdə həmin ünvanda yaşayır. X1 "‘kvadroplegik spastik serebral, iflic, spastik tetraplegiya, pataloji qeyri-iradi hərəkətlər, ağır dərəcəli əqligerilik” dioqnozu ilə birinci dərəcəli əlildir. Ona özü baxır, əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi qızına xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, X1nın fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda qızının fəaliyyət qabiliyyət olmayan hesab olunması onun ona qəyyum təyin olunmağı üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X8 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin çıxarışdan görünür ki, xx.xx.2006-cİ il təvəllüdlü X6 "kvadroplegik spastik serebral, iflic, spastik tetraplegiya, pataloji qeyri-iradi hərəkətlər, ağır dərəcəli əqli- gerilik” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 763127 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cİ il təvəllüdlü X3 anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3073/2024 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3150 saylı ekspert rəyindən görünür ki, X4 AĞİR DƏRƏCƏLİ UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar- körpəlikdən nevroloji əıamətlərin qeyd ediməsi, psixi inkişafda xeyli geri qalması, Bakı şəhər X5 müalicə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-kobud nevroloji əlamətlərinin qeyd olunması, ünsiyyətə çətin daxil olması, maraq dairəsinin məhdudluğu, emosianal reaksiyaların qeyri adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyətinə qarşı tənqidinin olmaması və s sübut edir.Bunları nəzərə alaraq belə qərara gəlir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə -psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cİ il təvəllüdlü X3 hər hansı psixi qüsuru vardırmı? Cavab: X4 ağır dərəcəli uşaq serebral iflici nəticəsində(F72) aşkar olunur. Bunu anamnestik məlumatlar- körpəlikdən nevroloji ilə qeyd olunur. 2-ci sual: xx.xx.2006-cİ il təvəllüdlü X3 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3-cü sual: xx.xx.2006-cİ il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? Cavab: X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı Mehdiyev İslamın sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyi ilə xx.xx.2006-cİ il təvəllüdlü X3 İ-ci dərəcəli əllilik müəyyən edilərək fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-3073/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3073/2024
18.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver