Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-31/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1 İddiaçı nümayəndəsi (qardaşı) X2 Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi,cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması,ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi,cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı «qanunsuz tikililərin sökülməsi,cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması,ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi,cavabdeh evi ilə sexinin arasında 1.02 metr məsafənin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexinə axıdılmasının qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Müşfiqabad qəsəbə X8 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli qərarını əsas tutaraq Bakı şəhəri Qaradağ rayon X8 İcraiyyə Komitəsi 06 avqust 1990-cı il tarixli M-34 nömrəli məktubu ilə ona Müşfiqabad qəsəbəsində maşın dayanacağının yanında 3x4m ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağına icazə vermişdir.Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə sahibkar kimi qeydiyyatdan keçirilmiş, bu barədə ona 34 nömrəli şəhadətnamə verilmişdir.Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı məqsədi ilə istifadəsində olan 30 kv.m torpaq sahəsinin qaynaq sexinin tikintisi üçün adına sənədləşdirilməsi barədə Müşfiqabad bələdiyyəsi 30 oktyabr 2008-ci il tarixli 12 saylı qərar vermişdir.Müşfiqabad bələdiyyəsi ilə onun arasında bağlanmış 30 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 kv.m torpaq səhəsi almışdır.Torpaq sahəsinin çizgisi Müşfiqabad bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş,çizgi Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı ilə razılaşdırılmış və təsdiq edilmişdir.Torpaq sahəsində eni 6.60 m,uzunluğu 7.10m,hündürlüyü 3.40m olan mişar daşından ibarət sex tikmişdir.Sexin damını azbes şiferlə üzləmişdir.Sexdə qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdehin əri ilə aralarında razılığa gəlmişlər ki, həyətyanı sahəsinin hasarını seximdən 1 metr ara məsafəsi saxlamaqla çəksin. Həmin hasarın tikintisi üçün cavabdehin ərinə 500 ədəd mişar daşı vermişdir. Lakin cavabdeh həmin daşlardan öz evinin tikintisi üçün istifadə etmiş, sonradan isə razılaşdığı qaydada hasarı çəkməkdən imtina etmişdir. Hasarın cavabdehin əri X9 tərəfindən inşa edildiyini güman edərək sonuncuya qarşı "istifadəsində və sahibliyində olan torpaq sahəsinə maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ona məxsus qaynaq sexinin arxasında cavabdeh Nümayəndə2 tərəfindən hasarın tikilisinin aparılmasına qadağa qoyulmuşdur. Buna baxmayaraq cavabdeh hasarı tikib başa çatdırmış, qərardada məhəl qoymamışdır. Qaradağ rayon məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiam təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verdi. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə mühəndis- texniki ekspertizaları təyin etdi və rəy aldı. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 10/2245 nömrəli 08 yanvar 2021-ci il tarixli rəyində göstərilir: “İddiaçıya məxsus sexin yan divarına bitişik vəziyyətdə mişar daşından hasarın inşa olduğu müəyyən edilmişdir. Lakin arxa divarından 30-40 sm ara məsafəsi saxlayaraq lıasarm quraşdırıldığı və təqribən 0,30-0,40 m hündürlüyündə qalxdığı müəyyən edilmişdir. İddiaçının istifadəsində olan sexə cavabdehin istifadəsində olan torpaq sahəsi istiqamətindən suyun axdığı müəyyən edilmişdir. İddiaçıya məxsus sexin divarların üzərində (cavabdehin hasarına yaxın hissədə) çatların olduğu və bunların yaranmasına səbəb iddiaçının hasarı ilə iddiaçının sexinin divarı arasımla qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer şöküntülərin və axıdılan suların tökülməsi nəticəsində əmələ gəlməsi ehtimal edilir. Cavabdeh tərəfindən quraşdırılmış hasarın iddiaçıya aid sexə aidiyyəti olmadığı müəyyən edilmişdir.Lakin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılmsı nəticəsində iddiaçının sexinə axıdılan su (gölməçə) sexdəki normal fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilir. İddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 30-40 sm olduğunu nəzərə alaraq inşa olunmuş hasar Məcəllənin 69.5.2-1 maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar 1,02 m ara məsafəsində inşa olunmalıdır. İddiaçının sexinin və cavabdehin hasar arasında olan boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə həmin hissəyə keçid yolu açılmalı və cavabdehə məxsus yaşayış evinin su novunun istiqaməti dəyişdirilməlidir. Qərardadın doqquzuncu sualı ilə bağlı qeyd olunur ki, ayrılmış torpaq sahəsinə dair mülki iş materiallarında mütəxəssis rəyi olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı ” Apellyasiya baxışı zamanı X6 məhkəməyə təqdim etdiyi sənədlərdən məlum oldu ki, 400 kv. metr torpaq sahəsi Mtişfıqabad Bələdiyyəsinin 10 saylı 10 oktyabr 2007-ci il tarixli qərarı ilə Şaiqin arvadı Cavabdeh 512 manata satılmış, bu barədə 19 oktyabr 2007-ci il tarixdə “ Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Apellyasiya Məhkəməsinin MK-nın 2( 103)-203/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia cavabdeh olmayan şəxsə qarşı verildiyindən Qaradağ rayon məhkəməsinin 2(002)- 1798/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edildi. Məlum oldu ki, o Cavabdeh qarşı iddia qaldırmalıydır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, cavabdeh Sevda Məmmədova 400 kv.metr torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66. 69, 72, 80cı maddələrinin tələblərinə zidd olmaqla seximlə evi arasında ara məsafəsi saxlamadan yaşayış evi tikmiş, seximin yan divarına bitişik vəziyyətdə mişar daşından hasar inşa etmiş, hasarla seximin arasında keçid yolunu torpaqla doldurmuş, keçid yolu saxlamamış, cavabdehə məxsus torpaq sahəsindən və evinin navalçasından seximə su axıdılır.Nəticədə cavabdehin hasarına yaxın hissədə sexin divarları üzərində çatlar əmələ gəlmişdir. Bu çatların yaranmasına səbəb cavabdehin hasarı ilə onun seximin divarı arasında qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərinin və axıdılan suların tökülməsidir. Həmçinin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılması nəticəsində seximə axıdılan su sexdəki işimə mənfi təsir göstərir, sexdə yüksək gərginlikli cərayanla qaynaq işləri apardığına görə həyatı üçün təhlükə yaradır. 380 kVat-lıq elektrik kabeli cavabdehin tökdüyü torpağın altında qalmışdır.Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ərizədə (i.v 86) iddia ərizəsinin “xahiş etdi” hissəsində cavabdehin hasarı yerinə evi sözü yazıldığından, iddia ərizəsinin xahiş etdi hissəsinə düzəliş təqdim edilərək, Cavabdeh sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi, cavabdehin hasarı ilə onun sexinin arasında 1.02 metr məsafənin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexinə axıdılmasının qarşısının alınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi (qardaşı) X5 və iddiaçının vəkili Nümayəndə1 iddia ərizəsində səhvən cavabdehin soyadının “Məmmədova” yazıldığını bildirərək, cavabdehin soyadının “Cəfərova” kimi nəzərə alınmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq qeyd etdilər ki, cavabdeh məxsus hasar ilə ona məxsus sex arasında cəmi 20 sm məsafə var, ekspertiza rəylərindən göründüyü kimi onun sexinə cavabdehin evindən axan sular nəticəsində ziyan dəyir və 20 sm-lik məsafəyə girib həmin divarı təmir etmək ümumiyyətlə mümkün deyil, həmçinin sexlə hasar arasındakı ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyil. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsini xahiş edərək, əlavə etdi ki, onun evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması mümkündür və iddia tələbinin bu hissəsinə dair etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2007-ci il tarixli 10 saylı Müşfiqabad Bələdiyyəsinin protokolundan görünür ki,Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi,ev 4E,mənzil 9-da qeydiyyatda olan İddiaçı Müşfiqabad bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilsin və ona “X1 Haqqında” Əsasnaməyə və “Torpaq Bazarı Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Müşfiqabad qəsəbəsi ərazisində kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə istifadəsində olan -30-(Otuz) kv.m torpaq sahəsini qaynaq sexinin tikintisi üçün onun adına sənədləşdirilsin. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın məzmunundan görünür ki, Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi,ev 4E,mənzil 9-da qeydiyyatda olan Məmmədov X3 bələdiyyəsinin istifadəsində olan 30 kv.m torpaq sahəsini almışdır. İş materialalrında olan xx.xx.2021-ci il tarixli 10/3965 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində cavabdeh tərəfindən Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində məxsus qaynaq sexinin arxa divarından 20 sm aralıdan mişar daşı ilə hasar inşa edilmiş həmin hasarın üzərində qaynaq sexinin arxa divarından 40 sm aralı məsafədə plastik lövhələrdən hasar quraşdırılmışdır.Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus sexin arxa hissəsində yerləşən hasara bitişik 2,3 metr enində 3 metr hündürlükdə talvar tikilisi inşa edilmişdir.Cavabdehin istifadəsində olan torpaq sahəsində olan torpaq sahəsini və tikililər iddiaçıya məxsus qaynaq sexindən hündürdə yerləşdiyindən cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının qaynaq sexi ilə hasar arasında olan sahəyə axması nəticəsində iddiaçını tikilisində çatlar,nəmlik və.s. qüsurlar yaranmışdır.Ara məsafəsi divarın hündürlüyündən asılı olaraq,binanın,xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafəni təşkil edir.Müvafiq mütəxəssislər tərəfindən yaşayış evinin yerləşdiyi torpaq sahələrinin sərhədləri müəyyən olunduqdan sonra həmin evin inşası zamanı ara məsafəsinin saxlanılıb-saxlanılmaması müəyyən olunur. Aparaılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10/762 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexinin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarında sərhəd hasarının inşası zamanı ara məsafəsinin saxlanması nəzərdə tutulmamışdır. Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0.2 metr enində 0.5 metr dərinlikdə sahə mövcuddur.Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsində qalmış sahəni torpaq örtük tökməklə doldurmuşdur.Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir.Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkündür.Belə ki,cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrdə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən suların qarşısının alınması mümkündür.Eyni zamanda iddiaçıya məxsus qaynaq sexinin bir enişli damının suyu arxa tərəfə(mübahisəli sahəyə) axmasını nəzərə alaraq həmin sahəyə də navalçanın quraşdırılması zəruridir.Əlavə olaraq qeyd olunur ki,iddiaçının iddia etdiyi sahədə keçid yolunun nəzərdə tutulub-tutulmaması torpaq sahələrini ayıran müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən oluna bilər. Aparaılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexinin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli,72 nömrəli qərarında sərhəd hasarının inşası zamanı ara məsafəsinin saxlanılması nəzərdə tutulmamışdır.Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 46.8 kv.m) yerləşən qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0.2 metr enində 0.5 metr dərinlikdə sahə mövcuddur.Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsində qalmış sahəni torpaq örtük tökməklə doldurmuşdur.Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir. Eyni zamanda baxış zamanı iddiaçının istifadəsində olan qaynaq sexinin cavabdehin torpaq sahəsi ilə sərhəd olan arxa divarının aşağı hissəsində döşəmədən təqribən 40/50 sm hündürlükdə nəmlənmə izlərinin və eləcə də yan divarında çatların olması müşahidə olundu.Həmin çatların əmələ gəlməsinə səbəb iddiaçının qaynaq sexinin dam örtüyünün su növünün olmamasından tikilinin bünövrəsinə cavabdehin hasarı ilə iddiaçının tikilisinin arasında olmammasından tikilinin bünövrəsinə cavabdehin hasarı ilə iddiaçının tikilisinin arasında 20 sm boşluğa atmosfer çöküntülərin tökülməsi və relyef fərqinə görə yeraltı qrunt sularının axması nəticəsində qruntun boşalması səbəb ola bilər. Eyni zamanda cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsində 50 sm hündürlükdə hördüyünü və eləcə də iddiaçının giriş-çıxış yolunun, pəncərəsinin qarşısını kəsmədiyini nəzərə alaraq,cavabdehin hördüyü hasar iddiaçının sexdəki normal fəaliyyətinə mənfi təsir göstərə bilməz.Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkündür.Cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının qarşısının alınması mümkündür. Eyni zamanda iddiaçıya məxsus qaynaq sexinin bir enişli damının suyu arxa tərəfə (mübahisəli sahəyə) axmasını nəzərə alaraq,həmin sahəyə də navalçanın quraşdırılması zəruridir. İddiaçının iddia etdiyi sahədə keçid yolunun nəzərdə tutulub-tutulmaması torpaq sahələrini ayıran müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən oluna bilər. Aparaılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş **********64№-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki,göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətidir.Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır.Təqdim edilmiş cizgilərdə dəqiq istinadlar,istinad məsafələri qeyd edilməmişdir.Faktiki sahələrin ölçü və konfiqurasiyası ilə cizgidəki ölçü və konfiqurasiya arasında ciddi uyğunsuzluq olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır.Yol tərəfdən 108 mm-lik orta təzyiqli qaz xətti keçir.Bundan əlavə qəsəbədaxili yolun mərkəzindən hasara qədər olan məsafə 9 metr təşkil edir. İş materiallarına əlavə olunmuş (iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-759/2020-saylı iş üzrə təyin edilmiş) xx.xx.2021-ci il tarixli 10/2245 saylı ekspertizadan rəyindən görünür ki, iddiaçıya məxsus sexin yan divarına bitişik vəziyyətdə mişar daşından hasarın inşa olduğu müəyyən edilmişdir. Lakin arxa divarından 30-40 sm ara məsafəsi saxlayaraq hasarın quraşdırıldığı və təqribən 0,30-0,40 m hündürlüyündə qalxdığı müəyyən edilmişdir.İddiaçının istifadəsində olan sexə cavabdehin istifadəsində olan torpaq sahəsi istiqamətindən suyun axdığı müəyyən edilmişdir. iddiaçıya məxsus sexin divarların üzərində (cavabdehin hasarına yaxın hissədə) çatların olduğu və bunların yaranmasına səbəb iddiaçının hasarı ilə iddiaçının sexinin divarı arasında qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərin və axıdılan suların tökülməsi nəticəsində əmələ gəlməsi etimal edilir. Cavabdeh tərəfindən quraşdırılmış hasarın iddiaçıya aid sexə aidiyyəti olmadığı müəyyən edilmişdir.Lakin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılması nəticəsində iddiaçının sexinə axıdılan su (gölməçə)sexdəki normal fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilir. iddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 30-40 sm olduğunu nəzərə alaraq inşa olunmuş hasar Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar 1,02 m ara məsafəsində inşa olunmalıdır. İddiaçının sexinin və cavabdehin hasar arasında olan boşluğun atmosfer yağıntılarındanmühafizə olunması məqsədi ilə həmin hissəyə keçid yolu açılmalı və cavabdehə məxsusyaşayış evinin su novunun istiqaməti dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. İşin məhkəmə iclasında tədqiq edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər qonşudur, belə ki, iddiaçıya məxsus sexlə cavabdehə məxsus hasar arasında 20 sm-lik məsafə var. Tərəflər arasında mübahisəli hal: iddiaçı Cavabdeh sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi, cavabdehin hasarı ilə onun sexinin arasında 1.02 metr məsafənin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexinə axıdılmasının qarşısının alınmasını tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə işin hallarını, iş üzrə məhkəmə iclasında tədqiq edilən sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının cavabdehin hesabına alınmalı, cavabdeh tərəfindən iddiaçıya məxsus sex arasında 20 sm məsafədə tikilən hasar sökülməli, cavabdehə məxsus hasar ilə iddiaçıya məxsus sex arasında 1.02 metr məsafə saxlanılmalıdır. Beləki hazırki mülki iş məhkəmə iclasında cavabdeh tərəfin izahatları və iş üzrə müəyyən edilmiş hər 3 ekspert rəyləri ilə (xx.xx.2021-ci il tarixli 10/3965 №-li ekspert rəyi, xx.xx.2022-ci il tarixli 10/762 №-li, xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyi) cavabdehə məxsus evin navalçasından tökülən sular nəticəsində iddiaçıya məxsus sexə ziyan dəyməsi müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyindən göründüyü kimi, ekspert rəyi ilə cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu,Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkün olması müəyyən edilmişdir.) Ekspert rəyləri ilə təsdiq olunur ki, cavabdehin evi relyefcə iddiaçının sexinə nəzərən hündürlükdə olduğundan cavabdehin evinin navalçasından tökülən yağış suları sexə axıdılır və bu isə sexdə çatların və nəmin yaranmasına səbəb olur, bu səbəbdən iddia tələbi cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının cavabdehin hesabına alınması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 20 sm olduğunun ekspertiza rəyləri ilə təsdiqini tapdığını nəzərə alaraq inşa olunmuş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən iş materiallarında olan ekspert rəyləri iddiaçıya məxsus sexin hündürlüyü 3.4 m olduğu təsdiqləndiyindən, cavabdeh tərəfindən inşa olunmuş hasarın 1,02 m ara məsafəsində inşa olunmalı olduğundan iddia tələbi cavabdehə məxsus hasar ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması və iddiaçıya məxsus sexlə 20 sm ara məsafəsində cavabdeh tərəfindən inşa olunmuş hasarın sökülməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qaydasında ara məsafəsi müəyyən edilir. Məhkəmə iddia tələbini cavabdehin evi ilə iddiaçının sexi arasındakı məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi hissəsində əsassız hesab edərək qeyd edir ki, bu tələb bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi,cavabdehin hasarı ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması,ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi,cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması» tələbinə dair iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh məxsus evinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axıdılmasının qarşısı Cavabdeh hesabına alınmalı, İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikili (hasar) sökülməli, cavabdehə məxsus hasar ilə iddiaçının sexi arasında 1.02 metr ara məsafəsi saxlanılmalıdır və iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus evinin navalçasından tökülən yağış sularının Bakı şəhəri ,Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexinə axıdılmasının qarşısı cavabdeh tərəfindən alınsın. İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikili (hasar) sökülsün və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri ,Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-31/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-31/2023
24.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver