Məhkəmə qərarları › İş №2(002)-3152/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3152/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3152/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ İH) 21 sentyabr 1990-cı il tarixli 48 saylı qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qaradağ rayon XDS İK-in (indiki Qaradağ İH) 21 sentyabr 1990-cı il tarixli, 48 saylı qərarının və 031285 nömrəli xx.xx.1990-cı il tarixli orderin Ərizəçi məxsus olması barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1990-ci il tarixli 48 saylı qərarına əsasən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsi 17 saylı evin 4 saylı mənzili 13 oktyabr 1990-cı il tarixli 031285 saylı orderlə ona verilmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əskini tapmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyir, lakin arxiv arayışında və evin orderində onun adı “Sahab” əvəzinə “Sahib” kimi yazılmışdır. Adında olan bu uyğunsuzluğa görə evin sənədləşdirilməsi mümkün olmamışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Həmin qərar və order hüquqmüəyyənedici sənəddir, evin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, Rəhimə anası, Məqsəd qardaşı, Məlahət həyat yoldaşı, Yeganə qızıdır. Cəfər sağdır, vəfat etməyib. Adında yanlışlıq olub. Sahab yerinə Sahib yazılıb. Ev onun adınadır, ikiotaqlı evdir. Evin orderi adına verilib. Sahib adında heç kim olmayıb, sadəcə adı səhv qeyd edilib. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsin nümayəndəsi X3 işin məhkəmə baxışına hazırlanması ilə bağlı iclasda iştirak edərək ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Maraqlı şəxsə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan, AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan SSR Qaradağ rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-ИE 305547 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Qaradağ Rayon XDS İK-nin (indiki Qaradağ RİH) tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə 48 saylı qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 17 saylı evin 4 saylı mənzilin Ərizəçi verilməsi qərara alınmışdır. Ərizəçi qeyd edilən qərarın özünə məxsus olmasının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavininin xx.xx.2024-cü il tarixli, 5-13/2-İ-46-164/24 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunduğunuz məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaradağ Rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə 48 saylı Qərarında qeyd edilmiş hüquq sahibinin soyadı və adı ilə (“İmaməliyev Sahib”) onun şəxsiyyətini təsdiq edən sənəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilən adı olan “Sahab” arasında fərq olduğu aşkar edilmiş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 17, 4 saylı mənzildə yaşayan Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 17, 4 saylı mənzilin verilməsinə dair Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə 48 saylı qərarın Ərizəçi məxsus olması halı öz təsdiqini tapmışdır, eləcə də, ərizəçinin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədə soyadı İmaməliyev, adı Sahab göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Qaradağ Rayon XDS İK (indiki Qaradağ İH) tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 48 nömrəli qərarın və 031285 nömrəli xx.xx.1990-cı il tarixli orderin surətinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ Rayon XDS İK (indiki Qaradağ İH) tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 48 nömrəli qərarın və 031285 nömrəli, xx.xx.1990-cı il tarixli orderin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar