Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3174/2024 28.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun ünvanına hesablanmış 548,55 manat borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında onun yaşadığı Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 3-cü massiv 6 saylı evə işıq sayğacı qoyulmuşdur və o, işıq sayğacından istifadə etmişdir. O, hər ay üzrə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. O, uzun müddət qızı xəstə olduğundan evdə yaşamamışdır, işıqdan istifadə etməmişdir. Bu müddət ərzində işıq pulunu ödəmədiyinə görə işığını kəsmişlər. O, evə gələndən sonra borcu 30 manat olmaqla həmin pulu ödəmişdir və nəzarətçiyə zəng etmişdir ki, gəlib elektrik enerjisini qoşsunlar. Lakin ordan gəlmədiyinə görə o, bir neçə gün işıqsız qaldığı üçün qonşuda olan elektrik montyorunu çağırmış və sonuncu gələrək işığı qoşmuşdur. Bundan sonra işıq idarəsindən gəlib sayğaca baxmışlar və bildirmişlər ki, sayğaca müdaxilə edilmişdir. Lakin həmin vaxt sayğacın plombu üstündə olmuş və heç bir müdaxilə edilməmişdir. Hazırda ona 548,55 manat borc hesablanmışdır. İşıq idarəsinin əməkdaşları sayğaca baxarkən bildirmişlər ki, işıq qoşularkən xəttə düzgün qoşulmamış və sayğac dövriyyədən kənarlaşdırılmışdır. Həmin vaxtda isə işıq cəmi 2 ay belə bir vəziyyətdə işləmişdir. Bu müddət ərzində onlar 548 manat işıq sərfiyyatı edə bilməzdilər. Bu barədə işıq idarəsinə müraciət etsə də, borcun silinməsindən imtina etmişlər. Sayğac onların evdən kənarda quraşdırılmış və onun həmin sayğaca müdaxilə etməsi mümkün deyildir. Eyni zamanda sayğaca nəzarət idarə tərəfindən edilməli idi. Əsassız olaraq ona borc hesablanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddianı müdafiə edib onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-A- 11381-5/2024 saylı məktubdan, eləcə də, məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında aktdan, 15 may 2024-cü il tarixli R seriyalı 330283 saylı aktdan görünür ki, İddiaçı elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Qaradağ RETSİ-nin əməkdaşları tərəfindən qeyd edilən ünvanda «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunması yoxlanılan zaman çıxış faz xəttinin yuvadan çıxarılaraq, giriş faz xəttinə birləşdirildiyi və elektrik hesabat sayğacının bu vasitə ilə dövrədən kənarlaşdırıldığı müəyyən edilmişdir. Bu qayda pozuntusu R 330283 saylı aktla sənədləşdirilmiş və itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə, tarif fərqi nəzərə alınmaqla 4435kVt.s (548,55 manat) elektrik enerjisi dəyərində ödəniş sənədi hazırlanmışdır. Həmçinin bildirilmişdir ki, **********00006 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil edilmiş və R 330283 nömrəli akta görə aparılmış hesablaşmanın «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun olduğu müəyyənləşdirilmişdir. Eləcə də, iddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçı elektrik enerjisi verilişinin bərpa edilməsi üçün kənar şəxsə müraciət etmiş, elektrik enerjisi verilişi həmin şəxs tərəfindən bərpa edilmişdir. Təqdim edilmiş sənədlər onu deməyə kifayət qədər əsas verir ki, elektrik enerjisinin verilişi bərpa edilib, naqillər qoşularkən (bir-birinə calaq edilərkən) elektrik enerjisi sərfiyyatının hesabatını aparan sayğac dövrədən kənarlaşdırılmışdır və kifayət qədər uzun müddət ərzində iddiaçı elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3174/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3174/2024
28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver