Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3191/2021 18.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Bakı şəhəri Qaradağ rayon Korgöz Qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Qaradağ rayon XDS-in İcrayyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 35/432 saylı qərarın X1 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,Bakı şəhəri Qaradağ rayon XDS-in İcrayyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 35/432 saylı qərarına əsasən ona fərdi evin tikilməsi üçün Korgöz qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır.Hazırda həmin torpaq sahəsində ev tikərək yaşayır.Lakin həmin qərarda onun adı “Canayəddin” əvəzinə “Canayir” kimi yazılmışdır.Hazırda İstifadə etdiyi torpaq sahəsinə dair sənədləşdirmə apararkən qərarda adının səhv yazılması müəyyən edilmiş və bu səbəbdən də torpağı sənədləşdirə bilmir.Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır.Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini özəlləşdirmək üçün lazımdır.Qeyd olunan bu halların nəzərə alınaraq, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa və dəlillərinə uyğun izahat verərək, adının səhv yazılması ucbatından həmin torpaq sahəsinə dair sənəd ala bilmədiyini, habelə həmin sənədi İcraiyyə Komitəsi veridyindən, İcra Hakimiyyəti özü tərəfindən verilmədiyindən, onların həmin sənəddəki səhvi düzəldə bilmədiklərini bildirərək, qeyd edilən halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-T N-li 170383 saylı doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE ******** № li vətəndaşın şəxsiyyət vəsiqəsinin məzmunundan aydın olur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 3\200 № li 25.10.2021-ci il tarixli Qaradağ Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş məktubun məzmunundan aydın olur ki, şəxsin sənəddə göstərilən adı, soyadı, ata adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ad, soyad, ata adı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını xüsusi icraat qaydasında məhkəmə müəyyən edir, qeyd edilənləri nəzərə alaraq, Qaradağ rayonu X6 İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 35\432 nömrəli qərarında dəyişiklik eidlməsi rayon icra hakimiyyətinin imkanı xaricindədir. İş materiallarında olan Korgöz Bələdiyyəsi tərəfindən verilmiş 28 № li 27.10.2021-ci il tarixli arayışın məzmunundan aydın olur ki, Qaradağ rayonu X6 İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 35\432 nömrəli qərarı ilə Korgöz qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv m torpaq sahəsi Ərizəçi məxsusdur. İş materialalrında olan Korgöz qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 452 № li 25.10.2021-ci il tarixli arayışın məzmunundan aydın olur ki, Ərizəçi Korgöz qəsəbəsi MİO-yeni yaşayış massivində qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon XDS-in İcrayyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 35/432 saylı Qərarın məzmunundan aydın olur ki, ailə tərkibi 1 nəfər olan, MİO-Korgöz qəsəbəsi ev 46-da yaşayan vətəndaş X4 MİO-Korgöz qəsəbəsi fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan torpaq shaəsinin ayrılması qeyd edilmişdir. Ərizəçinin izahatı və iş materialları, Qaradağ Rayonu İcra Hakimiyyətinin 25.10.2021-ci il tarixli cavab məktubu əsasında müvafiq torpaq sahəsinin ayrılmasına dair Qaradağ rayonu X6 İK-nin 20.10.1989-cı il tarixli 35\432 nömrəli qərarında hüquq sahibinin adı ilə onun şəxsiyyəti təsdiq edən sənəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilən adı arasında kəskin fərq olduğu aşkar edilmişdir. Həmçinin, iş materiallarında olan Korgöz Bələdiyyəsi tərəfindən verilmiş arayışın məzmunundan aydın olur ki, Qaradağ rayonu X6 İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 35\432 nömrəli qərarı ilə Korgöz qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv m torpaq sahəsi Ərizəçi məxsusdur. Həmçinin, Qaradağ rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda, müvafiq sənəddə yol verilmiş dəyişikliyin düzəldilməsinin İcra Hakimiyyətinin imkanı xaricində olduğu qeyd edilmişdir.Bu halda məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları, ərizəçiyə məxsus olan bütün hüquqmüəyyənedici sənədlərdə (doğum haqqında şəhadətnamə, şəxsiyyəti təsdiq edən sənəd və digər) adının “Canayəddin” kimi qeyd olunması halını əsas götürərək, habelə müvafiq bələdiyyə tərəfindən verilmiş həmin qərarda qeyd edilmiş torpaq sahəsinin məhz Ərizəçi məxsus olmasını qeyd etməsi halını nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, X4 MİO-Korgöz qəsəbəsində 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair Qaradağ Rayonu Xalq Deputatları Sovetinin İK-in 20 oktyabr 1989-cu il tarixli 35\432 nömrəli Qərarının Ərizəçi məxsus olması müəyyən edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X4 MİO-Korgöz qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 35\432 nömrəli Qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 MİO-Korgöz qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 35\432 nömrəli Qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3191/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3191/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver