Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3193/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, keçmiş Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 32 saylı qərarına əsasən verilmiş 71 saylı, xx.xx.1987-ci il tarixli orderin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, keçmiş Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli 32 saylı qərarına əsasən 05 yanvar 1987-ci il tarixdə 71 saylı orderlə Müşfiqabad qəsəbəsi, ev 5B, mənzil 32 yaşayış üçün mərhum həyat yoldaşı X4 və ailəsinə verilmişdir. Həmin qərar dövlət arxivində öz əskini tapmışdır. Lakin qərarda və orderdə həyat yoldaşının adı Əzaqə əvəzinə Əzizağa kimi yazılmışdır. Orderdə ailə üzvü kimi özü və 4 övladı yazılmışdır, həmin vaxtdan qeyd olunan mənzildə yaşayırlar. Həyat yoldaşı X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. Həyat yoldaşının ölüm şəhadətnaməsində, doğum şəhadətnaməsində və başqa bütün sənədlərində soyadı, adı və ata adı X1 yazılmışdr. Həyat yoldaşına hamı Əzizağa kimi müraciət etsə də, bütün sənədlərdə adı Əzaqə qeyd olunmuş, yalnız həmin orderdə səhvən Əzizağa kimi yazılmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər, lakin mərhum ərinin adında olan uyğunsuzluğa görə mənzilin özəlləşdirilməsi mümkün olmur. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Maraqlı şəxsnə müraciət etmiş, ona hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, ərizəçinin qırx ilə yaxındır ki, qonşusudur. Ərizəçinin mərhum həyat yoldaşı quşçuluq fabrikində işləyirdi. Həmin iş yerindən ona da, ərizəçinin həyat yoldaşına da təxminən 1986-1987-ci il illərdə ev verilmişdir. Ərizəçinin mərhum həyat yoldaşının adının sənədlərdə Əzaqə olduğu ona məlum olmamışdır, sağlığında hamı ona Əzizağa kimi müraciət edirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, ərizəçi ilə 2000ci ildən qonşudur. Ərizəçinin mərhum həyat yoldaşını Əzizağa kimi çağırırdılar, sənədlərdə adının Əzaqə olduğunu bilmirdilər. Ərizəçi həyat yoldaşı Əzizağa, habelə 2 oğlu, 2 qızı ilə Müşfiqabad qəsəbəsi, ev 5B, mənzil 32-də yaşayıblar. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan, Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 32 saylı qərarından görünür ki, X2 mənzilin verilməsi barədə qərar təsdiq edilmişdir. İş materiallarında olan Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 32 saylı qərarına əsasən verilmiş 71 saylı, xx.xx.1987-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, 5B saylı evin ümumi sahəsi 50,15 kv.m olan 32 saylı mənzili X2 alə tərkibi ilə (həyat yoldaşı, iki oğlu, iki qızı ilə) birlikdə verilmişdir. İş materiallarında olan İ-JQ seriyalı, 340081 saylı saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 xx.xx.1976-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında İsmayıllı rayonunda qeydiyyat aparılmışdır. İş materiallarında olan İZ seriyalı, ******* saylı hərbi biletin və əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1951-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İE seriyalı, 326241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 yanvar 1951-ci il tarixdə anadan olmuşdur, anası X7, atası X3r. İş materiallarında olan X4 məxsus AZE No 03604363 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1951-ci il tarixdə İsmayıllı rayonu, Pirəbilqasımlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 818594 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə İsmayıllı rayonu, Şəbyan kəndində anadan olmuşdur, Müşfiqabad qəsəbəsi, ev 5B, mənzil 32 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, ərizəçinin mərhum həyat yoldaşının doğum, ölüm, nikah haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində, əmək kitabçasında, hərbi biletində qeyd olunan məlumatlar, maraqlı şəxsin həmin orderdə düzəliş etməkdən imtina etməsi halları nəzərə alınaraq, ərizə təmin edilməli, Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 32 saylı qərarına əsasən verilmiş 71 saylı, 05 yanvar 1987-ci il tarixli orderin X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 32 saylı qərarına əsasən verilmiş 71 saylı, 05 yanvar 1987-ci il tarixli orderin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3193/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3193/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver