Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3195/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X16 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsə kimi tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 6 saylı evin 44 saylı mənzilinin mülkiyyətçisi X10 tərəfindən imzalanmış 03.11.2019-cu il tarixli vəsiyyətnamənin təsdiqlənməsi və onun vəsiyyət üzrə vərəsə kimi tanınması barədə qətnamə qədul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X17 izahatında bildirdi ki, iddiaşı İddiaçı 20 ildən artıq müddət olar ki, mərhumə X10 ilə vətəndaş nikahında olmaqla, birgə təsərrüfat aparmışlar. Hal-hazırda ona məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 6 saylı evin 44 saylı mənzilində yaşayır, mənzili faktiki olaraq onun sahibliyində və istifadəsindədir. O, X1 ölümündən sonra birgə yaşadıqları mənzildən 03.11.2019-cu il tarixli ev vəsiyyətnaməsi aşkar etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, vətəndaş nikahında olduğu X10 tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən ona vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin cavabdeh ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmiş, ona vərəsəlik hüququnun tanınması ilə bağlı notariat ofisinin yerləşdiyi yerin məhkəməsinə müraciət etmək huququ izah edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş, X13 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, vəfat etmiş X1 anası ilə rəfiqə olmaqla yanaşı, uzun müddət mərhumənin özü ilə də dostluq münasibətlərində olmuşdur. O, İddiaçı N.Malaxovanın əri kimi tanımış, vəsiyyətnamə tərtib edilən zaman şahidlik etmiş, həmçinin həmin vəsiyyətnaməni imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş, X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, X4ynanası X5 yaxın rəfiqəsi idi. Onunla qaynanası vasitəsi ilə tanış olmuş, vəsiyyətnamənin tərtib edilməsində iştirak etmiş, şahid qismində həmin vəsiyyətnaməni imzalamışdır. Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırmaqla, məhkəməyə çağrılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını münkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrinini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisinin X18 ünvanlanmış 20 sentyabr 2021-ci il tarixli, 2343 saylı məktubdan görünür ki, onun 18.09.2021-ci il tarixdə daxil olmuş X2 miras qalmış əmlaka dair mirasın qəbulu ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciəti əsasında 233/221 nömrə ilə vərəsəli işi açılaraq vərəsəlik işinin açılması ilə əlaqədar təqdim etdilmiş sənədlər araşdırılmış və X16 qanun üzrə vərəsə olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş vəsiyyətnamə isə qanunvericiliyə uyğun tərtib edilmədiyi üçün ona vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən vərəsə olduğunun təsdiq edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 27 yanvar 2017-ci il tarixli Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, 20.02.1960-cı il təvəllüdlü X10 Bakı şəhərində anadan olub, atası X15 anası isə X19b. Sabunçu rayon qeydiyyat şöbəsinin həmin tarixli digər arayışına əsasən, 14.01.1968-ci il tarixdə 15 saylı akt qeydi ilə X15 və X21 nikahı pozulmuşdur. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X10 həqiqətən də 29.08.2021-ci il tarixdə travmatik şokdan ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.09.2021-ci il tarixdə 1691 № ilə qeyd edilmişdir. İşİş materiallarında olan Nizami rayon VVAQ şöbəsi tətəfindən verilmiş 24 iyul 1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X26 həqiqətən də 03.04.1998-ci ildə ölmüş, bu barədə 24 iyul 1998-ci ildə ölüm haqqında akt qeydləri kitabında 551 № ilə qeyd edilmişdir. İş materiallarında olan **********546 saylı, 10.09.2021-ci il tarixli 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş aktdan görünür ki, qonşular X23, X9 və X6 təsdiq edirlər ki, həqiqətən X24 və X10 20 ildən artıq müddət ərzində ər-arvad kimi birgə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. Həmçinin mərhumənin dəfn xərcləri İddiaçı tərəfindən qarşılanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X27 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çixarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 6 saylı evin 44 saylı mənzili X1 mülkiyyətində olmaqla, 28.02.2017-ci il tarixdə reyestrdə onun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1512 saylı, 04.11.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, X3 adından olan 03 noyabr 2019-cu il tarixli vəsiyyətmamədə “Сведетели: Хритинова Марина Владимировна” yazılarından aşağıdakı imza - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X3 adından olan 03 noyabr 2019-cu il tarixli vəsiyyətmamədə “Сведетели: Синицина Наталя Анатольевна” yazılarından aşağıdakı imza - X14 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, natalya Vladimirovnanın adından olan 03 noyabr 2019-cu il tarixli vəsiyyətnamədə “Малахова Н.В.” yazılarının qarşısındakı imza - X7 tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasinin: 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır: "Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir". Əsas Qanunun həmin maddəsinin 7-ci hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Göründüyü kimi, insan və vətəndaş hüquqlarının önündə yer alan mülkiyyət hüququ, o cümlədən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlakın olmasının mümkünlüyü və dövlətin vərəsəlik hüququna təminat verməsi əsas Qanun səviyyəsində təsbit edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, mülkiyyətçinin öz əmlakına, o cümlədən daşınmaz əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüquqları məhdudlaşdırıla bilməz. Mülki Məcəllənin 135-ci maddəsinə görə, əşyalar daşınmaz və daşınar ola bilər: "Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.'' Daşınmaz əmlaka mülkiyyət hüququ müxtəlif yollarla əldə edilir. Bu yollardan biri də vərəsəlikdir. Bununla bağlı notariat hərəkətləri kifayət qədər əhəmiyyətli və mürəkkəb hüquq münasibətlərinin dərin təhlili və vərəsəlik işi üzrə müvafiq tənzimləmənin və təsdiqləmənin həyata keçirilməsindən ibarətdir. Vərəsəlik münasibətləri əsasən, Mülki Məcəllə ilə tənzinlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 və 1146-cı maddələrinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qanunvericinin tələbindən göründüyü kimi, vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət edən edən özünə məxsus əmlakı evdə vəsiyyətnamə tərtib edərək, imzalamaqla hər hansı şəxsə vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Notariat haqqında” Azzərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Beləliklə, məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, iddiaşı İddiaçı X10 ilə rəsmi nikaha daxil olmasalar da onlar faktiki olaraq birgə yaşamış, təsərrüfatı birqə idarə etmişlər. İşin bu halı qonşuların iştirakı ilə tərtib edilmiş aktla da təsdiq olunur. 29.08.2021ci ildə X10 aldığı travmatik şok nəticəsində vəfat etmiş, 03.11.2019-cu il tarixdə iddiaçı həmin mənzildən ev vəsiyyətnaməsi aşkar etmişdir. Bundan sonra o, Bakı şəhəri 8 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, X10 tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən ona vərəsəlik haqqında şəhadətnamə verilməsin xahiş etmiş, lakin cavabdeh ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənın verilməsindən imtina etmiş, vərəsəlik hüququnun tanınması ilə bağlı notariat ofisinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi, X10 tərəfindən 03.11.2019-cu il tarixdə şahidlərin iştirakı ilə ev vəsiyyətnaməsi tərtib edilmiş, lakin o, 29.08.2021-ci ildə aldığı travmatik şok nəticəsində dünyasını dəyişdiyinə görə həmin vəsiyyətnaməti notarial qaydada rəsmiləşdirə, iradəsini tam ifadə edə bilməmişdir. Aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, 03.11.2019-cu il tarixli vəsiyyətnamədə olan imzalar X10, X13 və X11 tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, X1 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 6 saylı evin 44 saylı mənzilini sağlığında X18 vəsiyyət etməkdə vahid niyyəti olmuş, lakin iradəsindən asılı olmayan səbəbə görə niyyətini başa çatdıra bilməmişdir. Digər tətəfdən, həmin vəsiyyətnamə X18 X1 vəfatından sonra məlum olmuşdur ki, bu hal da vəsiyyətnamənin sirrinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki miras açılanadək vəsiyyətnamənin məzmunu gizli saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 29.08.2021-ci il tarixdə ölmüş X1 vəsiyyət üzrə vərəsəsi kimi tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 20 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 173 manat ekspertiza xərci İddiaçı aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 173 manat ekspertiza xərci ondan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 29.08.2021-ci il tarixdə ölmüş X1 vəsiyyət üzrə vərəsəsi kimi tanınsın. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat ekspertiza xərci İddiaçı aid edilsin, ekspertiza tədqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat ekspertiza xərci ondan tutularaq, ekspertiza mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Hazırkı qətnamə X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 6 saylı evin 44 saylı mənzilinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-3195/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3195/2021
15.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver