Məhkəmə qərarları › İş №2(002)-3236/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3236/2025

01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3236/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı Ərizəçi Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında hüquq müəəyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında hüquq müəəyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ərizəçi məhkəmə iclasında izahatından qeyd etdi ki, sənədlər həm özünün adı, həm də arvadının atasının adı səhv yazılmışdır. Həmçinin ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdr. Maraqlı şəxs nümayəndəsi X2 məhkəmə mülahizəsinə buraxdığını qeyd etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qeyd edilənləri, iddia ərizəsinin geri qaytarılması barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında hüquq müəəyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar