Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3292/2025 30.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İK-nın 28 mart 1990-cı il tarixli 42/94 saylı qərarının ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 42/94 saylı qərarına əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 Aprel küçəsində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 4 x 6 x 2,4 m. ölçüdə qarajın tikintisinə icazə verilmişdir. Hazırda da həmin torpaq sahəsində qaraj tikərək istifadə edir. Həmin qərarın surəti dövlət arxivində öz əksini tapmışdır. Lakin qərarda onun adı Qayvalı əvəzinə «Heyvalı» kimi yazılmışdır. Hazırda həmin qarajı özəlləşdirmək istəyir, lakin qərarda olan bu uyğunsuzluğa görə qarajın sənədləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona qarajın özəlləşdirilməsi üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, qarajın özəlləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Öncəki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il təvəllüdlüdür. - Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 28 mart 1990-cı il tarixli 42/94 saylı qərarından görünür ki, Lökbatan qəsəbəsi 1594-cü keçid 9 nömrəli evdə yaşayan X1 Lökbatan qəsəbəsi 28 Aprel küçəsində ayrılmış torpaq sahəsindən fərdi qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, 4 x 6 x 2,4 m. ölçüdə qarajın tikintisinə icazə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan qərarda torpaq sahəsi ayrılmış şəxs olan Ərizəçi adı səhvən «Heyvalı» kimi yazılmışdır. Halbuki, ərizəçinin adı bütün rəsmi sənədlərdə Qayvalıdır. - Maraqlı şəxs 29 iyul 2025-ci il tarixli 5-13/1-Ə-58-091/2025 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə İcra Hakimiyyətində baxılmışdır. Ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyənləşdirilməsini həyata keçirdiyi izah edilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin adı yuxarıda qeyd olunan – Qaradağ rayon XDS İK-nın 28 mart 1990-cı il tarixli 42/94 saylı, Lökbatan qəsəbəsi 28 Aprel küçəsində qaraj tikilisinin inşa edilməsi üçün torpaq sahəsinin ayrılmasına dair qərarında səhvən «Heyvalı» kimi yazılmışdır. Halbuki, əriəçinin adı «Qayvalı»dır və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən qərarda ərizəçinin adında səhvə yol verilərək, «Heyvalı» kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Qaradağ rayon XDS İK-nın 28 mart 1990-cı il tarixli, 42/94 saylı qərarı ərizəçi - xx.xx.1957-ci il tarixdə Qazax rayonunda doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon XDS İK-nın 28 mart 1990-cı il tarixli 42/94 saylı qərarının ərizəçi - xx.xx.1957-ci il tarixdə Qazax rayonunda doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ərizəçi müharibə iştirakçısı olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon XDS İK-nın 28 mart 1990-cı il tarixli 42/94 saylı qərarının ərizəçi xx.xx.1957-ci il tarixdə Qazax rayonunda doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3292/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3292/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver