Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3297/2025 06.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh ilə xx.xx.2023cü ildə bağlanmış kirayə müqaviləsi ləğv edilməsi, ödənilmiş 100 manat məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehla xx.xx.2023-cü il tarixdə ünvanını qeyd etdiyi mənzilə dair kirayə müqaviləsi bağlamışdır. Lakin, Cavabdeh həmin mənzildə heç vaxt qalmamış və buna görə də kirayə pulu verməmişdir. Cavabdehla Notariusa birlikdə gedərək fəaliyyətsiz olan müqavilənin ləğvi üçün dəfələrlə müraciət etmişdir. O isə əvvəllər bu məqsədlə müxtəlif vaxtlar təyin etsə də, gəlməmiş, telefonla danışarkən vaxtı olmadığını, yazdığı mesajda kirayə müqaviləsindən hər hansı bir məqsəd üçün istifadə etmədiyini və onun tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsini istəmişdir. Məhkəmə prosesinin xeyli vaxt aparacağını və məsələnin notariusda ləğvi üçün Cavabdeh yenidən zənglər etmiş, mesajlar göndərmişdir. Cavabdeh son vaxtlar zənglərinə və mesajlarına ümumən cavab vermədiyinə görə xx.xx.2025-ci il tarixdə Yasamal rayon Məhkəməsinə müraciət etdi və xx.xx.2025-ci il tarixdə iş № 2(004)- 3659/2025 saylı qərardadla Qaradağ rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə olundu. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müqavilə bağlanandan cavabdeh orada yaşamamış və kirayə haqqını ödəməmişdir. Hazırda mülkiyyətinə dair formal müqviləni ləğv etmək istəyir və cavabdeh də buna razıdır. Cavabdeh tərəfindən ona 100 manat ödənildiyindən iddia tələbinin dövlət rüsumuna dair hissədən imtina edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək, iddia tələbini qəbul etdiyini və kirayə müqaviləsinin ləğvinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etirafını nəzərə alaraq ,iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhər 6 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2023cü il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 56 kv/m olan 4 otaqlı mənzil xx.xx.2028-ci il tarixədək Cavabdeh istifadəsinə vermişdir. Məhkəmə hazırki mülki iş ilə bağlı qeyd edir ki, tərəflər arasında kirayə müqaviləsi bağlansa da, bu münasibətlər faktiki olaraq yaranmamışdır. Yəni cavabdeh müqavilə üzrə kirayə obyektindən istifadə etməmiş və kirayə haqqını ödəməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən və nəticədə iddiaçının hüquqları pozulduğundan hazırda iddiaçı onlar arasında formal olaraq bağlanmış kirayə müqaviləsinin ləğvinə dair məhkəmə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz etməyərək, kirayə müqaviləsinin ləğvini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iş üzrə cavabdehin etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi halları müəyyən edilmədiyindən iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırda məhkəmə yuxarıda sadalanan normaları və cavabdehin etirafını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən sahəsi 56 kv/m olan 4 otaqlı mənzilə dair xx.xx.2023-cü ildə bağlanmış və Bakı şəhər 6 saylı notariat ofisində təsdiqlənmiş kirayə müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən sahəsi 56 kv/m olan 4 otaqlı mənzilə dair xx.xx.2023-cü ildə bağlanmış və Bakı şəhər 6 saylı notariat ofisində təsdiqlənmiş kirayə müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-3297/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3297/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver