Məhkəmə qərarları › İş №2(002)-3314/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3314/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3314/2023 28.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Ərizəçi İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Baki Şəhəri 8 saylı Notariat Ofisini maraqlı şəxs kimi cəlb etməklə “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Baki Şəhəri 8 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə, 22 iyun 1951 –ci il tarixdə verilmiş İE seriyalı 027864 saylı, qeydiyyat nömrəsi 4 olan evlənmək haqqında şəhadətnamənin, 25 avqust 195-ci il tarixli İE seriyalı 541987 saylı doğum şəhadətnaməsinin ana qrafasında X2 adının xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi (müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi barədə sənəd) ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəyə müvafiq orqanının imtinası əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 307.2.5-cü maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisihəmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi ərizəyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Həmçinin ərizədən göründüyü kimi məzmununda yanlışlıqlar olan müvafiq sənədləri verən orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri olmasına baxmayaraq, ərizəçi isə ərizədə maraqlı şəxs kimi Baki Şəhəri 8 saylı Notariat Ofisini qeyd etmişdir. Ərizənin məzmunundan göründüyü kimi ərizəçinin doğum haqqında şəhadətnamədən “ana” qrafasında anasının soyadı yanlış olaraq “Nəcəfova” kimi qeyd edildiyindən onun anasından miras qalmış əmlaka qanuni vərəsəlik şəhadətanaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi ilk növbədə öz doğum haqqında şəhadətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizəsivə ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı Ədliyyə Nazirliyi Baki Şəhəri 8 saylı Notariat Ofisini maraqlı şəxs kimi cəlb etməklə “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar