Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3367/2025 02.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İK-nın 27 sentyabr 1991-ci il tarixli 8/236 saylı qərarının ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nın 27 sentyabr 1991-ci il tarixli 8/236 saylı qərarına əsasən ona Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi 7-ci massivdə 600 m2 torpaq sahəsi verilmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əksini tapmışdır. Həmin torpaq sahəsində ev tikməklə hazırda istifadə edir. Evin bütün kommunal xətləri mövcuddur. Torpaq vergisi ödəyir. Hazırda həmin torpaq sahəsini və torpaq sahəsində tikdirdiyi evi özəlləşdirmək istəyir, lakin arxiv arayışında onun ata adı «Mustafa» əvəzinə «Musaxan» kimi yazılmışdır. Ata adında olan bu uyğunsuzluğa görə evin sənədləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, evin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: - AZ seriyalı 444079 saylı doğum haqqında şəhadətnamədən və AZ-İ seriyalı 000264 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası Qəmər Məmmədovadır. Ərizəçinin atası X1 xx.xx.2003-cü il tarixdə ürəyin dayanmasından vəfat etmişdir. - Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 27 sentyabr 1991-ci il tarixli 8/236 saylı qərarından görünür ki, Qobustan qəsəbəsi 7-ci massivdən 600 m2 torpaq sahəsi fərdi yaşayş evinin tikintisi üçün Ərizəçi ayrılmışdır. Yuxarıda qeyd olunan qərarda torpaq sahəsi ayrılmış şəxs olan Ərizəçi atasının adı düzgün olaraq «Mustafa» kimi yazılmışdır. - Maraqlı şəxs 11 avqust 2025-ci il tarixli 5-13/2-M-73-091/2025 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə İcra Hakimiyyətində baxılmışdır. Ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyənləşdirilməsini həyata keçirdiyi izah edilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının adı yuxarıda qeyd olunan – Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 27 sentyabr 1991-ci il tarixli 8/236 saylı qərarında düzgün olaraq «Mustafa» yazılmışdır. Ərizəçinin məhkəməyə müraciət etməsinə səbəb isə qərarın özü deyil, qərarla bağlı verilmiş arxiv çıxarışında atasının adının səhv qeyd olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, hazırki iş üzrə hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 27 sentyabr 1991-ci il tarixli 8/236 saylı qərarından göründüyü kimi, həmin qərarın Ərizəçi barəsində verilməsi, ona qərarda qeyd edilən ərazidən qeyd edilən ölçüdə fərdi yaşayış evi tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması aydın və aşkar olmaqla, hər hansı yanlışlığa yol verilməmişdir. Bu səbəbdən, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Ərizəçiyə izah edilsin ki, o, yuxarıda qeyd olunan qərar barədə arxiv çıxarışında yol verilmiş səhvin düzəldilməsi üçün aidiyyəti üzrə müraciət edərək, yeni, düzün arxiv çıxarışı ala bilər. Onun özündə olan Qaradağ rayon XDS İK-nın 27 sentyabr 1991-ci il tarixli 8/236 saylı qərarında atasının adında səhvə yol verilməmiş, atasının adı sənəddə olduğu kimi Mustafa yazılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3367/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3367/2025
02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver