Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3373/2023 16.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon XDS İcraiyyə Komitəsinin 25 may 1990-cı il tarixli 44/192 saylı qərarının X7 məxsus olmasına dair faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 25 may 1990-cı il tarixli 44/192 saylı qərarı ilə mərhum atası X7 fərdi yaşayış evinin tikintisi üçün Korgöz qəsəbəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Həmin qərar dövlət arxivində öz əksini tapmışdır. Qərarla ayrılmış torpaq sahəsində ev tikilmiş və hazırda da qardaşı öz ailəsi ilə orada yaşayır. Atası 12 fevral 2006-cı il tarixdə vəfat etmişdir. Atasının vərəsəsi qardaşı və anası X2r. Bakı şəhəri 8 saylı notariat ofisində açılmış xx.xx.2023-cü il tarixli, 644 saylı vərəsəlik işinə əsasən həmin torpaq sahəsi ilə müəyyən hərəkətlər etmək səlahiyyəti verilmişdir. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər, lakin qərarda atasının adı X14 əvəzinə səhvən X13 kimi yazılmışdır. Atasının atasının adında olan bu uyğunsuzluğa görə torpağın sənədləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi onlara torpaq sahəsini sənədləşdirmək üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, torpağın sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də, maraqlı şəxs tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi X8 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 29 mart 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 183527 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 12 fevral 2006-cı il tarixdə Bakı şəhərində kəskin miokarddan vəfat etmişdir. Bu barədə 29 mart 2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən 175 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri 8 saylı notariat ofisinin 28 aprel 2023-cü il tarixli 644 saylı məktubundan görünür ki, 1940-cı ildə doğulmuş, xx.xx.2006-cı il tarixdə ölmüş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı dövlət notariat kontoruna müraciət daxil olmuş və 562/2012 nömrəli vərəsəlik işi açılmışdır. X5 vəfat etməsi ilə əlaqədar 2012-ci ildə onun vərəsələrindən X8, X11 notariat ofisinə müraciət etmişlər. Qaradağ rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 44/192 nömrəli qərarından çıxarışa əsasən Korgöz qəsəbəsi ünvanda yerləşən 600 m2 torpaq sahəsinə və üzərindəki evə mərhum X5 adına hüquqmüəyyənedici sənədin (çıxarış, texniki pasport, kadastr planı) verilməsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilərək bildirilmişdir ki, həmin hüquqmüəyyənedici sənəd verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının X4 ünvanladığı 05 may 2023-cü il tarixli məktubundan görünür ki, 3 saylı Bakı «ASAN xidmət» Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə əsasən vətəndaş X9 barəsində keçmiş Qaradağ rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 44/192 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışı Z.M.Məmmədquliyevaya göndərilmişdir. - Qaradağ rayon XDS İK-nın 25 may 1990-cı il tarixli 44/192 saylı qərarından və həmin qərardan çıxarışdan görünür ki, Korgöz qəsəbəsi ev 33 ünvanda yaşayan X6 fərdi yaşayış evi tikdirməsi üçün Korgöz qəsəbəsində ayrılmış sahədən 600 m2 həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. - Bakı şəhəri Maraqlı şəxs başçısı Aparatının 27 iyul 2023-cü il tarixli məktubundan görünür ki, X1 25 may 1990-cı il tarixli 44/192 saylı qərarda düzəliş olunması barədə müraciətinə rayon icra hakimiyyətində baxılmış və ona qeyd olunan məsələ ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin babasının adı ərizəçinin atasına torpaq sahəsinin ayrılmasına dair qərarda səhvən Aliabbas kimi yazılmışdır. Halbuki, ərizəçinin babasının adı ərizəçinin atasına aid sənədlərdə Əliabas kimi qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, Qaradağ rayon XDS İK-nın 25 may 1990-cı il tarixli 44/192 saylı qərarında fərdi yaşayış evi tikdirməsi üçün Korgöz qəsəbəsində ayrılmış sahədən 600 m2 həyətyanı torpaq sahəsi verilməsi qərara alınmış X5 ata adında səhvə yol verilərək, Aliabbas kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Qaradağ rayon XDS İcraiyyə Komitəsinin 25 may 1990-cı il tarixli, 44/192 saylı qərarı X7 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ rayon XDS İcraiyyə Komitəsinin 25 may 1990-cı il tarixli, 44/192 saylı qərarının X7 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ rayon XDS İcraiyyə Komitəsinin 25 may 1990-cı il tarixli 44/192 saylı qərarının X7 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3373/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3373/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver