Məhkəmə qərarları › İş №2(002)-3477/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3477/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3477/2023 21.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs başçısının 05 avqust 1992-ci il tarixli 1132 saylı qərarının ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs başçısının xx.xx.1992-ci il tarixli 1132 saylı sərəncamına əsasən ona 5 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilinə daimi order verilməsi qərara alınmışdır. Lakin həmin qərarda onun adı Mihbala əvəzinə səhv olaraq «Mehbala» kimi yazılmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər, lakin adında olan uyğunsuzluğa görə mənzili özəlləşdirməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona mənzili özəlləşdirmək üçün lazımdır. Həmin sərəncam hüquqmüəyyənedici sənəddir, mənzilin özəlləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, düzəliş onlar tərəfindən edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona mənzili özəlləşdirmək üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 01 iyun 1971-ci il tarixdə verilmiş AZB seriyalı 085739 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Hacbala oğlu xx xxxx 1954-cü il tarixdə Quba rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının Ərizəçi ünvanladığı 23 noyabr 2021-ci il tarixli BA-05553-2021 saylı məktubundan görünür ki, 3 saylı Bakı «ASAN xidmət» Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli müraciətə əsasən Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.1992ci il tarixli 1132 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışı Ərizəçi göndərilmişdir. - Qaradağ rayon İHB-nin xx.xx.1992-ci il tarixli 1132 saylı qərarından görünür ki, Ərizəçi (qərarda səhvən Mehbala kimi qeyd olunmuşdur) Hacıbala oğluna 5 nəfər ailə tərkibində olmaqla ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilinə daimi order verilməsi qərara alınmışdır. - 23 noyabr 1992-ci il tarixli 017054 saylı orderin surətindən görünür ki, yuxarıda qeyd olunan qərara əsasən ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilinə dair daimi order verilmiş, orderdə isə ərizəçinin adında hər hansı səhvə yol verilməmişdir. - 124 saylı MKİS-in 25 iyul 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi daimi orderlə ona verilmiş mənzildə qeydiyyatda olmaqla, orada yaşayır. - Bakı şəhəri Maraqlı şəxs başçısı Aparatının 19 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi 05 avqust 1992-ci il tarixli 1132 saylı qərarda düzəliş olunması barədə müraciətinə rayon icra hakimiyyətində baxılmış və ona qeyd olunan məsələ ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin adı ona mənzilə dair daimi order verilməsinə dair qərarda səhvən Mehbala kimi yazılmışdır. Halbuki, ərizəçinin adı digər sənədlərdə, eləcə də səhvə yol verilmiş qərara əsasən ona təqdim olunmuş orderdə Mihbala kimi qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, Bakı şəhəri Maraqlı şəxs başçısının 05 avqust 1992-ci il tarixli 1132 saylı qərarında daimi order verilməsi qərara alınmış Ərizəçi adında səhvə yol verilərək, Mehbala kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Maraqlı şəxs başçısının 05 avqust 1992-ci il tarixli 1132 saylı qərarı Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Maraqlı şəxs başçısının 05 avqust 1992-ci il tarixli 1132 saylı qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Maraqlı şəxs başçısının 05 avqust 1992-ci il tarixli 1132 saylı qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar