Məhkəmə qərarları › İş №2(002)-3658/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3658/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3658/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Ləcət bələdiyyəsinin 16.11.2007-ci il tarixli 12 saylı qərarında mərhum anası X1 adı “Sicarət” kimi qeyd olunsada, qərara əlavə olunmuş torpaq sahəsinin ayrılması ilə bağlı DTXK- nin Xaçmaz rayon şöbəsinin rəyində isə səhvən “Siracət” kimi yazılmış X2 ilə X1 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəçi ərizəsində Xaçmaz rayon Ləcət bələdiyyəsinin 16.11.2007-ci il tarixli 12 saylı qərarına əlavə olunmuş torpaq sahəsinin ayrılması ilə bağlı DTXK- nin Xaçmaz rayon şöbəsinin rəyində qeyd edilmiş “X2” ilə digər sənədlərdə olan “X3”-nın eyni şəxs olması faktının müəyyən edilməsi xahiş edildiyindən, həmin məsələyə məhkəmədə baxılmalı olmadığını nəzərə alaraq,iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarin 6-ci bəndində qeyd edilmişdir ki, 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hazırki ərizədə Ərizəçi Xaçmaz rayon Ləcət bələdiyyəsinin 16.11.2007-ci il tarixli 12 saylı qərarına əlavə olunmuş torpaq sahəsinin ayrılması ilə bağlı DTXK- nin Xaçmaz rayon şöbəsinin rəyində qeyd edilmiş “X2” ilə digər sənədlərdə olan “X3”-nın eyni şəxs olması faktının müəyyən edilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, müxtəlif sənədlərdə göstərilmiş şəxsin eyni şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmçinin, əlavə olaraq qeyd edilir ki, ərizəçi ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi”nə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar