Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3688/2025 21.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsini və Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun mərhum X3na məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev mərhum X3na məxsus olmuş və həmin evə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasport verilmişdir. Lakin həmin pasportda atasının soyadı Dəmirov əvəzinə «Daşdəmirov» kimi yazılmışdır. Həmin torpaq sahəsində ev tikərək həmin evdə yaşayırlar. X3 21 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. Atasından miras qalmış əmlakı adlarına rəsmiləşdirmək istəsələr də, atasının soyadında olan uyğunsuzluğa görə mümkün olmamışdır. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə həmin torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş evi adına sənədləşdirə bilmir. Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona həmin evə dair sənədləşdirmə aparmaq üçün lazımdır. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi olaraq müraciət edilsə də, müraciəti müsbət həll olunmamışdır. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona sənədləşdirmə işlərinin aparılması üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X12 ifadəsində bildirdi ki, ərizəçi ilə qapı qonşusudurlar. Ərizəçi atası Rüstəm kişi idi, vəfat edib. Soyadları Dəmirovdur, atasının da soyadı Dəmirov olub. X2 ifadəsində bildirdi ki, ərizəçini doğulduğu vaxtdan tanıyır. Ərizəçinin atası Rüstəm Dəmirovdur, Rüstəm kişi çoxdan vəfat edib. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - 25 sentyabr 1958-ci il tarixdə verilmiş İE seriyalı 243821 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, X8 ilə X7 arasında nikah 25 sentyabr 1958-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsində 285 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Dəmirova soyadı verilmişdir. - 1969-cu ildə tərtib edilmiş «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportdan görünür ki, ərizəçinin atasının adına ünvan 1 ünvana dair pasport tərtib edilmiş, bütün zəruri məlumatlar qeyd edilmiş, lakin ərizəçinin atası X1 səhvə yol verilməklə «Daşdəmirov» kimi yazılmışdır. - 04 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 212081 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 21 sentyabr 2006-cı il tarixdə Bakı şəhərində, kəskin ürək-damar çatmamazlığından vəfat etmiş, bu barədə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə müvafiq akt qeydləri kitabında 473 saylı akt qeydi aparılmışdır. - 28 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 338088 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 21 oktyabr 2009-cu il tarixdə Bakı şəhərində, kəskin ürək çatmamazlığından vəfat etmiş, bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 28 oktyabr 2009-cu il tarixdə müvafiq akt qeydləri kitabında 492 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri 8 saylı Notariat ofsinin xx.xx.2025-ci il tarixli 921 saylı məktubundan görünür ki, Ərizəçi müraciəti əsasında xx.xx.1932-ci il tarixdə doğulmuş, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlakla bağlı 128/2025 nömrəli vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, miras qoyan X1 miras qalmış əmlakın texniki pasportunda «Daşdəmirov», ölüm haqqında şəhadətnamədə isə «Dəmirov» kimi qeyd olunmuşdur. Həmçinin bildirilmişdir ki, miras qoyan X4 adına olan daşınmaz əmlakın çıxarışı yoxdur. Ərizəçi bununla bağlı hüquqları izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 22 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, 1969-cu il tarixli texniki pasportda hüquq sahibinin soyadı «Daşdəmirov», digər sənədlərdə isə «Dəmirov» kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim olunmamışdır. Bu səbəbdən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının adına verilmiş «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportda səhvə yol verilmiş, X1 «Daşdəmirov» kimi yazılmışdır. Halbuki, ərizəçinin atasının soyadı bütün rəsmi sənədlərdə «Dəmirov»dur. Ərizəçinin anası ərizəçinin atası ilə ailə qurarkən qızlıq soyadından Dəmirova soyadına keçmişdir. Ərizəçinin və bacısının şəxsiyyətini təsdiq edən sənədlərdə də onların soyadı atalarının soyadı ilə eyni «Dəmirov» və «Dəmirova» kimi qeyd edilmişdir. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterik olmaqla, məhkəmə təcrübəsində kifayət qədər tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmamaları ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən texniki pasportda ərizəçinin atasının soyadında səhvə yol verildiyindən, o, müvafiq sənədləşdirmə işlərini apara bilmir. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1969-cu ildə tərtib edilmiş, ünvan 1 ünvanına məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasport xx.xx.1932-ci il tarixdə İsmayıllı rayonu Ağbulaq kəndində doğulmuş X5 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1969-cu ildə tərtib edilmiş, ünvan 1 ünvanına məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun xx.xx.1932-ci il tarixdə İsmayıllı rayonu Ağbulaq kəndində doğulmuş X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ərizəçi müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad olunmuş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1969-cu ildə tərtib edilmiş, ünvan 1 ünvanına məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» pasportun xx.xx.1932-ci il tarixdə İsmayıllı rayonu Ağbulaq kəndində doğulmuş X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3688/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3688/2025
21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver