Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-373/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə, daha sonra ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun mərhum atası X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, ünvan 1 mərhum atası X7 məxsus olmuş, uşaqlıqdan orada yaşamışdır. Hazırda da həmin evdə yaşayır və evi sənədləşdirmək istəyir. Atasına aid olan bütün sənədlərdə, o cümlədən doğum haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnaməsində adı X3 qeyd edilsə də, atasına məxsus olan, 1963-cü ildə verilmiş, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda atasının adı X13 qeyd edilmişdir. Həmin texniki pasportda babasınn adının əvvəlinə səhvən Kərbalay sözü yazılmamışdır. Qeyd edir ki, babası Əlişan vaxtilə Kərbəla ziyarətində olduğuna görə hamı onu Kərbəlayi Əlişan, atasını isə X1 tanımışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda yol verilmiş texniki səhvin düzəldilməsi və müvafiq çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin İdarənin xx.xx.2023-cü il tarixli, **********18 saylı məktubu ilə "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"da və təqdim edilmiş ölüm haqqında şəhadətnamədə hüquq sahibinin adına dair uyğunsuzluq olması bildirilmişdir. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə atasından miras qalmış evi vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə adına keçirə bilmir, sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır və sovet dövründə verilmiş həmin sənəddə düzəliş etmək mümkünsüzdür. Ona görə də həmin sənədin atasına məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, o, 1962-ci ildən ərizəçinin qapı qonşusudur. Anadan olandan orada yaşayır. Ərizəçinin mərhum atasını hamı X3 tanımışdır. Atası vəfat edənə qədər ərizəçi ilə birgə Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 48-də yaşamışdır, ərizəçi hazırda da həmin ünvanda yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, 1962-ci ildən ərizəçinin qonşusudur, orada böyümüşdür. Ərizəçinin mərhum atası X8r, vəfat edənə qədər ərizəçi ilə birgə Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 48-də yaşamışdır, ərizəçi hazırda da həmin ünvanda yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin əmisioğludur. Həm ərizəçi, həm də mərhum əmisi ünvan 1 ünvanında yaşamışlar. Mərhum əmisi X8r. X16 ziyarətində olduğuna görə, hamı onu Kərbəlayi Əlişan kimi, ərizəçinin atasını isə X3 tanımışdır. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Sura Salman qızı xx.xx.1949-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 305372 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1977-ci ildə vəfat etmişdir. İş materillarında olan 960 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 ölən günə qədər (xx.xx.1977-ci il) ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Ərizəçi 1954-cü ildən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il tarixdə ölmüş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 sayli notariat ofisinə müraciət daxil olmuş va 4/2023 nömrəli vərəsəlik işi açılmışdır. X6 vəfat etməsi ilə əlaqədar 2023-cü ildə onun vərəsələrindən Ərizəçi notariat ofisinə müraciət etmişdir. Vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras qoyan X7 verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv,ev 48 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki evə hüquqmüəyyənedici sənədin (çıxarış, texniki pasport, kadastr planı) verilməsi ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmiş və qeyd olunmuşdur ki, hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport, kadastr planı) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” və təqdim olunmuş ölüm haqqında şəhadətnamə arasında hüquq sahibinin adına dair uyğunsuzluq mövcuddur. Belə ki, pasportda hüquq sahibi kimi "X20" göstərilsə də, ölüm haqqında şəhadətnamədə "X11" qeyd edilmişdir. İş materiallarında olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 48 saylı evin sahibi X18r. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin atasının nikah, ölüm haqqında şəhadətnamələrində qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, ünvan 1 ünvanına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Ərizəçi atası X7 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Ərizəçi atası X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-373/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-373/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver