Məhkəmə qərarları › İş №2(002)-3777/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3777/2023

14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3777/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X19 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı hüquqmüəyyənedici sənədin atasına məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı hüquqmüəyyənedici sənədin atasına məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Molotov (indiki Qaradağ) rayon X18 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un atası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Molotov (indiki Qaradağ) rayon X18 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən atası X5 fərdi yaşayış evinin tikilməsi üçün Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi, 15 ünvanında 540 kv.metr torpaq sahəsi ayrılmış və orada 3 (üç) otaqlı fərdi yaşayış evi tikilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən həmin yaşayış evinə "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport" tərtib edilmişdir. Həmin vaxtdan bütün ailə orada yaşamışdır. X26 xx.xx.1962-ci ildə "miokardın infarktı" xəstəliyindən ölmüş və xx.xx.2023-cü il tarixdə bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə verilmişdir. Atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə etdiyi müraciət əsasında 72/2023 nömrəli vərəsəlik işi açılmışdır. Notariat Ofisi tərəfindən hüquqmüəyyənedici sənədin alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavabda atasından miras qalmış evə verilmiş texniki pasportda hüquq sahibinin adının "X17" kimi yazılması əsas gətirilərək hüquqmüəyyənedici sənədin verilməsindən imtina edilmişdir. Texniki pasportda hüquq sahibinin adının "X17" deyil, "X8" olması faktını təsdiq edən sənədlərin verilməsi üçün Maraqlı şəxs2nə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etmişdir. Lakin Maraqlı şəxs2ndən daxil olmuş xx.xx.2023-cü il tarixli cavabla hüquqmüəyyənedici sənədin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda hüquq müəyyənedici sənədin verilməməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına maneçilik törədir. Texniki pasportda yazılmış hüquq sahibinin adı onun özünün və yaxın qohumlarının şəxsiyyətini təsdiq edən sənədlərdəki adı ilə üstüstə düşmür. Texniki pasport atasına məxsusdur və vərəsəlik işinin açılması üçün yeganə hüquqmüəyyənedici sənəddir. Həmin faktı təsdiq edən sənədlərin, yəni texniki pasportun başqa qaydada alınması mümkün deyildir. Texniki pasportda hüquq sahibinin adı səhvən "Musaqlı" kimi yazılmışdır. Ona görə də həmin sənədin atasına məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X31 izahat verərək bildirdi ki, Lokbatan qəsəbəsi, 20 yanvar küçəsinin əvvəlki adı həqiqətən Kamo küçəsi olmuş, ərizəçi qeyd olunan ünvanda yaşamışdır. Texniki pasportu verən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi sonradan ləğv olunmuşdur. Qeyd olunanlara əsasən, məsələnin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 ifadə verərək bildirdi ki, o, 1989-cu ildən ərizəçinin qonşusudur. Ərizəçinin mərhum atasının adı Mirzəqulu olmuşdur. Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi, 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evi də Mirzəqulu kişiyə məxsus olmuşdur, həmin ərazidə evlər 1950-ci illərdə tikilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X34 ifadə verərək bildirdi ki, o, ərizəçinin uzun müddətdir ki, qonşusudur. Ərizəçinin mərhum atasının adı Mirzəqulu olmuşdur. Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi, 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evi də Mirzəqulu kişiyə məxsus olmuşdur, həmin ərazidə evlər 1950-ci illərdə tikilmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 8 saylı Notariat Ofisinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 845 saylı, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 72/2023 nömrəli vərəsəlik işi açılmışdır. X3 vəfat etməsi ilə əlaqədar 2023-cü ildə onun vərəsələrindən Ərizəçi notariat ofisinə müraciət etmişdir. X33 Rayon Soveti İcraiyyə Komitəsi İclaslarının xx.xx.1952-ci il tarixli, 54 nömrəli protokoluna əsasən X4 Lökbatan və Puta qəsəbəsi ünvanda ayrılmış 540 kv.m torpaq sahəsinə və üzərindəki evə mərhumun adına hüquqmüəyyənedici sənəd (çıxarış, kadastr planı, texniki pasport) verilməsi tələb olunmuş və bildirilmişdir ki, hüquqmüəyyənedici sənəd (çıxarış, kadastr planı, texniki pasport) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan AZ-İİ seriyalı, 350047 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1962-cı ildə vəfat etmişdir. İş materiallarında olan İV seriyalı, 884501 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur, anası Xeyransa Mirzəməd qızı, atası X6r. İş materiallarında olan V-JQ seriyalı, 414407 saylı saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X13 xx.xx.1991-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Abşeron rayonu Qobu qəsəbəsi Sovetində qeydiyyat aparılmışdır. İş materiallarında olan XVİ-JQ seriyalı, 444159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 14 fevral 1992-ci il tarixdə anadan olmuşdur, anası X13, atası Ərizəçidur. İş materiallarında olan XVİİ-JQ seriyalı, 443661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 29 noyabr 1993-cü il tarixdə anadan olmuşdur, anası X13, atası Ərizəçidur. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Xeyransa Mirzəməd qızı xx.xx.1947-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Molotov (indiki Qaradağ) rayon X18 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokolunun təsdiq olunmuş surətindən görünür ki, X4 Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 540 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi, 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin sahibi X9r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, texniki pasportda hüquq sahibinin adı “X17” kimi göstərilsə də, notariat ofisinin məktubu və ölüm haqqında şəhadətnamədə “X8” qeyd edilmişdir. Hüquq sahibinin eyni şəxs olması ilə bağlı sənəd təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs2 Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 653 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi atası X8 ölən günə kimi ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Ölənə qədər və ölən günü onunla Ərizəçi, X10, X16, X11, X2 və Xeyrənsə Mirzəməmməd qızı qeydiyyatda olmuş və yaşamışlar. Həmin ünvanda ölən günündən bugünədək və hal-hazırda Ərizəçi, X7, X14, X15 qeydiyyatdadırlar və yaşayırlar. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahid ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin atasının nikah, ölüm haqqında şəhadətnamələrində qeyd olunan məlumatlar, maraqlı şəxslərin həmin texniki pasportda düzəliş etməkdən imtina etməsi halları nəzərə alınaraq, ərizə təmin edilməli, Molotov (indiki Qaradağ) rayon X18 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi, 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un Ərizəçi atası X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Molotov (indiki Qaradağ) rayon X18 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un Ərizəçi atası X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar