Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3786/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq məhkəmə МÜƏYYƏNЕТDİ: İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, həmin sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda istehlakçı (abonent kodu **********00000) X2r və sonuncu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı X1 qanun üzrə və ya vəsiyyət üzrə vərəsəsi olması barədə sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda qaz paylayıcısı ilə İddiaçı arasında müqavilə bağlanmamışdır və mübahisəli mənzildə abonent qismində X3 çıxış edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 48, 49, 50ci maddələrinin tələblərinə əsasən, vəfat etmiş fiziki şəxsin borcunun silinməsi barədə iddianı qaldırmaq üçün miras qoyanın vərəsəsi olmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində istinad edilən fakt və hallara dair sübutlar əlavə edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalı, həmçinin həmin nöqsanlar aradan qaldırılmaqla yenidən iddia verilməsinin mümkünlüyü iddiaçıya izah edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı tələbin irəli sürülməsi üçün dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qyatarılarkən rüsumun qaytarılması zərurəti aradan qalxmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-3786/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3786/2023
31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver