Məhkəmə qərarları › İş №2(002)-38/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-38/2023

31.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-38/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Komorlori" İdarəsinin istismarında olan Daşgil- Lokbatan Ds 300 mm-lik yerüstü neft komorinin 2.9-cu km-do komordon təxminən 454 metr (Sirvan- Böyükşor Dş 500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km-ds) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh terefinden inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan Daşgil- Lökbatan Dş300mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-də kəmərdən təxminən 45.4 metr(Şirvan- Böyükşor Dş 500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh terefinden inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililəri aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabite, müdafis ve diger təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qor Bundan başqa, AR Sonaye va Energetika Nazirliyi tarafindən hazırlanmış və xx.xx.2003-cu ildə Odliyyə nazirliyinds 2951 nomresi ile qeydiyyata alınmış "Magistral neft komorlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən, mühafizə zonası boru komorlari oxunun har torofindən 50 metrik mesafedən keçan torpaq sahesi sorti xotioris müayyan edilmişdir. Bu qaydalara osason "Neft Kamarlar İdarəsinin rəsmi razılığı olmadan komorlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır:a)hər hansı tikinti və quraşdırma işləri, b) bütün növ kol va ağacların basdiniması, yem mahsullarının, gübra ve materialların yığılması, ot va samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq. buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor va mexanizmlər üçün dayanacaqların təşkili, kollekti vəbağvəbostansalınması; 9) torpaq meliorasiya işlərinin aparılması, suvarma va qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir.1) "Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunlaqadağan olunur.2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilənxərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yaonlarınhesabınahəyatakeçirilir".AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcədəARNazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yol verilməzliyi göstərilmişdir.Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmişməhkəməninqərarıəsasındasöküləbilər."Bundan əlavə Azərbaycan Respublikasının CinayətMəcəlləsinin222-2-cimaddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizəzonalarındatikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyənedilmişdir.Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. uyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin5ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ allaria tənzimlənir..AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11,2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X2 tərəfindən xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərərk, SOCAR-ın İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-də, (Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 49.5-ci km-də), kəmərdən təqribən 45.4 metr aralı məsafədə, 1-ci sırada, kəmərə paralel, neft kəmərinin mühafizə zonası daxilində Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat xərcin cavabdehdən tutularaq, iddiaçı SOCARın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h:AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Qaradağ İstehsalat Bölümünün NBKXS-nin rəisi R. Məhərrəmov, NBKXS-nin böyük mühəndisi M. İlyasov hazırki aktı tərtib ediblər ondan ötəri ki, SOCAR-in Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Daşgil-Lokbatan Ds 300 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-də kəmərdən təxminən 454 metr (Sirvan- Böyükşor Dş 500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km-ds) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Şıxlar qəsəbəsi ünvanında Daşgil-Lokbatan Ds 300 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-də kəmərdən təxminən 454 metr (Sirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km-ds) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Sarvan Lətif oğluna məxsus köhnədən inşa edilmiş evin hasarına bitişik, həyətyanı sahəsində uzunluğu 13 metr,eni 5,8 metr olan yeni inşa edilmiş çardağın (fermalı naves) üstünə dam örtüyünün vurulması aşkarlanmışdır. Ev sahibinə mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu izah edilsə də, yazılı xəbərdarlığı götürməkdən imtina etmiş və tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsinin istismarında olan neft kəmərinin mühafizə zonasına aid ərazidə ayrı-ayrı şəxslər tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması faktları ilə bağlı tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətə X4 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Xidmətin Bakı və Abşeron ərazi şöbələrinin işçiləri tərəfindən yerində araşdırılmış, ayrıayrı şəxslər tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahələrinə dair qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan tikinti-quraşdırma işlərinin aparılması faktları təsdiqini tapmışdır. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. Eyni zamanda nəzərinizə çatdırır ki, vətəndaş Cavabdeh tərəfindən da tikinti-quraşdırma işlərinin aparılması faktı təsdiqini tapmışdır. Bununla əlaqədar X3 600,0 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il 26 iyul tarixli 6/172 nömrəli qərarı təqdim olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifade məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq aidiyyəti üzrə müraciət etmək hüququnuz vardır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazisi üzrə söbənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il aktdan görünür ki, şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** saylı məktub ilə əlaqədar olaraq Qaradağ rayonunda monitorinq aparılmış və Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 49,5-ci km-də, Daşgil- Lökbatan Dş 300 mm-lik yerüstü neft kemerinin 2.9-cu km-de kəmərdən təxminən 45.4 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi ərazisində (39T 365606,0; 4432011,0 saylı koordinatlar) Cavabdeh (tel: 050 68108 52) tərəfindən fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 6/172 saylı qərarı ile Abdulxalıqov Hacıbay Böyükbəy oğluna ayrılmış və hal-hazırda Cavabdeh istifadəsində olan 0,06 ha torpaq sahəsində, əvvəlcədən tikilmiş yaşayış evinin qarşısında sahəsi təxminən 40,0 kv.m olan talvar quraşdırılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işlərinin yerləşdiyi ərazi SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan neft-boru kəmərlərinin mühafizəsi zonasında, kəmərdən təxminən 45.4 metr aralı məsafədə yerləşdiyi məlum olmuşdur. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi. İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır.Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında yerləşən, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazidə olan yaşayış evi kimi istifadə olunan tikili X7-500 mm-lik və Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərlərinin mühafizə zonasına düşmür.(Dş-500- 69 metr, Dş-300- 50 metr məsafədə yerləşir).Köməkçi tikililər sanitar qovşaq və evə bitişik yüngül kanustruksiyalı çardaq (Dş-500-64 metr, Dş-300- 45 metr məsafədə yerləşir) Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, SOCAR-ın «Neft Kəmərləri İdarəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hesabına Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-121/2022 saylı qərarının icra edilməsi təyinatı üzrə pul köçürmüşdür. İş materiallarına Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km-de kəmərdən təxminən 45.4 metr aralı məsafədə olan qanunsuz tikilinin (dam örtüyünün) sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixəo 1 saylı qarovulun 1-ci iş növbesinde saat 18:00-da Qaradağ rayon, Şıxlar qəsəbəsi ünvanında Daşgil-Lokbatan 300 mm-lik yerüstü boru kəmərinin 2.9-cu km-də, kəmərdən 45.4 metr (Şirvan-Böyükşor 500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km-də) aralı məsafədə yerləşən, kəmərə paralel, 1-ci sırada, köhnədən inşa olunmuş evin hasarına bitişik, həyatyanı sahəsində uzunluğu 13 metr, eni 5,8 metr olan yeni inşa edilmiş çardağın (fermali naves) üstünə dam örtüyünün vurulması 1-2 saylı posrların (NKİ Şirvan-Böyükşor neft kəməri 34-64.1 km, avtomobildə səyyar) atıcıları tərəfindən aşkar edilmişdir.Qeyd edir ki, xx.xx.2021-ci il tarixdə həmin ünvanda yeni cardağın yığılması ilə bağlı akt tərtib edilmiş və DİN-nin 102 zəng xidmətinə məlumat verilmişdir. Ev sahibi vətənndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilsə də yazılı xəbərdarlığı götürməkdən imtina etmiş və tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli ekspert rəyindən görünür ki, Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü magistral neft kəməri ilə Bakı şəhəri,Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında kəmərə paralel, 1-ci sırada yerləşən cavabdehin istifadəsində olan daş hasar, köməkçi tikililər və kölgəlik tikilisi arasında olan məsafənin 43.2 metr, fərdi yaşayış evi arasındakı məsafənin 48.7 metr olduğunu nəzərə aldıqda, fərdi yaşayış evinin eni 1.3 metr, uzunluğu isə 15.3 metr olmaqla hissəsinin, daş hasarın, köməkçi tikililərin və kölgəlik tikilisinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "18" dekabr 2002-ci il tarixli, 45 №li əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə "03" yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış "Magistral neft kəmərlerinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 6.3-cü bəndində göstərilən 50-mlik mühafizə zonasına düşdüyü, Lakin Şirvan-Böyükşor Dş 500-mm-lik yerüstu magistral neft kəməri ilə daş hasar, köməkçi tikililər və çardaq tikilisi arasında olan masafənin 61.0 metr, fərdi yaşayış evi arasında olan mesafənin ise 66.5 metr olduğunu nəzərə aldıqda, cavabdehin istifadəsində olan tikililərinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "18" dekabr 2002-ci il tarixli, 45 45№-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyya Nazirliyində isə "03" yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış "Magistral neft 2002-ci il tarixli, kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 6.3-cü bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşmədiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin 48.5 metr.Daşgil-Lökbatan Dş-500 mm-lik yerüstü neft kəmərləri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "18" dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "03" yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik" Qaydalarının 6.3., 6.4., 6.7. bəndlərində göstərilənlərə əsasən Daşgil-Lökbatan Ds-300-mm lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat təşkil etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1-ci bənd). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2-ci bənd). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil ol maqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3cü bənd). “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına”əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri aparılması qadağandır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili-hasar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli və xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəylərindən də göründüyü kimi Daşgil-Lökbatan Dş 300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Bu səbəbdən iddia tələbi təmin edilməli, Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü magistral neft kəmərinin 2.9-cu km-də kəmərdən 45,4 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. 100(yüz ) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü magistral neft kəmərinin 2.9-cu kmdə kəmərdən 45,4 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalıdır. 100(yüz ) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 95(doxsan beş) manat mütəxəsis xərci Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********,H/h:AZ33AİİB********************,KOD:200071,M/H:AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik yerüstü magistral neft kəmərinin 2.9-cu km-də kəmərdən 45,4 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililəri Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 95(doxsan beş) manat mütəxəsis xərci Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»-nin bank hesabına (Kapitalbank Xətai filialı:VÖEN:**********,H/h:AZ33AİİB********************,KOD:200071,M/H:AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar