Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-380/2024 11.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş X3nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X8 onun oğludur. X3 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, hazırda onunla birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 38 ünvanında yaşayır. X1 olan diaqnoz "debillik, doğuş travması ilə əlaqədar fiziki və psixi inkişafdan geri qalma"dır, müddətsiz ikinci qrup əlildir. Göründüyü kimi, oğluna xüsusi qulluq olunmaqla kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Hazırda oğlunun fəaliyyət qabiliyyət olmayan şəxs hesab olunması onun oğluna qǝyyum təyin olunması üçün lazımdır. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X7 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur. Hesab edir ki, ekspert rəyində göstərilən hallar nəzərə alınmaqla ərizə təmin edilməməlidir. Belə ki, ekspert rəyinə əsasən xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyətlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsassız hesab edilərək təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Abşeron rayonu, Qobu kəndində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 03015876 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan 298549 saylı vəsiqənin surətindən görünür ki, X8 uşaqlıqdan ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-0 seriyalı AR 587012 saylı arayışın surətindən görünür ki, X8 uşaqlıqdan İİ qrup əlildir. İş materiallarında olan Vİİ-JQ seriyalı, 899093 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1980-ci il tarixdə Baı şəhərində anadan olmuşdur. Mürvətov Turalın anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 248 saylı ekspert rəyindən görünür ki, X6 yüngül kəmağıllıq (orta debillik dərəcəsində oliqofreniya) müəyyən edilir. X6 müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmasın. Buna görə də X8 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş X3nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Ona görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xx.xx.1980-ci il təvəllüdlü X3nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-380/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-380/2024
11.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver