Məhkəmə qərarları › İş №2(002)-385/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-385/2023

28.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-385/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2004-cii ildə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəsirov Rəvan'Habil oğlu mənim oğlum olmaqla 27 oktyabr 2004-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəvan müddətsiz olaraq birinci qrup əlildir. Rəvanın diaqnozu Uşaq serebral iflici heperkinetik formada xəstəliyi olmaqla onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsin nümayəndəsi X7 məhkəmə iclasında mülki işin həllini məhəkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, 27 oktyabr 2004-cü il təvəllüdlü X8 “dərin kəmağıllıq,idiotiya,kobud nitq,davranış və dayaq-hərəkət aparatının pozuntuları-F73.1 və 73.4,İQ-0” aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasının xx.xx.2013-cü il tarixli epikrizdən görünür ki, 27 oktyabr 2004-cü il təvəllüdlü X8 “uşaq serebral iflici,hiperkinetik forma” olmasına dair rəy verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasının 1991 və 1604 saylı epikrizlərdən görünür ki, 27 oktyabr 2004-cü il təvəllüdlü X9 psixofiziki inkişaf geriliyi diqnozu qoyularaq, serebral iflic sindromunun formalaşması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Akademik M.Ə.Mirqasımov adına Respublika Xəstəxanası “ X12 xx.xx.2022-ci il tarixli 21476 məsləhət vərəqindən görünür ki, 27 oktyabr 2004-cü il təvəllüdlü X9 “uşaq serebral iflici və kənar şəxslərin köməyinə ehtiyacı var” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-385/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 234 saylı ekspert rəyindən görünür ki, X8 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərindərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara yoxlanılan şəxsin doğuş zədəsi ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixi inkişafda xeyli geri qalması, nitqinin inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etmiş, Bakı şəhər X5 müalicələrdə olması, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixə kimi və xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi stasionar müalicələrdə olması, xx.xx.2013-cü il tarixdə Bakı şəhər X5 müayinədən keçərək “Uşaq serebral iflici, hiperkinetik forma” diaqnozunun müəyyən edilməsi, xx.xx.2022-ci il tarixdə Bakı şəhər 2 saylı X2 həkim psixiatr komissiyasından keçərək “Dərin kəmağıllıq, idiotiya, kobud nitq, davranış və dayaq-hərəkət apparatının pozuntuları ilə. Anamnezində qıcolma tutmaları. USİnin qalıq əlamətləri. Daim kənar şəxlərin himayəsinə ehtiyacı var” diaqnozu müəyyən edilməsi, Ak.M.Ə.Mirqasımov adına Respublika Xəstəxanasında xx.xx.2022-ci il tarixdə müayinədən keçərək “Uşaq serebral iflici, spastiktetraparezlə” diaqnozunun müəyyən edilməsi, xəstəliyi ilə əlaqədar İolması, fizioloji ifrazatları ilə natəmiz olması, yedizdirilməsi, hər-hansımüstəqil yerinə yetirə bilməməsi, göstərilən səbəblərlə əlaqədarşəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinəağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir.Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1-ci sual: xx.xx.2004-cü il Bakı şəhərində doğulmuş X6 hər hansı psixi qüsuru vardırmı?Cavab: X8 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin dərəcəli əqli geriliklə müəyyən edilir.2-ci sual: xx.xx.2004-cü il Bakı şəhərində doğulmuş X10 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi?3-cü sual: xx.xx.2004-cü il Bakı şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti idirmi? 2-ci və 3-cü suallara cavab: X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X10 onda müəyyən edilən uşaq serebral iflici, dərin dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladı olan xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar