Məhkəmə qərarları › İş №2(002)-3948/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3948/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3948/2023 27.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.1993-cü il tarixli 295 saylı sərəncamının ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.1993cü il tarixli 295 saylı sərəncamı ilə ona İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1983 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsinin şimal qərb hissəsindən ayrılmış torpaq sahəsindən 600 m2 ayrılıb verilmişdir. Həmin qərar dövlət arxivində öz əksini tapmışdır. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər, lakin qərarda onun ata adı Alşan əvəzinə səhvən «Əlişan» kimi yazılmışdır. Atasının adında olan bu uyğunsuzluğa görə torpağın sənədləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini sənədləşdirmək üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, torpağın sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, İH tərəfindən müvafiq düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona sənədləşdirmə işlərinin aparılması üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 25 sentyabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. - Bakı şəhəri Maraqlı şəxs başçısının 02 mart 1993-cü il tarixli 295 saylı sərəncamından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 9 nömrəli evin sakini Ərizəçi Əlişan oğluna fərdi yaşayış evi tikdirməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin 1983 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Lökbatan qəsəbəsinin şimal-qərb hissəsindən ayrılmış torpaq sahəsindən 600 m2 ayrılıb verilməsi qərara alınmışdır. Həmin sərəncamda ərizəçinin atasının adı səhvən «Əlişan» kimi yazılmışdır. - Bakı şəhəri Maraqlı şəxs 24 oktyabr 2023-cü il tarixli 5-13/1-R-37-091/2023 saylı məktubundan görünür ki, Ərizəçi torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı müraciətinə baxılmışdır. Müraciətlə bağlı bildirilmişdir ki, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.1993-cü il tarixli 295 nömrəli sərəncamına əsasən Ərizəçi Əlişan oğluna Lökbatan qəsəbəsinin şimal-qərb hissəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Ərizəçiyə sözügedən sərəncamda Əlişan adının Alşan kimi oxunmasına dair hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının adı yuxarıda qeyd olunan sərəncamda səhvən Əlişan kimi yazılmışdır. Halbuki, ərizəçinin atasının adı Alşandır və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən sərəncamda Ərizəçi atasının adında səhvə yol verilərək, Əlişan kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.1993-cü il tarixli 295 saylı sərəncamı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.1993-cü il tarixli 295 saylı sərəncamının xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.1993-cü il tarixli 295 saylı sərəncamının xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar