Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-425/2022 21.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdehlər X15 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər X10 və X3 qarşı «15 noyabr 2013-cü il tarixli, 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər X10, X3, X5 və X7 qarşı «15 noyabr 2013-cü il tarixli, 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8, X2, X4 və X6 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 15 saylı binada yerləşən 51 nömrəli 3 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 15 noyabr 2013-cü il tarixli, 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X11 və X12 xx.xx.2019-cu il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmadıqlarından, onlar cavabdehlər siyahısından çıxarılmışlar. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 noyabr 2013-cü il tarixli 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün X15 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş, Müşfiqabad qəsəbəsində 15 saylı binanın 51 nömrəli 3 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan, Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X8 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzili kirayəyə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən X8 və ailə üzvlərinin 51 nömrəli mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə, həmçinin Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdeh X8 və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən istinad edilən Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan, X10 verilmiş 51 nömrəli mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Komitənin Mənzilistismar departamenti ilə cavabdeh X15 arasında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 15 saylı binada yerləşən 51 nömrəli 3 otaqlı mənzilin ona verilməsi ilə bağlı xx.xx.2013-cü il tarixli 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. xx.xx.2013-cü il tarixli 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.2, 2.4.3, 2.4.4, 2.4.9, 4.1, 4.3, 5.1, 5.3, 5.4, 5.4.1, 5.4.3, 5.4.4, 5.4.5, 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər X8, X2, X4 və X6 onlara verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 15 saylı binada yerləşən 51 nömrəli 3 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyriqanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 99, 100, 102-ci maddələrinə istinad edən iddiaçı, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X15 və X9 məhkəmə iclasında iddianı qəbul etmədilər və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (müqavilədən, aktlardan) görünür ki, xx.xx.2013-cü il tarixli 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 15 saylı binanın 51 nömrəli 3 otaqlı mənzili 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladları) X1 verilmişdir. X15 müqavilə şərtlərinə riayət etməmiş, mənzildən təyinatı üzrə istifadə etməmiş, kənar şəxsin mənzildə yaşamasına şərait yaratmış, mənzili qeyri-qanuni yolla başqa şəxsə kirayə verərək, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Halbuki, Dövlət mülkiyyətində olan mənzilin hər hansı şəxslər tərəfindən alğısatqısı, bağışlanması, kirayə verilməsi mümkün deyil, mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Cavabdehə rəsmi şəkildə müraciət olunaraq, mənzili qeyri-qanuni şəkildə verdikləri şəxsin həmin mənzildən çıxarılması tələb olunsa da, cavabdeh tərəf bu tələbə məhəl qoymamışdır. Göründüyü kimi, müqavilə tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalarına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli, 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər X15 və X9 yetkinlik yaşına çatmamış ailə üzvləri X11 və X12 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 15 saylı binanın 51 nömrəli 3 otaqlı mənzilindən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli, 15/51 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər X15 və X9 yetkinlik yaşına çatmamış ailə üzvləri X11 və X12 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 15 saylı binanın 51 nömrəli 3 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-425/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-425/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver