Məhkəmə qərarları › İş №2(002)-425/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-425/2024

31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-425/2024 31.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası Milli Arxiv İdarəsini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 Başçısının xx.xx.2000-ci il tarixli 1054 saylı sərəncamına əsasən Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 300 kv.m torpaq sahəsinin Ərizəçi verilməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Maraqlı şəxs1 Başçısının 08 may 1998-ci il tarixli 415 saylı sərəncamına əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış və həmin sərəncamın əsli dövlət arxivində mövcuddur. Bundan sonra Maraqlı şəxs1 Başçısının xx.xx.2000-ci il tarixli 1054 saylı sərəncamına əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 600,0 kv.m torpaq sahəsindən 300,0 kv.m torpaq sahəsi ayrılıb fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Həmin ünvanda o müvafiq sənədlər əsasında fərdi yaşayış evi tikməklə istifadə edir və hal-hazırda da həmin ünvanda yaşayır. Həmin torpaq sahəsində evi sənədləşdirmək üçün müvafiq olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də elekrton kadastr baza məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyi bildirimiş və hüquqlarının dövlət qeydiyyatından imtina edilmiş və bu barədə Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişdir. Cavab məktubunda Maraqlı şəxs1 Başçısının xx.xx.2000-ci il tarixli 1054 saylı sərəncamının Dövlət Arxivində mövcud olmasını,lakin həmin sərəncamda onun barəsində heç bir məlumat olmamasını bildirmişlər. Hazırkı vaxta kimi həmin torpaq sahəsinə torpaq pulunu ödəyir və həmin torpaq onun istifadəsindədir. Həmin torpaq sahəsinə dair cizgi də vardır. Bu barədə icra hakimiyətinə müraciət etmiş, lakin onlar həmin sərəncamın və sərəncama aid bütün sənədlərin Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini bildirmişlər. Göründüyü kimi arxiv idarəsi isə həmin sərəncamın mövcud olduğunu, lakin həmin sərəncamda onun barəsində heç bir məlumat olmadığını bildirmişlər. Sərəncamın arxiv İdarəsinə göndərilməməsi onun təqsiri səbəbindən deyildir. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona torpaq üzrə sənədləşdirmə aparmaq üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsində adının mövcud olmadığını, Reyestr Xidmətinə getdiyini, 17 ildir sənəd ala bilmədiyini, 60 kv.m torpaq sahəsi aldığını, 300 kv.m ərazidə ev tikmiş, 2007-ci ildən həmin evdə qeydiyyatsız yaşadığını, Bakı İnzibati Məhkəməsi və 1 saylı Bakı Ərazi İdarəsi ərizəni təmin etməkdən imtina etdiyini bildirmişdir.Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İşdə olan, AA******* nömrəli, FİN xxxxxxx şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Maraqlı şəxs1 Başçısının xx.xx.2000-ci il tarixli 1054№-li Sərəncamına əsasən, Maraqlı şəxs1 Başçısının xx.xx.1998-ci il tarixli, 415 saylı sərəncamı ilə Lökbatan qəsəbəsi sakini X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayılmış 600,0 kv.m torpaq sahəsində 300 kv.m torpaq sahəsi ayılılb Ərizəçi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının M-35 №-li xx.xx.2017-ci il tarixli məktubunda görünür ki, Qaradağ rayon İH-in arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 1054 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. Ərizəçi barəsində heç bir məlumat aşkar olunmadı. Ərizəçi qeyd edilən sərəncamın özünə məxsus olmasının müəyyən edilməsi üçün Maraqlı şəxs1nə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs1 Başçısının Müavininin xx.xx.2023-cü il tarixli, 5-13/1-M-139-091/2023 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 3/1 nömrəli, 12 aprel 2016-cı il tarixli qərarına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Maraqlı şəxs1 başçısının xx.xx.2000-ci il tarixli 1054 nömrəli sərəncamı, sərəncamın yaranmasına əsas olmuş və sərəncama aid digər sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunur. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Lökbatan qəsəbəsində 300.0 kv.m torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixli 1054 №-li Azərbaycan Respublikası Maraqlı şəxs1 Başçısının Sərəncamı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin düz gəlməməsi halı öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbinin Maraqlı şəxs1 Başçısının xx.xx.2000-ci il tarixli 1054 saylı sərəncamına əsasən Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 300 kv.m torpaq sahəsinin Ərizəçi verilməsinə dair hüquqi faktın təsdiq edilməsi şəklində müəyyən edilmişdir, torpaq sahəsinin şəxsə verilməsi barədə faktın təsdiqi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda adı çəkilən Plenum Qərarının 1.7-ci bəndində göstərilir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası Milli Arxiv İdarəsini maraqlı şəxs qismində qeyd etməklə Maraqlı şəxs1 Başçısının xx.xx.2000-ci il tarixli 1054 saylı sərəncamına əsasən Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 300 kv.m torpaq sahəsinin Ərizəçi verilməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar