Məhkəmə qərarları › İş №2(002)-432/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-432/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-432/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun ünvanına hesablanmış 942,42 manat borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 942,19 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə məhrum atası X2 arasında bağlanmış müqavilə əsasında hazırda yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, “Arzu” b/y ünvana 2006-cı ildə mexaniki qaz sayğacı qoyulmuşdur. Həmin vaxtdan onalr qaz sayğacından istifadə etmişlər. Atası vəfat edəndən sonra Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, “Arzu” b/y ünvan onun adına qeydiyyatdan keçmişdir. Hazırda da həmin ünvanda o yaşayır. Hər ay mövsümlə əlaqədar olaraq müxtəlif məbləğlərdə qaz pulu ödəmişlər. Təxminən xx xxxxxxx 2019-cu il tarixdə qaz idarəsində tərəfindən bizə məxsus qaz sayğacı smart qaz sayğacı ilə əvəz edilmişdir. Qaz sayğacına hər hansı bir müdaxilənin olması aşkar olunmamışdır. Bundan sonra qaz idarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin aktda istismar müddəti bitdiyi üçün yeni sayğacla əvəzləndiyi kimi qeyd edilmişdir. Bundan sonra bizə bildiriş gəlmiş və bizim 942,42 manat borcu olması qeyd edilmişdir. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Göründüyü kimi əvvəlki sayğac 2006-cı il tarixdə qoyulmuş, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’mn 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.9-cu maddəsində nəzərdə tutulur ki, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi onun yaşadığı ünvanda yerləşən qaz sayğacının dəyişdirilməsi zamanı plombunda heç bir zədə olmamış, klapanın işlək olub-olmamasına o məsuliyyət daşımır. Buna nəzarətçi nəzarət etməli idi. Heç bir əsas olmadan ona 942,42 manat borcun hesablanması tam əsassızdır. Bu səbəbdən, o, “xxxx” ASC tərəfindən heablanmış 942,42 manat borcun ləğv edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndəsi məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddiasının təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar Cavabdeh-nin əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə ümumilikdə 942.42 manat məbləğində dəymiş ziyan hesablanaraq iddiaçının **********00000 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı Cavabdeh-nin əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək ümumilikdə 942,42 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X4” nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx xxxx 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək , iddia tələbini müdafiə edərək, onun mənziinə aid qaz sayğacı üzrə borcun əsasız yazıldığını, bu barədə indiyə kimi ona heç kimin məlumat vermədiyini, bundan əvvəl evin atasının adina olduğunu, indiyə kimi heç bir nümayəndəinin onlara bu borc barədə, habelə qaz itkisinə, sayğaca müdxailə olunmasına görə heç bir məlumat verilmədiyini, onların iştirakı ilə heç bir akt tərtib eidlmədiyini, yalnız gəlib sayğacı dəyişdirdiklərini, o qaza görə pul ödəyərkən pulun borca çıxılması barədə məlumatlı olduğunu bildirərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində qeyd olunan halları müdafiə edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında müvafiq abonent üzrə yazılmış 942 manat məbləğində borcun bir qisminin cərimə borcu olduğunu, bir qisminin isə qazdan istifadəyə görə yaranmış borc olduğunu, 194 manatın cərimə borcu olduğunu, qalan hissəinin istifadəyə görə yaranmış borc olduğunu, iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 29\1710-03219-3 saylı Aktın məzmunundan görünür ki, 10591051 nömrəli abonent üzrə sayğaca bxış keçirldiyi, yarasız olduğu müəyyən edilmişdir. İş materiallarında olan hüquqların Dövlət Qeydiyyatı haqqında əmlakın Dğvlət Reyestrindən Çıxarışın məzmunundan aydın olur ki, Bak şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 203, Arzu b\y ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu hüquq xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarilxi ******* saylı aktın məzmunundan aydın olur ki, 10591051 nömrəli abonent üzrəsayğac əvəzləndi, sayğacın çıxarılma səbəbi mexaniki sayğacın itronla əvəzlənməsi olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarilxi QAR\179 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin məzmunundan aydın olur ki, X3 ilə BAQSD arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan **********00000 nömrəli abonentin saldosu haqqında məlumatdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Bağ evləri Arzu, ev 203 saylı mənzildə sayğacın quraşdırılma tarixi xx.xx.2019-cu il qeyd edilmiş, 2010-2017-cu il üzrə qalıq borcu 0,00 kimi qeyd edilmiş, 2018-ci il üzrə qalıq borcu 194,40 manat qedy edilmiş,2019-cu il üzrə qalıq borcu 0,00, 2020-ci ilin noyabr ayı üzrə qalıq borc 942,19 manat qeyd edilmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli aktın məzmunundan aydın olur ki, **********00000 nömrəli abonent üzrə qaz itkisi 972 m3 müəyyən edilmiş, buna əsas ******* nömrəli xx.xx.2018-ci il tarixli akt olmuşdur. İş materialalrında olan ******* nömrəli aktın məzmunundan aydın olur ki, 10591051 nömrəli abonet üzrə dəymiş ziyanın hesablanmasına dair akt tərtib eidlmişdir. İş materiallarında olan **********00000 nömrəli abonet üzrə məlumata dair çıxarışdan aydın olur ki, həmin abonent üzrə 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayına kimi abonentin borcu 0 kimi qeyd olunmuş, 2020-ci ilin noyabr ayı üzrə abonentin borcu 942,19 kimi qeyd olunmuşdur. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus müvafiq mənzilə dair qaz sayğacı üzrə 942,42 manat məbləğində borc yazıldığını, həmin borcun əsassız yazıldığını, bu barədə indiyə kimi ona heç kimin məlumat vermədiyini, həmişə qazdan istifadəyə görə haqqın vaxtlı-vaxtında ödədiyini əsas gətirərək, cavabdeh tərəfindən yazılmış borcun silinməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, 942,42 manat məbləğində borcun 194,40 manat məbləğində olan hissəsi sayğaca müdaxilə olunmağa görə baş vermiş qaz itkisinə görə cərimə borcu kimi yazıldığını, qalan məbləğin isə məhz qazdan istifadəyə görə borcun olduğunu bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddia tələbində qeyd olunan məbləğin 194,40 manat məbləğinə aid olan hissəsinin iddiaçıya məxssus müvafiq abonent üzrə qaz sayğacına müdaxilə olunması nəticəsində baş vermiş qaz itkisinə görə yazıldığını, buna görə də akt tərtib edildiyini bildirmişdir. Lakin həmin aktdan görünür ki, istehlakçının imza etməli olduğu hissədə onun imzası qoyulmamış, əvəzinə imza etmədi sözü yazılmışdır. İddiaçının izahatından görünür ki, cavabdeh tərəfindən həmin akt tərtib edilərkən, ona heç bir məlumat verilməmiş, həmin aktın necə, harada tərtib olunmasına dair onun heç bir məlumatı olmamışdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz sayğacına müdaxilə olunduğunu qeyd olunsa da, istehlakçının hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğaca müdaxilə olunmasına, onun nəticəsində qaz itkisinin olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.Həmçinin cavabdeh iddia tələbində qeyd olunan məbləğin qalan hissəsinin qazdan istifadəyə görə borc məbləği kimi olduğunu bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da qeyd olunan hallar məhkəmə araşdırması zamnaı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin məzmunundan yadın olur ki, iddiaçıya məxsus müvafiq mənzil üzrə qaz sayğacına dair abonent məlumatlarında 2020-ci ilin noyabr ayına kimi qazdan istifadəyə görə borcunun olmaması, yəni borc bölməsində 0 kimi qedy edilmiş, yalnız 2020-ci ilin noyabr ayında borc kimi 942,19 manat kimi qeyd edilmişdir. Bundan əlavə iş materialalrında olan abonentin saldosu haqqında məlumatların məzmunundan görünür ki, müvafiq abonent üzrə 2010-ci ildən 2020-ci ilin noyabrına kimi qazdan istifadəyə görə borc bölməsində 0,00 manat qeyd edilmiş, yalnız 2020-ci ilin noyabr ayı üzrə 942,19 manat məbləğində borc olması qeyd edilmişdir.Həmçinin, qeyd olunan məlumatlar da həmin məbləğdə borcun hansı miqdarda qazdan istifadəyə görə yaranmasına dair də heç bir məlumat qeyd edilməmişdir. Göründüyü kimi, cavabdeh müvafiq abonent üzrə yazılmış borcun bir qisminin qazdan istifadəyə görə yazıldığını bildirsə də, həmin hallar da dair hüç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə araşıdrması zamanı iddiaçıya məxsus müvafiq mənzil üzrə qaz sayğacına dair borc məbləğinin yazılmaıs əsasını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Bundan əlavə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, Bağ evləri, «Arzu» b/y ünvana (abonentin kodu: **********00000) hesablanmış 942,19 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, Bağ evləri, «Arzu» b/y ünvana (abonentin kodu: **********00000) hesablanmış 942,19 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar