Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-457/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızının «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarı ilə JN-370 kod 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının və 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarı ilə JN-378D kod 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 aid hissədə sənədin Ərizəçi1, X2 aid hissədə sənədin X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996cı il tarixli 12 saylı qərarı ilə JN-370 kod 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onlara və ailə üzvlərinə Qazax rayonu Qaymaqlı kəndində 1.69 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi və JN-378D kod 50100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qazax rayonu Qaymaqlı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktında və şəhadətnamədə onların soyadları səhv göstərilmişdir. Onların soyadları doğum haqqında şəhadətnamələrində və bütün sənədlərdə İbrahimovdur. Ərizəçi Qurbanova (İbrahimova) X8 Raqif Rafiq oğlu ilə 27 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ər soyadını, yəni Qurbanova soyadını götürmüşdür. Həmin torpaq sahələrinin mülkiyyətə verilməsinə dair dövlət aktında və şəhadətnamədə olan səhvlik onların müəyyən sənədləşmə işlərini aparmalarına çətinlik yaradır. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan sənədlərdə soyadları ilə yanaşı, onun adı da səhv göstərilib və Fürzə kimi yazılıb. Bu isə həm ona, həm digər ərizəçiyə sənədləşmə işlərinin aparılmasında çətinlik yaradır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi1 və 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Ərizəçi1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İV-JQ seriyalı 260219 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X9 arasında nikah 13 yanvar 1987-ci il tarixdə Qazax rayonu Qaymaqlı kənd sovetliyində 1 saylı akt qeydi ilə bağlanmışdır. - Xİİİ-JQ seriyalı 429059 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonu Qaymaqlı kəndində doğulmuşdur. - xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 629366 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X3 arasında nikah xx.xx.2010-cu il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində 1973 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Qurbanova soyadı verilmişdir. - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonu Qaymaqlı kəndində doğulmuşdur, evlidir. - 26 dekabr 2031-ci il tarixədək etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1986-cı il təvəllüdlüdür. - Xİİ-JQ seriyalı 251771 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx xxxxxx 1986-cı il tarixdə Qazax rayonu Qaymaqlı kəndində doğulmuşdur. - AZ-İİ seriyalı 021592 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçilərin atası X7 01 may 2019-cu il tarixdə Qazax rayonu Qaymaqlı kəndində vəfat etmişdir. Bu barədə 17 may 2019-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 106 saylı akt qeydi aparılmışdır. - Dövlət aktı qeydiyyatı kitabında 370 nömrəsi ilə qeydiyyata alınmış JN 370 kod 50100048 saylı Dövlət aktından görünür ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarı ilə Qazax rayonu Qaymaqlı kəndinin ərazisində yerləşən, cizgidə göstərilən sərhəd daxilində 1,69 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X4, X5 və X2 verilmişdir. - Dövlət aktı qeydiyyatı kitabında qeydiyyata alınmış JN 378D kod 50100048 saylı Dövlət aktından görünür ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 13 sentyabr 1996cı il tarixli 12 saylı qərarı ilə Qazax rayonu Qaymaqlı kəndinin ərazisində yerləşən, cizgidə göstərilən sərhəd daxilində 0,08 ha həyətyanı (fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı) torpaq sahəsi X4, X5 və X2 verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli, 3-21-3-37/2-138/2023 saylı məktubundan görünür ki, ərizəçilərin müraciəti araşdırılaraq, onlara MPM-nin 307.2.5-ci maddəsinin tələbləri izah edilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçilərin adı şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamələrdə düzgün yazılsa da, yuxarıda qeyd olunan Dövlət aktlarında hər iki ərizəçinin soyadı, ərizəçi Qurbanova (qızlıq soyadı İbrahimova) Firuzə Şahvələd qızının adı səhv yazılmışdır. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçilər də istisna deyil. Belə ki, Dövlət aktı qeydiyyatı kitabında 370 nömrəsi ilə qeydiyyata alınmış JN 370 kod 50100048 saylı Dövlət aktı və Dövlət aktı qeydiyyatı kitabında qeydiyyata alınmış JN 378D kod 50100048 saylı Dövlət aktı üzrə torpaq sahələri X4, Ərizəçi1 və X1 təqdim olunsa da, hər iki ərizəçinin soyadı səhvən Mahmudov və Mahmudova kimi, ərizəçi Firuzə İbrahimovanın (hazırda Qurbanova) adı Fürzə kimi qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçilər öz hüquqlarını həyata keçirə bilmirlər və həmin yanlışlığa ərizəçilərdən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçilər həmin faktı başqa qaydada müəyyən edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Dövlət aktı qeydiyyatı kitabında 370 nömrəsi ilə qeydiyyata alınmış JN 370 kod 50100048 saylı Dövlət aktı və Dövlət aktı qeydiyyatı kitabında qeydiyyata alınmış JN 378D kod 50100048 saylı Dövlət aktı hazırkı iş üzrə ərizəçilər Ərizəçi1 və Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızına məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Dövlət aktı qeydiyyatı kitabında 370 nömrəsi ilə qeydiyyata alınmış JN 370 kod 50100048 saylı Dövlət aktının və Dövlət aktı qeydiyyatı kitabında qeydiyyata alınmış JN 378D kod 50100048 saylı Dövlət aktının hazırkı iş üzrə ərizəçilər Ərizəçi1 və Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət aktı qeydiyyatı kitabında 370 nömrəsi ilə qeydiyyata alınmış JN 370 kod 50100048 saylı Dövlət aktının və Dövlət aktı qeydiyyatı kitabında qeydiyyata alınmış JN 378D kod 50100048 saylı Dövlət aktının hazırkı iş üzrə ərizəçilər Ərizəçi1 və Qurbanova (İbrahimova) Firuzə Şahvələd qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-457/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-457/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver