Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-458/2025 03.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2489 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehə müqavilə üzrə ödədiyi 32000 (otuz iki min) ABŞ dollarının və vurulmuş maddi ziyana görə 45000 (qırx beş min) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh - Cavabdeh firması arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli 2489 saylı icarə müqaviləsinə əsasən, onlara məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin Cənub-Şərqi, Bakı-Salyan-Lökbatan dairəsi yolayrıcının qərbində yerləşən, sıra 7a, korpus 5-də, ümumi sahəsi 34 m2 təşkil edən, 1 saylı qeyri-yaşayış sahəsini ticarətlə məşğul olmaq üçün müddətsiz icarəyə götürmüşdür. Cavabdehlə icarə müqaviləsi imzalanarkən, firmanın direktoru D.C.Əmirovaya şəxsən 28000 (iyirmi səkkiz min) ABŞ dolları və onun tələbinə əsasən təmirə görə 4000 (dörd min) ABŞ dolları - cəmi 32000 ABŞ dolları məbləğində pul ödəmişdir. O, icarə müqaviləsi ilə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Ancaq cavabdeh tərəfin icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliyinə riayət etməsi və müqavilənin şərtlərini ciddi surətdə pozması səbəbindən ona ödədiyi pul məbləğindən əlavə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, ona məxsus qeyri-yaşayış obyektində təmir işləri başa çatdıqdan sonra o, ticarət obyektinə gedərkən gördü ki, ona məxsus ticarət obyektinə gedən yol tamamilə bağlanıb və həmin obyektə daxil olmaq üçün yol yoxdur. O, bu faktla bağlı cavabdehə müraciət etdi. Ona bildirildi ki, “sənə və digər şəxslərin bir neçəsinə məxsus ticarət obyektlərinin qarşısında yerləşən obyektlər “Elit” ticarət firmasına satılıb. Bu səbəbdən də sizi obyektə giriş-çıxış bağlanıb, bir şey fikirləşərik”. Bundan sonra o, dəfələrlə cavabdehə müraciət etdi, ancaq heç bir nəticə olmadı. 24 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin 3.2.2-ci bəndində göstərilir ki, “icarəyə verən öhdəlikləri icra etmədikdə icarəyə götürən bu müqavilə ilə müəyyən edilən cəriməni alır”. O, isə nəinki əlavə pul almadı, cavabdehin əməli nəticəsində ciddi maliyyə böhranına məruz qaldı. Eyni zamanda qeyd edilən müqavilənin 8-ci bəndində göstərilir ki, bu müqavilə imzalandıqdan sonra öz öhdəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam ödəməyə borcludur.Bu səbəbdən belə hesab edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Ona ödədiyi 32000 (otuz iki min) ABŞ dolları məbləğində pulunu 6 il müddətində əssasız olaraq saxladığına, ona külli miqdarda ziyan vurduğuna və əldən çıxmış faydaya görə əlavə olaraq 45000 (qırx beş min) manat ziyanı da ödəməlidir. Çünki cavabdehin birbaşa təqsiri səbəbindən o, külli miqdarda ziyana düşmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla ödədiyi 32000 ABŞ dollarının və vurulmuş ziyana görə 45000 AZN pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi haqqında məhkəmə qətnamə çıxarmalıdır. Onu da qeyd etmək istəyir ki, məsələnin qanun çərçivəsində həll edilməsi üçün o, cavabdehlə uzun müddət danışıqlar aparmışdır. Rəsmi ərizə ilə cari ilin sentyabr ayının əvvəlində ərizə müraciət etmişdir. Yazdığı ərizə ünvana çatmasına baxmayaraq bugünə kimi ona heç bir cavab verilməmişdir. Məhkəmənin əvvəlki iclasında iddaçı İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş etdi. O bildirdi ki. İddiaçının həyat yoldaşıdır. Obyekti o pul verib alıb, bu əmlak onun mülkiyyətindədir. Obyekti alan zaman sahibkar statusu olmayıb , heç vaxt da orada ticarətlə məşğul olmayıb. Vergi ödəyicisi kimi südçülük iri buynuzlu mal qaranın yetişdirilməsi üçün vergi ödəyicisi 2022-ci il tarixdə olub, amma heç vaxt həmin fəaliyətlə də məşğul olmayıb. Oğlu hərbi xidmətdə yaralandığı üçün oğlunun müalicəsi ilə məşğul olduğundan həmin obyekti heç vaxt işlətməyib. Hazırda da işlətmək fikri yoxdur. Obyekti alan zaman öz evini satıb pulunu cavabdehin drektoruna verdiyindən 45000 manat maddi ziyanı öna görə tələb edir. Müqavilə bağlananda orada darvaza olmayıb.2020-ci ildə ora gedəndə darvaza orada idi. Qarşı tərəf 5 il ərzində ona "düzələr" dediyi üçün məhkəməyə müraciət etməmişdir.Qarşı tərəfə avqust ayında müraciət etmişdir.4 ildir ki, qarşı tərəf ilə barışıq alınmır. Əgər o, obyekti başqasına icarəyə versəydi ona görə cavabdeh tərəfə pul verməli idim. Cavabdeh tərəfə pul verəndə həyat yoldaşı yanıda olub. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki, o sırada 500 mağaza icarəyə verilib. Sonradan icarəçilərdən biri təmir işləri apardığından ora qapı qoyub ki, toz torpaq ətrafa yayılmasın.Buna baxmayaraq həmin qapı həmişə açıq olub və dprd tərəfdən də iddiaçının obyektinə gediş-gəliş yolu açıq olub.Müqavilə bağlanan zaman orada qapı olmayıb. Onlara bu hal məlum olandan sonra qapını götürüblər. 32000 dolların ödənilməsi barədə sübut yoxdur. Belə ki, həmin məbləğ icarə müqaviləsində əks olunmayıb, həmçinin iddiaçı elə bilir ki, həmin obyek onun sərəncam vermək hüququ ilə mülkiyyətindədir. Bu yalnız icarə obyektidir. Müqavilənin ləğvin istəyirsə biz də qəbul edə bilərik, amma onun orada fəaliyyət göstərməsinə etiraz etmirik. İcarə müqaviləsi üzrə icarə haqqında ödəməyiblər.İddiaçı bilsin ki, onlar ondan 5 ilin icarə haqqını tələb edə bilərlər. İddiaçının danışığından hiss olunur ki, o, obyekti işlətmək istəmir. Əgər alınarsa obyektin təmirini tərəf özü, icazə olmasa isə müəssisəmiz özü edir.İddiaçı tərəfin obyektini onların müəssisəsi təmir edib.İddiaçı tərəf ilə bağlanan müqavilə alqı-satqı müqaviləsi yox, icarə müqaviləsidir. Cavabdeh MMC iddia ərizəsinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı X5 ARAZAVİA"xxxx" MMC arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli icara müqaviləsinin guya onlar tərəfindən pozulmasına görə ona cəmi 32000 ABS dolları məbləğində pul ödəməyi tələb etmişdir.Hesab edir ki, iddiaçının iddiası əsassızdır və ona görə də o tamin edilə bilməz.Bildirmək istəyir ki, İddiaçı "ARAZAVİA MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2489 nömrəli icraə müqaviləsinə əsasən axırıncıya həmin müqaviləyə uyğun qaydada Cəmiyyətin “Binə” Ticarət Mərkəzindəki 34 kvadratmetr ölçüdəki ticarət obyekti(mağaza) icarə verilmişdir.Atlaz Rəhimov bugünə kimi həmin obyektin icarəsinə görə Cəmiyyətə icarə haqqı və yaxud digər vəsait ödəməmişdir. Müqavilənin bağalanmasından iki ay sonra Pandemiya dövrü başladığından və bu səbəbdən icarəçinin obyektdən isitfadəsinin mümkünsüz olması nəzərər alınaraq ondan icarə haqqı tələb olunmamışdır.Bundan sonra icarəçi ilə əlaqələri kəsilmişdir.Bundan sonra Rəhimova 29.08 2024-cü il tarixli ərizə ilə müraciət edərək "ARAZAVİA MCC ilə onun arasənda bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən onun "Bina Ticarət Mərkəzində icraəyə götürüdüyü 7a sırasının 5 –ci korpusunda yerləşən 1 q saylı ticarət obyektinin yanında digər icarəçi tərəfindən quraşdırılmış qapının onun müştərilərinin gedib-gəlişinə, beləliklə ticarətlə məşğuluna maneçilik törətdiyini bildirmişdir. Həmin ərizə müəssisəyə daxil olduqdan sonra orada qeyd olunan telefon nömrəsi ilə (*** *** ** **)əlaqə yaradılmış, və özünü İddiaçı həyat yoldaşı kimi təqdim edən Qoçu adlanan şəxs geyd olunan icarə obyektinə dair məsələlərlə yalnız o məşğul olduğu və ərizənin müəllifi özüolduğunu bildirərərək, məsələnin yerində aydınlaşdırılması məqsədi ilə Ticarət mərkəzinə dəvəl olunmuşdur. Bundan sonra cari ilin oktyabr ayının sonunda TM-nə gəlmiş Qoçunun iştirakı ilə TM-in nümayəndələri onun icarə obyekti yerləşən sahəyə birgə baxış keçirmiş və onun ərizəsində qeyd edilənlər ( qapını istədikləri vaxt açırlar va bağlayırlar) tam təsdiqini tapmasa da (müvəqqəti təmir işi ilə bağlı qoyulmuş örtükdəki qapı daim açıq olmuşdur), ərizəsi nəzərə alınaraq, ticarat fəaliyyətinə maneə kimi qeyd edilmiş halın aradan qaldırılması üçün yaxın günlərdə tədbir göruləcəyi və nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir.Qeyd edik həmin vaxt icarəçi (Qoçu) onun icarəyə götürdüyü obyekti özü işlətmək imaknında olmadığı üçün başqasına icarəyə vermək niyyətində olduğunu və ona belə bir icarəçi tapmağı cəmiyyətin nümayəndəsinə təklif etmiş, lakin nümayəndə onların belə bir öhdəliyə məsul olmadığını ona bildirilmişdir. Həmin görüşdən az müddət sonra nıüdriyyət tərəfindən ərizəçinin qeyd etdiyi maneə - qapı tamaılə sökülüb ərazidən kənarlaşdınlmaqla, aradan qaldırılmış, yə bu barədə ona Qoçuya məlumat verilmişdir.Əlavə olaraq ticraət mərkəzində yaradılmış şəraitlə tanış olması təklif olunmuşdur.Telefon danışıqları zamanı (Qoçuya bir neçə dəfə gəlməsi təklif olunsa da, işdə olması ilə bağlı təxirə salmış, sonuncu data xx.xx.2024-tarixdə gələcəyini vəd etsə də TM-nə gəlməmiş, sonradan da onun cəmiyyətə qarşı iddia ilə məhkəməyə müraciət etməsi məlum olmuşdur.xx.xx.2019-cu il tarixli müqavilənin 4.2.5-ci bəndinə əsasən "Bu müqavilənin qüvvədə olduğu müddətdə İcarə obyektinin istifadəsinə görə yaranmış istənilən promlemlər İcarəyə verana aid deyilsə İcarəyə verən bununla bağlı məsuliyyət daşımır".Azarbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 675-ci maddəsində göstərilir ki," Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.Məcəllənin 677.3-cü maddəsinə əsasən Kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən qeyd etmək olar ki, cəmiyyət tərəfindən müvafiq müqavilə şərtləri pozulmamaış, əksinə tərəf kimi üzərinə düşən bütn öhdəlikləri yerinə yetirmiş və icraə müqaviləsinin icarəyə verən tərəfindən pozulmasına dair iddia ərizəsində göstərilənlər əsassızdır.Bu səbəbdən iddaiçı İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 2489 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh firması arasında icarə müqaviləsi imzalanmış, həmin müqavilə əsasında İddiaçı "ARAZAVİA MMC tərəfindən “Binə” Ticarət Mərkəzindəki 34 kvadratmetr ölçüdəki ticarət obyekti(mağaza)- 7a sırasının 5-ci korpusunda yerləşən 1 q saylı ticarət obyekti icarəçiyə müddətsiz icarəyə verməyi, icarəçi isə vaxtı-vaxtında icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinə görə iccarə haqqı 30 təqvim günü gecikdirilərsə onda müqavilə birtərəfli ləğv edilərək, razılaşmaya əsasən icarəçinin əmlkaı hesabına ödənişlər həyata keçiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin məhkəyə sorğuya cavab olaraq ünvanladığı məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında İddiaçı (VÖEN: **********) əsas fəaliyyət növünün 'Südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi” (kod: 0141001) olması barədə məlumat mövcuddur. İş materiallarında olan İddiaçı "ARAZAVİA MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunur ki, 24 yanvar 2019-cu il tarixli 2489 saylı icarə müqaviləsinə əsasən "xxxx" firmasına məxsus sıra 7a, 5 korpusda yerləşən, ümumi sahəsi 34 m2 təşkil edən 1 saylı qeyriyaşayış obyektini ticarətlə məşğul olmaq üçün müddətsiz icarə müqaviləsi imzalanarkən şəxsən Sizə 28000 (İyirmi səkkiz min) ABŞ dolları və obyektin üçün 4000 (dörd min) ABŞ dolları, cəmi 32000 (otuz iki min) ABŞ dolları ödənilmişdir. Obyektdə təmir işləri başa çatdıqdan sonra, onun icarəyə götürdüyü obyektin qarşısında yerləşən sıradakı obyektlər "Elit" ticarət firmasına Sizin razılığınızla satılmış, sonuncu onun obyektinə və sair obyektlərə gedən çıxışa qapı qoymuşdur. Onları qapını istədikləri vaxt açırlar və bağlayırlar. Bu səbəbdən ona və o cümlədən bir neçə şəxsə məxsus obyektlərə gediş-gəliş tam məhdudlaşdırılmış və demək olar ki, ticarətlə məşğul olmaq qeyri-mümkündür. Buna səbəb Sizin yuxarıda qeyd edilən icarə müqaviləsinin 8-ci bəndinin tələblərini kobud surətdə pozmağınızdır. Həmin bənddə qeyd edilir ki, bu müqavilə imzalandıqdan sonra öz öhdəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam hecmdə ödəməyə borcludur. O, müqavilə imzalandıqdan sonra çox cəhd göstərsə də obyekti işlək hala gətirməyə nail ola bilməmişdir.Bu səbəbdən firmaya ödənilmiş 32000 ABŞ dollarını 10 gün ərzində ödənilməsi tələb etmişdir. İş materiallarında olan "ARAZAVİA MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onlara ünvanlanmış ərizə araşdırılmış, həyat yoldaşınız Qoçu bəylə birlikdə Sizə məxsus ticarət obyektinə baxış keçirilmiş və bununla bağlı bildirdi ki, qeyd olunan məsələ müsbət olaraq öz həllini tapmışdır. Belə ki, Sizə xx.xx.2019-cu il tarixli, 2489 nömrəli icarə müqaviləsinə əsasən ayrılmış qeyri-yaşayış obyektinin qarşısında müvəqqəti quraşdırılmış qapı sökülərək əvvəlki vəziyyətinə qaytarılmış və ərizədə qeyd etdiyiniz məsələ aradan qaldırılmışdır. Hal-hazırda obyektin fəaliyyət göstərməsi üçün heç bir maneə yoxdur. İş materiallarında olan "ARAZAVİA MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin 2019-2024-cü il ərəfəsində Binə Ticarət mərkəzindəki ticarət obyektlərinin istifadəsinə dair icarəçilərlə bağlanmış “İcarə müqavilə”lərində icarə haqqı qiymətləri tərəflər arasındakı razılaşmaya əsassən təyin edilməklə, bir qayda olaraq obyektin hər kvadrat metrəsi üçün 8-12 manat arasında aylıq icarə haqqı ödənişi müəyyən olunmuşdur. Əlavə olaraq bildirir ki, xx.xx.2019-cu il tarixli, 2489 nömrəli müqavilə əsasında vət. İddiaçı tərəfindən icarəyə götürülmüş obyektdə heç kəs tərəfində ticarət fəaliyyəti aparılmamış və İddiaçı tərəfindən də Cəmiyyətə bu günə kimi icarə haqqı olaraq heç bir ödəniş edilməmişdir. İş materiallarında olan müvafiq iş üzrə xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan müəyyən edilir ki, mübahisəli icarə obyektinə gedən yol əsas korpusdan girişdən yolun sağ tərəfində yerləşir. Mübahisəli icarə obyektinə qədər ticarət mərkəzinin sağ və sol hissəsində obyektlər fəaliyyət göstərir. Mübahisəli icarə obyektindən həmin korpusun axırına qədər obyektlər yerləşsə də, həmin obyektlərin bəziləri ticarət obyekti kimi tam fəaliyət göstərmir. Bunun səbəbi isə həmin obyektlərin bəziləri anbar kimi, bəziləri isə tam fəaliyyətsiz qalmaqdadırlar. Mübahisəli obyekdə isə suvax və malyar işləri tamamlanmış, şüşə qapı qoyulmuşdur. Mübahisəli obyekt korpusun təmirsiz yerində yerləşir. Həmin obyektə gedən yolda iddiaçının nümayəndəsi iddia edir ki, əvvəllər dəmir qapı qoyulmuşdur ki, həmin təmirsiz obyektlərə gediş-gəliş məhdudlaşdırılmışdr, cavabdeh isə bildirir ki, qapı qoyulsada əl qapısı olub və həmişə açıq vəziyyətdə olub. Həmçinin müəyyən edildi ki, mübahisəli obyektə həm əsas korpusdan, həm əsas korpusun arxa tərəfindən, korpuslar arası həm də sağ, həm də sol tərəfdən gediş gəliş yolu həmişə mövcud olub və indi də mövcuddur, iddiaçının nümayəndəsi iddia edir ki, vətəndaşın ərizəsinə əsasən dəmir qapı sökülüb, cavabdehin nümayəndəsi işə bildirir ki, təmir bərpa işləri getdiyindən tozun qarşısının alınması məqsədilə qapı qoyulmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 400 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli 2489 nömrəli icarə müqaviləsinə əsasən, İddiaçı ilə Cavabdeh firması arasında icarə müqaviləsi imzalanmış, həmin müqavilə əsasında İddiaçı "ARAZAVİA MMC tərəfindən “Binə” Ticarət Mərkəzində obyekt icarəyə verilmişdir. İddiaçı icarə müqaviləsi bağlasda müqavilə bağlanan zaman sahibkarlıq statusu olmamış və heç vaxt həmin obyekt icarə müqaviləsinin təyinatına uyğun istifadə edilməmişdir. Yəni müqavilə kazığ üzərində olmuşdur. İddiaçı iddia edir ki, 28000 ABŞ dolları pul verməklə obyekti almışdır. 4000 ABŞ dollarını isə təmir bərpa işlərinə görə vermişdir. Müqavilə bağlanan zaman hər iki tərəf bildirir ki, orad arakəsmə qapı olmamışdır. Sonradan olub o da iddiaçının müraciəti əsasında sökülüb. İcarə müqaviləsi üzrə icarə haqqı da ödənilməyib, lakin cavabdeh tərəf heç vaxt icarə haqqını istəməyib. Cavabdeh tərəf fikrini belə əsaslandırır ki, iddiaçı ticarətlə məşğul olmadığından (obyekti fəaliyyətsiz saxladığından) pul tələb etməyiblər. Belə obyektlə yüzlərlə həmin Binə ticarət mərkəzində var. Həmçinin müəyyən edildi ki, artıq iddiaçının müraciətindən sonra qapı sökülüb. İddiaçı müqavilənin ləğvinə dair bildiriş də göndərmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi “icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” barədədir. İddiaçı müqavilənin ləğvi səbəbini onunla əsaslandırır ki, müqavilə bağlansa da orada qapı qoyulmuş, o da hərəkəti məhdudlaşdırmışdır ki, həmin obyekti işlədərsə alış-verişə imkan olmayacaqdır. Bu hal ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəf məhkəmə iclas zalında bildirmişlər ki, müqavilə bağlanan zaman orada qapı qoyulmayıb.İddiaçı bildirir ki, həmin qapı sonradan qoyulub, sökülməsi ilə bağlı müraciət edib, məhkəmə rosessi ərəfəsində həmin qapını söküblər. Bununla bağlı məhkəmə yerli baxış keçirmiş, qaöının olmadığını müəyyən etmişdir. Həmçinin yerli baxış zamanı dörd bir tərəfdən də obyektə doğru gediş gəliş yolunun mövcud olduğu müəyyən edilmişdir. İddiaçı müqavilənin bağlandığı müddətdən hazırkı vaxtadək həmin obyekti işlətməməsinin səbəbi kimi oğlunun müharibə zamanı yaralanması və onun müalicəsinə başı qarışmasını əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, müqavilə bağlanandan hazırkı vaxtadək icarə obyektinin işləməməsi qapının qoyulması ilə deyil, iddiaçının öz iradəsinə uyğun hərəkətsiz saxlanılması ilə əlaqədardır. Müqavilə bu əsasla ləğv edilə bilməz. Belə ki, iddiaçı qapının sökülməsi ilə iddia da məhkəmədə irəli sürə bilərdi. Bu hüquqdan istifadə etməyərək, hazırkı halda müqavilənin ləğvi labüt deyildir. O ki, qaldı müqavilə üzrə 28000 və təmir üzrə 4000 ABŞ dollarının verilməsinə iddiaçı bunu sübut edə bilmir. Bununla belə cavabdeh tərəf bildirir ki, iddiaçı icarə haqqında ödəməyib. Lakin hazırkı halda bunu tələb etmirlər ona görə ki, həm iddiaçı ticarətlə məşğul olsun deyə, həm də həmin ərazidə belə obyektlər yüzlərlə var. Məhkəmə həmçinin qeyd edir ki, 45000 manat maddi ziyan tələbi də təmin oluna bilməz. Belə ki, iddiaçı bildirir ki, öz evinin satıb obyektin alınması üçün 28000 ABŞ dolları verdiyindən həmin ziyanlığdır ki, tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, 45000 manat maddi ziyan tələbi ilə bağlı evinin satması bəlli deyil, ev satılsa belə yuxarıda qeyd olunduğu kimi müqavilə üzrə 28000 və təmir üzrə 4000 ABŞ dollarının verilməsi sübut olunmadığına görə, bu tələb müqavilə üzrə ödənilən tələblə əlaqədar olduğuna görə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı öz hüquqlarından istifadə etməyərək icarə obyektinin işlətməməsi, xəbərdarlıq bildirişinin göndərildikdən sonra qapıın cavabdeh tərəfindən sökülməsi, pulun verilməsinin sübut olunmaması Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-458/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-458/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver