Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-401/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3900 manat maddi zərərin, 5000 manat əldən çıxmış faydanın, həmçinin məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh 1 ay öncə xəbərdarlıq etməli idi lakin ona məlumat vermədən müqaviləni birtərəfli qaydada ləğv edib. 1000 manata danışmışdılar icarə haqqını, icarə haqqını da qaldırıb ona xəbərdarlıq vermədən. Havalandırmanı özü cavabdeh təmir etdirməli idi lakin onun pulunu da 1600 manat o, verib. 1600 manat proyektor alıb cəmi iki həftə işlədib indi o da qalıb onda sata bilmir ziyana düşüb. Hər ay xalis gəliri 200 manat olurdu müqavilənin bitmə tarixinə kimi 2200 manat edirdi. Cavbdeh tərəfindən ona həm maddi ziyan dəyib həm də əldən çıxmış fayda ona görə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsini çayxana kimi istifadə etmək üçün icarəyə götürmüşdür. Müqavilə birtərəfli qaydada ləğv olunub. Mübahisə olan zaman iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh hüquqi şəxsdir. İddiaçının də VÖEN-i vardır, yanvar ayında fəaliyyəti dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranmışdır və məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 24 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1 illik icarə müqaviləsi bağlanmış və Bakı şəhəri, Qara Qarayev prospekti 2539-cu məhəllə (Ankara klinikasının yanı) ünvanında yerləşən 100 kv.m sahə sahibkar İddiaçı icarəyə verilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət istiqaməti “çayxanalar tərəfindən xidmətin göstərilməsi”dir. Lakin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, onun X1 Nömrəsi (VÖEN:**********) vardır. Fəaliyyət istiqaməti “çayxanalar tərəfindən xidmətin göstərilməsi”dir. Lakin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Cavabdeh hüquqi şəxsdir, onun X1 Nömrəsi (VÖEN:**********) vardır. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən fərdi sahibkar İddiaçı hər ay 200 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü sahə üçün ödədəyi pul vəsaitini cavabdehdən tələb etməsindən irəli gəlir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hazırki tələbə ümumi məhkəmədə yox aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Həmin Qərarın 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, mülki iş məhkəmə aidiyyəti qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 34, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair 2(007)-401/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-401/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-401/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver