Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-44/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə vətəndaşı İsmayıl Çağlayanın rəhbərlik etdiyi Cavabdeh MMC ilə (VÖEN **********) ilə mənim aramda xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 86B ünvanında yerləşən, ümumi sahəsi 2536.8 m2 olan qeyri-yaşayış binasının 1-ci, 3-cü, 5-ci mərtəbələri və mansardda olan restoranın 1900 m2 olan hissəsinin icarəyə verilməsinə dair xx.xx.2019-eıı il tarixdə notarial qaydada təsdiq olunmuş və reyestr 3M-922 № ilə qeyd edilmiş icarə müqaviləsi üzrə 16 avqust 2019-cu il tarixdən başlayaraq 16 may 2020-ci il tarixədək hər aya görə 20 000,0 (iyirmi min) manat, cəmi 200 000,00 (iki yüz min) manat icarə haqqı, obyektə dəyən zərərin əvəzi olaraq 148 916,50 (yüz qırx səkkiz min doqquz yüz on altı) manat, yararsız vəziyyətə salınmış kondisionerin təmiri üçün 13 200.00 (on üç min iki yüz) manat pul vəsaitinin Cavabdeh MMC-dən alınıb onaverilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə AZEMİS vasitəsilə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərdən keçirib, onun mübahisə ilə bağlı fikirlərini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalı, eləcə də həmin mülki iş üzrə görülmüş iddianın təmin tədbirinin saxlanılmasına zərurət olmadığından, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin mülki işlə bağlı iddianın təmin tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 15-ci maddəsinə görə iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi tədbiri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilsin. Çağlayan Group» MMC-nin iddia tələbi həcmində (200 000 manat+148 916,5 manat+13 200 manat) "xxxx" ASC-nin «5 saylı» şöbəsində ABŞ dollarında hesablaşmalar aparılması üçün AZ84GUNA**********1905001000 №-li, EVRO ilə hesablaşmalar aparılması üçün AZ95CUNA******************** №-li, RR ilə hesablaşmalar aparılması üçün AZ05GUNA******************** №-li, AZN ilə hesablaşmalar aparılması üçün AZ77GUN A******************** №-li aktiv olan cari hesablarındaki pul vəsaitləri və valyuta sərvətləri üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova İş № 2(005)-142/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh X2 qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair ərizəsi üzrə mülki işə 10 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 09:40-da başlandı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Azərbaycan Respublikası MPM-nin 179.1-ci maddəsinə əsasən məhkəmə iclas katibi məruzə edərək bildirir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin iddiaçı 09 fevral 2022-ci il tarixində məhkəməyə ərizə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilsin. Məhkəmə müşavirə otağına gedir və qərardadı qəbul edir. Məhkəmə iclasının protokolu 10 fevral 2022-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: S.Ədilova Məhkəmə iclasının katibi: Ə.Əhmədzadə
Məhkəmə qərarları › İş №2(005)-44/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-44/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver