Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2074/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili vvə nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldıaraq təhvil verilməsi və maddi zərər” tələbinə dair ilk iddia ərizəsi; İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” tələıbinə dair qarşılıqlı idda ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış binasının icarəyə verilmiş 23.7 kv.m-lik hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsi və ona dəymiş 6000 (altı min) manat məbləğində zərərin Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin qeyri-yaşayış binasının ümumi sahəsi 293.1 kv.m təşkil edir. Onun ilə Cavabdeh1 arasında 16 yanvar 2019-cu il tarixində “icarə müqaviləsi" bağlanmışdır. İcarə müqaviləsi 16 saylı notariat ofisinin xüsusi notariusu Gülüş Abıyeva tərəfindən təsdiq edilmişdir. İcarə müqaviləsinə əsasən, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının bir hissəsi xx.xx.2021 -ci il tarixədək Cavabdeh1 icarəyə verilmişdir, icarəyə verilən sahənin ölçüsü 23.7 kv.m təşkil edir, icarə haqqı aylıq 400 manat müəyyən edilmişdir. Cavabdeh1 qeyri-yaşayış sahəsində dam örtüklərinin satışı ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, cavabdeh T. Mustafayeva obyekti ona təhvil vermir və aylıq icarə haqlarını ona ödəmir. Eyni zamanda cavabdeh qeyri-yaşayış sahəsində dəyişikliklər etmişdir. Belə ki, arakəsməni sökərək, icarəyə verilən sahəni özbaşına böyütmüşdür, həmçinin müəyyən təmir işləri aparmışdır Halbuki, İcarə müqaviləsini 9-cu bəndinə əsasən, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Dəfələrlə onun tərəfindən qeyri-yaşayış sahəsinin ona təhvil verməsini və müqavilə bitdikdən sonra istifadə etdiyi aylar üçün icarə haqqını ödəməsini tələb etsə də nəticə verməmişdir. Ona görə də, o, xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə təklif etmişdir ki, 10 gün müddətində borc məbləğini ödəsin və qeyri-yaşayış sahəsini ona təhvil versin. Lakin, Cavabdeh1 məktuba cavab verməmiş, qeyri-yaşayış sahəsini istifadə etməkdə davam etmişdir. Hətta cavabdeh X2 həmin sahəni digər cavabdehə Cavabdeh2 istifadəsinə verərək, əsassız varlanmaq niyyətinə düşmüşdür. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda 15 aydır ki, həmin qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə olunur. Nəticədə o, həmin sahəni başqa şəxsə icarəyə verə bilmir və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki, cavabdeh müqavilədə göstərilən müddətdə qeyri-yaşayış sahəsini ona təhvil versəydi, o, daha baha qiymətə də digər şəxsə icarəyə verə bilərdi. Beləliklə, o, 15 aylıq icarə haqlarına görə 6000 (altı min) manat cavabdehdən tələb edir. Hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin edəcək, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının Cavabdeh1 icarəyə verilmiş 23.7 kv.m-lik hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, həmin qeyri yaşayış sahəsini boşaldılaraq, ona təhvil verilməsi və ona dəymiş 6000 (altı min) manat məbləğində zərərin Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qəlnamə qəbul edəcək. Daha sonra Cavabdeh1 “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” təloəbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin xx.xx.2034-cü il tarixə kimi uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu 2093-cü məhəllə Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış binasının icarəyə verilmiş 23.7 kv.m-lik hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi və dəymiş 6000 manat zərərin Cavabdeh1 qızmadan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddianı qəbul etmir və aşağıda qeyd olunanları nəzərə alaraq hesb edir ki, iddia tam əsassızdır. Belə ki, Cavabdeh1 icarə müqaviləsinin 2 il müddətinə (16.01,2019-cu ildən xx.xx.2021-ci il tarixə kimi) bağlanmasına baxmayaraq müqavilə bağlandığı tarixdən 2021 –ci ilin dekabr ayının sonuna kimi iddiaçıya ayda 2000 manat ödəməklə 72000 manat məbləğində icra haqqı ödəmişdir. Lakin icarə müqaviləsindən göründüyü kimi tərəflərin müəyyən etdiyi icarə haqqı 400 manat təşkil edir. Yəni görünən odur ki, cavabdeh indiyə kimi iddiaçıya 4800 manat icraə haqqı ödəmişdir. Bu tamimilə yalandır. Ona görə ki, birincisi mövcud bazar şəraitindən göründüyü kimi qeyd olunan ünvanda və qeyd olunan həcmdə qeyri-yaşayış obyektlərinin icarə haqqısı minimum məbləği 1500-2500 manat arası dəyişir və iddiaçının da qeyri-yaşayış sahəsini 400 manat icarəyə verməsi real deyil və yalandır. Onu da qeyd edir kiŞ tərəflər 10 ilə yaxındır ki. tanışdırlar və cavabdeh həmin qeyri-yaşayış sahəsindən uzun müddətidir icarə şərtləri əsasında istifadə edir və iddiaçıya icarə haqqı ödəyir. Elə bu səbəbdən də icarə müqaviləsi icarəyə verənin istəyi ilə bu formada rəsmiləşmişdir. Bunun sübutu kimi tərlələr arasında bundan əvvəl olmuş məhkəmə mübahisəsinin Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmasıdır. Beləliklə göründüyü kimi tərəflər arasında olan icarə münasibətləri icarə müqaviləsində müəyyən edilmiş kimi deyil. Yəni tərəflər icarə münasibətlərini 2 il müddətinə aylıq 400 manat icarə haqqı ödəməklə müəyyən etsələr də reallıqda isə ödənilmiş aylıq icarə haqqılarının 2000 manat olmasını nəzərə alaraq icra münasibətləri 15 il müddətinə müəyyən edilmişdir. Yəni real vəziyyətdən göründüyü kimi tərəflərin razılığına əsasən icarə müqaviləsi 16.01,2019-cu il tarixdən xx.xx.2034-cü il tarixə kimi müəyyən edilmişdir. Bu səbəbdən də hesab edilir ki, tərəllər arasında bağlanmış icarə müqaviləsinin müddətinin xx.xx.2034cü il tarixə kimi ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini, ilk iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv/m qeyri-yaşayış binası icarəyə verən tərəfindən Cavabdeh1 icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir. İcarə verilən sahənin istifadəsinə görə 400 manat aylıq icarə haqqı müəyyən edilmişdir. İcarəçi icarəyə götürdüyü əmlakı ikinci ildən icarəyə verə bilməz. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv/m qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 7771 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə hər iki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir; 685.2-ci və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Göründüyü kimi İddiaçı ilə Cavabdeh1 arasında 16 yanvar 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış binası sonuncuya icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş icarə müqaviləsindən görünür ki, qeyd edilən müqavilə 2 il müddətinə bağlanmış və 16 yanvar 2021-ci il tarixədək qüvvədə olmuşdur. Həmçinin müqavilə üzrə aylıq icarə haqqı 400 manat müəyyən edilmişdir. Hazırda ilk iddia üzrə İddiaçı məhkəməyə müraciət edərək icarə predmetini boşaldılmaqla ona təhvil verilməsi və dəymiş zərərə görə 6000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, icarə müqaviləsinin müddətinin uzadılmış hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar qiymətləndirilərkən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 16 yanvar 2021-ci il tarixdə bitmişdir və bundan sonra müqavilənin müddətinin uzadılmasına dair hər hansı bir müqavilə bağlanmamış, razılığa gəlinməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış binasının hazırda ilk iddia üzrə cavabdehlərin istifadəsində qalması mülkiyyətçi İddiaçı hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən etibarən mülkiyyətçisidir. Hazırda iddiaçı cavabdehlərin icarə obyektindən çıxarılmasını tələb edir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmasına baxmayaraq, icarə müqaviləsinə əsasən cavabdehlərin istifadəsindədir, hazırda iddiaçı cavabdehlərin icarə obyektindən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış sahəsindən icarə müqaviləsinin müddəti bitdikdən sonra hər hansı hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan cavabdehlərin istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilk iddia tələbinin “icarə haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki icarə predmeti olan qeyri-yaşayış binasının müqavilə müddəti bitdikdən sonrakı tarixdə ilk iddia üzrə cavabdehlərin istifadəsində qalması, İddiaçı həmin əmlakdan faydalanmaqdan məhrum etmiş və nəticədə ona maddi ziyan dəymişdir. Bu səbəbdən məhkəmə ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsini 6000 manat məbləğində təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Qarşılıqlı iddia üzrə müqavilə müddətinin uzadılmış hesab edilməsinə tələbinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə müddətinin uzadılmış hesab edilməsi üçün tərəflər arasında razılıq əldə olunmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş və məhkəmə tərəfindən əsaslar müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında müqavilə müddətinin uzadılmasına dair yazılı razılaşma (müqavilə) olmamaqla yanaşı, hər hansı şifahi razılıq da əldə edilməmişdir. Qarşılıqlı iddiaçılar iddiasının əsası kimi – «icarə müqaviləsinin müddəti bitsə də ona xitam vermək haqqında tərəflərdən heç birinin ərizəsi olmayıb, odur ki, müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir»-bildirsə də, məhkəmə hesab edir ki, qeyd olunan mövqe əsaslı sayıla bilməz. Belə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsində qeyd olunur ki, “Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər”. Göründüyü kimi, həmin maddədə prolonqasiya imkanı müəyyən edilsə də, “icarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər” məzmunlu göstəriş qeyd olunmuşdur. Hazırda iş baxılan İddiaçı ilk iddia ərizəsində icarə predmetinin geri tələb edilməsi tərəflərin icarə müqaviləsi üzrə münasibətlərin davam etdirmək niyyətinin olmadığını sübuta yetirir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldıaraq təhvil verilməsi və maddi zərər” tələbinə dair ilk iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış binasının icarəyə verilmiş 23.7 kv.m-lik hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv olan qeyri-yaşayış binası boşaldılsın, həmin qeyri-yaşayış binası İddiaçı təhvil verilsin. Cavabdeh1 6000 (altı min) manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh1 “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2074/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2074/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver