Məhkəmə qərarları › İş №2(002)-513/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-513/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-513/2022 26.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “X7 yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh ASC-yə qarşı “X7 yerinin dəyişdirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanın yaxınlığında "xxxx" ASC-in 6000 KV-lıq elektrik xəttindən 132 N-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 N-li KTM-in yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946-ci ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən atası X11 (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır. 1951-cı ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşması və qiymətləndirilməsinə dair” PASPORTUNDA qeyd edilmişdir. Texniki Pasport hər 3 (üç) ildən bir yenilənirdi. Onların bütün ailəsi həmin evdə böyüyüb başa çatmışdır. Atası 07.01 2009-cu ildə vəfat etmişdir . O zaman atasının tikdiyi fərdi yaşayı evinə 1963cü ilin avqust ayında “ Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiyası və qiymətləndirilməsinə aid PASPOT ” tərtib edilmiş və yeni yaşayış sahəsində ünvan 2 ünvan verilmişdir. (Sonrakı mərhələdə-1982-83-cü illərdə evin Texniki Pasportu dəyişdirilmişdir). Atam tərəfindən inşa edilmiş Fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar bütün sənədlər müxtəlif qurumlara ( AR Arxivlər İdarəsinə və Reyestr Xidmətinə ) təhvil verilmişdir. Ev şəxsi mülkiyyət hüququ ilə atası X5 adıma AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Qeydiyyatından keçmişdir. Hazırda həmin evdə onun ailəsi və üç bacıları qeydiyyatda olmaqla yaşayaırıq .Qeyd edir ki, o , övladlarının və iki bacıları xəstədir və daimi müalicəyə ehtiyacları vardır. (Bu halları təsdiq edən həkim Arayışları işə əlavə olunur). Ona görə o daimi yaxınlarının müalicəsi ilə məşğuldur. Nəzərimizə çatdırır ki, yaşadığı ev 1950-ci illərdə inşa edilmiş evinin yaxınlığında heç bir kommunikasiya xətləri olmamışdır. 2000-ci ildə yaşadığımız evdən 800 metr aralıda yerləşən Hərbi hissənin çəpərinin arxa tərəfində Elektrik yarım stansiyası tikilmiş və həmin ərazidə yaşayan evlərinə elektrik xətləri çəkilmişdir. Daha sonra 1972-ci ildə 6 min KV-luq Elektrik yarımstansiya Hərbi hissənin yaxınlığından götürülərək yaşadığını evin giriş küçəsinin digər hissəsinə, yəni 15-20 metr 1 iy inə köçürülmüşdür. Həmin vaxtı Elektrik yarımstansiyası Dəmir Yolu xəttinin yaxınlığından evlərinin yaxınlığına köçürülməsinin səbəbi barədə ərazidə yaşayan şəxslərin fikiri soruşulmamışdır. Eyni zamanda qeyd edir ki, X7 evinin yaxınlığına köçürülən ərazi onun ailəsi üçün fərdi yaşayış evi tikilməsi üçün ayrılmış torpaq sahəsidir. Belə ki, o zaman anası “Qəhraman Ana ” olduğundan və ailəsinin tərkibi çox olduğundan və yaşadığınız ev onların ailə üçün darısqal olduğundan həmi torpaq sahəsi ailəsinə ayrılmışdır. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 276 N:li 07.04.2000-ci il Sərəncamı ilə “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ” ayrılmışdır. O həmin sahəni hasarlamış və torpaq sahəsinidə çoxsaylı meyvə ağacları əkmiş və hazırda meyvə ağacları çox böyümüşdür. Son bir neçə ildə , evinin yaxınlığında quraşdırılmış/ 600 KV-hq Elektrik Yarımstansiyandan ailə üzvlərinə şüalanma təsiri güclənmiş və onun və ailə üzvlərinin xəstəlyinə çox pis təsir etmiş və onların psixoloji gərginliyinə səbəb olmuşdur. Ona fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin altından qazılaraq elektrik xətti çəkilmişdir. X1 daimi 6000 KV- hq enerji olduğundan , həmin elektrik xəttindən onların ailəsinə şüalanma təsiri-olur. Ona görə o və 16 nəfərdən ibarət qonşuları 04.08.2018-ci ildə Azərbaycan Respublikasının Baş Nazirinə , Azərbaycan Respublikası Energetika Nazirinə , “Azərişıq "ASC-yə müraciət edərək “Elektrik Yarımstansiyasının” yerinin dəyişdirilməsi, daha doğrusu əvvəlki yerinə qaytarılmasını xahiş etmişik . Lakin AR Energetika Nazirliyi- X2 Agentliyi Bakı şəhəri Regional Bölməsinin 13.9.2018- ci il 23/17-1-270 saylı məktubunda nəyinki, Elektrik Yarımstansiyanın götürülməsinin mümkün olmadığım bildirməklə, güya onlar sakinlər “6000 KV-luq hava elektrik xəttinin və 132N:li KTM-nin mühafizə zonasının tələblərinin pozulduğunu” göstərir. Eyni zaman da o evinin dəyişdirilməsi və ona ayrı mənzi verilməsi üçün müraciətinə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin 05.03.2019-cu il tarixli N: M-26-148 saylı cavab məktubunda göstərilir ki, “rayon icra hakimiyyətinin boş mənzil fondu olmadığından onları mənzillə təmin etmək imkan xaricində olduğunu göstərmişdir ” Hesab edir ki, "xxxx" ASC-nin onun sahibliyində olan torpaq sahəsində və mülkiyyətində olan evin yaxınlığında Elektrik Yarımstansiyanın quraşdırılması qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahata verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin onların dediklərinə əhəmiyyət vermədiyini, bu qədər mürcaiətlər olunub, bir dəfə araşdırmadıqlarını, lazımi tədbirin görülmədiyini, halbuki burada insan həyatı, sğalamlığından söhbət getdiyini, onların həyatı və sağlamlığı üçün belə bir təhlükə mövcuddur, lakin cavabdeh buna qarşı heç bir tədbir görmür, hətta o qədər ekspert rəyi, dövlət orqanları məktublarda bu halın insan həyatı üçün təhlükəli olduğunu qeyd edir, cavabdeh tərəf isə bunu qəbul etmədiyindən, bununla bağlı heç bir tədbir görməmişdir, qeyd edilən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında hazırki iş üzrə bütün lazımi araşdırmaların aparıldığını,iş üzrə həm ekspert rəyində, həm digər cavab məktublarında həmin KTM-in orada yerləşdirilməsinin qanuna zidd olması aşkar görünür, həmçinin, iddiaçının evi həmin ərazidə 1959-cu ildən mövcud olduğu halda, həmin KTM isə cavabdeh tərəfindən ora 1976-ci ildə quraşdırılıb, halbuki, müvafiq Qaydalara əsasən həmin KTM və elektrik xəttinin həmin ərazidə quraşdırılmamalı idi, cavabdeh isə qanunvericiliyin tələblərini pozmuş, habelə bunun aradan qaldırılması üçün də heç bir tədbir görməmişdir, burada insan həyatı, sağlamlığından söhbət gedir, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə qeyd edilən KTM 6000 kvt-lıq deyil 6 KVT-lıqdır, buna heç kim diqqət yetirmir, əgər 6000 KVT olsaydı, onda iddiaçının dedikləri həqiqət olardı, ekspert rəyində, o cümlədən müvafiq dövlət orqanlarının cavab məktublarında bu halın düzgün qeyd edilmədiyini, həmin məzələyə diqqət yetirilmədiyini, halbuki Qaydalarda 330-500 kv nəzərdə tutulub, belə olan halda 6 kv-lıq KTM lə bağlı heç bir qaydanın pozulmadığını, həmçinin, həmin KTM və elektrik xəttinin yerinin dəyişdirirlməsinin texniki cəhətdən mümkün olsa da, bunun üçün böyük bir maddi vəsaitin tələb edildiyini, böyük bir xərc tələb olunduğunu bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi 05 noyabr 2020-ci il atrixli məhkəmə baxış iclasında veridyi izahatından aydın olur ki, torpaqların bölünməsinin 2000-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verildiyini, stansiyanın sonradan tikildiyini, tikinti zamanı vətəndaşın evinin nəzərə alınmalı olduğunu bildirmişdir. Üçüncü şəxsin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv,ev 24B ünvanında yerləşən mənzildə xüsusi mülkiyyət formasında X6 adına 28.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı şəhər Regional Bölməsinin 13.09.2018-ci il tarixli 23/17-1-270 nömrəli məktubundan görünür ki, mürcaiətdə qeyd edilmiş ünvana baxış keçirilmiş, mövcud vəziyyət yerində araşdırırlmış, sakinlərin iştirakı ilə akt tərtib edilmişdir. yerində baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə olan 516 № li yarımstansiyadan 132 № li KTM-nə çəkilmiş 6 kv-luq hava elektrik veriliş xəttinin və 250 KVA-lıq 6/0,4 kv-luq 132 № li KTM-in mühafizə zonası pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il,10 iyun tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən 6 kV-luq hava elektrik veriliş xəttinin və 132 N-li KTM mühafizə zonasının tələbləri ərazidə yaşayan sakinlər tərəfindən kobud şəkildə pozulmuşdur.6 kV-luq hava elektrik veriliş xəttinin və 132 N-li KTM-in mühafizə zonasının tələblərinin pozulması nəticəsində “Azərbaycan Respublikasının Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasında nəzərdə tutulmuş Y/st 516-dan 132N-li KTM-nə çəkilmiş 6 kV-luq hava xəttindən budaqlanma yolu ilə yeni KTM-ləri qidalandıracaq hava elektrik verilişi xəttinin çəkilişi işləri gecikdirilir və bunun da nəticəsi olaraq "xxxx" ASC tərfindən Qaradağ RETSİ-in ərazisində görüləcək işlərin vaxtında yerinə yetirilməsində ciddi maneələr yaranır.”Azərişıq” ASC-in Qaradağ RETSİ-in QXM/302 B-li 10.09.2018-ci il tarixli məktubunda,132 N-li KTM-in yerinin dəyişdirilməsi texniki cəhətdən mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Qaradağ rayonu Enerji Təchizat və Satış İdarəsinin 10.10.2020-ci il tarixli 53/425 nömrəli məktubundan görünür ki, y/st 516-KTM 132 6 kV-luq hava xətləri çəkilən və 132 saylı KTM quraşdırılan zaman bütün işlər EQQQ,TİQ,YTQ və TTQ-a uyğun şəkildə aparılmışdır.KTM quraşdırılan zaman həmin ərazilər olmuş və sonradan İddiaçı və digər sakinlər tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur.Bu sahələr qanunsuz olaraq zəbt olunan zaman y/st 516-KTM 132 6 kV-luq hava xətlərinin həmçinin də 132 saylı KTM-in mühafizə kobud şəkildə pozulmuşdur. İddiaçı yaşadığı ev isə 132 KTM-in və y/st 516-KTM 132 6 kV-luq hava xətlərinin mühafizə zonasından kənardadır. İş materiallarında olan Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin məktubunda görünür ki,132 saylı KTM 1976-cı ildə KTM 29 olaraq balansa götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli 10/1215 nömrəli ekspert rəyindən görünür ki, tərtib edilmiş sxemə əsasən Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi,1-ci massiv,ev 24B ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.08537 ha torpaq sahəsi Seriya RX ******* saylı çıxarışla vətəndaş X6 mülkiyyətindədir.Həmin Çıxarışa əlavə edilmiş texniki pasportun göstəricilərində qeyd olunur ki,fərdi yaşayış evi 1959-cu il tarixdə inşa edilmişdir.Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin "xxxx" ASC-ə ünvanlandığı məktuba əsasən 132 saylı KTM-in KTM 29 olaraq balansa götürülmə tarixi 1976-cı ildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 330-550 KV-lıq gərginlikdən yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir.Sözügedən 132 saylı KTM-dən torpaq sahəsinin 12 metr,fərdi yaşayış evinin 19 metr aralıda yerləşməsini nəzərə alaraq,torpaq sahəsinin və fərdi yaşayış evnin həmin xətlərin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 İdarəsinin 17.09.2021-ci il tarixli 37/H-0/401 nömrəli məktubundan görünür ki,10.09.2021-ci il tarixdə yanğın-texniki müayinə keçirilmiş,müayinə yerinin fotoşəkiləri çəkilmişdir.Sözügedən ünvanda İddiaçı məxsus fərdi yaşayış evindən 12 metr ara məsafəsində "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatoru yerləşir və istismar edilir.Həmçinin şikayətçiyə məxsus fərdi yaşayış evinin və tikilisinin yanından torpaqaltı 6000 kVt gücünə malik elektrik kabeli keçir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il,10 iyun tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının təsnifatı 30 metr məsafə olmasını eləcə də sözügedən ünvanda kütləvi insan tələfatı ilə müşahidə olunacaq və cəmiyyətdə geniş rezonansa səbəb ola biləcək yanğın hadisəsinin qarşısının əvvəlcədən alınması məqsədilə "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatorun həmin ərazidən ləğv edilərək, təhlükəsiz əraziyə uzaqlaşdırılması üçün müvafiq göstəriş verilməsi məqsədilə tərəfindən "xxxx" ASC-yə 17.09.2021-ci il tarixli 37/36- 00948 saylı məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Azərbaycan respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən insanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabiteninin 11 fevral 2020-ci il tarixli 40 № li Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdıırlması” Qaydalarının 7.1.1.5-ci bəndinə əsasən müxtəlif təsisatların yataq korpuslarında, məktəb və digər təhsil müəssisələrində və s., içərisində və yanında yarımstansiyaların tikilməsinə icazə verilmir.Səlahiyyətli dövlət nəzarət orqanlarının razılığı əsasında, quru transformatorlardan istifadə etməklə yaşayış binalarının içərisində və ya yanında yarımstansiyaların yerləşməsinə icazə verilir. Bu halda qüvvədə olan standartlara müvafiq səs-küyün və titrəyişin məhdudlaşdırılması üzrə sanitar tələblər tam yerinə yetirilməlidir. Yaşayış binalarının içərisində və yanında, və ya ayrıca dayanan yarımstansiyaların qurulması və yerləşdirilməsi bu Qaydanın 2-ci hissəsinin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 3.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir; 3.2-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından mövcud qaydalara uyğun aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Bundan sonra sifarişçi öz elektrik qurğularına baxış keçirmək və onların istismara buraxılmasına icazə almaq üçün həmin qurğu-ları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri X2 Agentliyinin müfəttişinə təqdim etməlidir. Sifarişçinin elektrik qurğusu texniki şərtlərin, layihə, texniki təhvil-təslim sənədlərinin, “Elektrik qurğularının quraşdırılması qaydaları”nın, tikinti normalarının və başqa normativ sənədlərin tələblərinə cavab verdikdə, həmçinin həmin qurğuya xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olduqda, X2 Agentliyinin müfəttişi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. 3.6-cı maddəsinə əsasən elektrik qurğularının quraşdırılmasmda çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydalarından və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir; 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 6.3-cu maddəsinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. 9.5, 10.21 və 11.16-cı maddələrinə əsasən enerjitəchizatı müəssisəsi, istehlakçı, Dövlət elektroenergetika müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 1-ci maddəsinə əsasən mühafizə zonası dedikdə elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinə əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin qaydaların 4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Həmin qaydaların 5-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları 330-550 KV-lıq gərginlikdən yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. Həmin Qaydaların 13-cü bəndinə əsasən gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır. Həmin Qaydaların 15-1-ci bəndinə əsasən gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atasına məxsus olmaqla, faktiki iddiaçının istifadəsindədir. Həmin fərdi yaşayış evi 1959-cu il tarixdə inşa edilmişdir. Həmin fərdi yaşayış evinin yaxınlığında 6000 kvt-lıq elektrik xətti və 132 № li KTM yerləşir və həmin KTM və elektrik xətti cavabdehin balansındadır (1976-cı il tarixdən). İddiaçı onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında onun evinin tikintisindən çox sonralar yüksək gərginlikli elektrik xəttinin çəkildiyini və yarımstansiya (KTM) yerləşdirildiyini, bu halın isə onun və ailə üzvlərinin sağlamlığına mənfi təsir etdiyini, onların həyaı və sağlamlığı üçün təhlükə yaratdığını əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, həmin elektrik xəttinin və KTM-in yerləşdirirlməsi və istismarı ilə bağlı heç bir qanun pozuntusuna yolverilməmişdir, əksinə iddiaçı mühafizə zonasını zəbt etmişdir. Məhkəmədə tədqiq edilmiş müvafiq ekspert rəyinin məzmunundan aydın olur ki, 132 saylı KTM-dən torpaq sahəsinin 12 metr,fərdi yaşayış evinin 19 metr aralıda yerləşməsini nəzərə alaraq,torpaq sahəsinin və fərdi yaşayış evnin həmin xətlərin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sübutlar (Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yanğına Nəzarət İdarəsinin məktubu, müvafiq digər dövlət orqanlarının məktubları, ekspert rəyi və digər) əsasında müəyyən edilmişdir ki, qeyd eidlən elektrik qurğusunda gərginlik 6000 kvt-lıq gücündədir. Bu halda, məhkəmə qeyd edilən fərdi yaşayış evinin həmin sahədə yerləşdirilən elektrik qurğusundan öncə inşa edildiyini (1959-cu ildə fərdi yaşaış evi inşa edilmiş, 1976-ci il tarixdə qeyd edilən elektrik qurğusu balansa götürülmüşdür), habelə cavabdeh tərəfindən həmin elektrik qurğusunun yerləşdirilməsi və istifadəsi (istismarı) ilə bağlı, habelə, qeyd edilən elektrik qurğularının yaşayış sahələrindən kənarda yerləşdidirlməli olması, mühafizə zonasının ayrılmalı olması ilə bağlı mövcud qanunvericiliyin tələblərinə və qaydalara əməl edilmədiyini əsas götürərək, hər bir halda əhalinin həyat və sağlamlığının qorunması prinsipini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qeyd edilən qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-tərəfindən öz balansında olan və ünvan 7 ünvanında olan fərdi yaşayış evinin yaxınlığında (həmin fərdi yaşayış evinin 19 metr aralı məsafədə, torpaq sahəsi ilə 12 metr aralı məsafədə) yerləşən 6000 KV-lıq elektrik xəttindən 132 №-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yeri mühafizə zonasına aid tələblər nəzərə alınmaqla, dəyişdirilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. 50 (əlli) manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-tərəfindən öz balansında olan və ünvan 7 ünvanında olan fərdi yaşayış evinin yaxınlığında (həmin fərdi yaşayış evinin 19 metr aralı məsafədə, torpaq sahəsi ilə 12 metr aralı məsafədə) yerləşən 6000 KV-lıq elektrik xəttindən 132 №-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yeri mühafizə zonasına aid tələblər nəzərə alınmaqla dəyişdirilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. 50 (əlli) manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar