Məhkəmə qərarları › İş №2(002)-516/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-516/2021

31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-516/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən mənim ünvanına hesablanmış 216 (iki yüz on altı) manat borcun ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları ilə bağlanmış müqavilə əsasında onun yaşadığı ünvana qaz sayğacı qoyulmuşdur və həmin vaxtdan o qaz sayğacından istifadə etmişdir. Təxminən 2020-ci ilin iyul-avqust aylarında qaz idarəsindən bildirdilər ki, onlara məxsus qaz sayğacı mexaniki qaz sayğacı ilə əvəz edilməlidir. xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, sayğacın ekranı sönmüş, menyular oxunmur, yeni sayğacla əvəz edildi. Sonradan ona 216 manat borcu olması barədə bildiriş gəlmişdir. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşdirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində, olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK- 29/1710-02679-1 saylı aktında qeyd edilmişdir ki, sayğaca ümumi baxış keçirildi, sayğaçın klapanı işlək deyil, Yivli birləşmələrdə korroziya izi mövcuddur. Sayğacın elementi bitib müvəqqəti element quraşdırıldı, informasiya oxunmur. Göründüyü kimi əvvəlki sayğac uzun müddət istifadə edilməklə, istismar müddəti 5 il olan sayğac artıq işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıları qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nm 4.9-cu maddəsində nəzərdə tutulur ki, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi onun yaşadığı ünvanda yerləşən qaz sayğacının dəyişdirilməsi zamanı plombunda heç bir zədə olmamış, klapanın işlək olub-olmamasına o məsuliyyət daşımır. Buna nəzarətçi nəzarət etməli idi. Heç bir əsas olmadan ona 216 manat borcun hesablanması tam əsassızdır. Bu səbəbdən, o, “xxxx” ASC tərəfindən heablanmış 216,00 manat borcun ləğv edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin xx xxxx 2021-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatından aydın olur ki, kod əlavə olunmadığından müdaxilə olunub-olunmaması barədə bir söz deyə bilmir, kod lazımdi qüsur aktını bilmək üçün, kodu əldə etmək üçün bazadan götürməldiir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialalrından görünür ki, Xəlilov X1 qəsəbəsi massiv 1-də fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan ******* №li aktın məzmunundan aydın olur ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 107 ünvan üzrə **********01070 abonent kodu üzrə istehlakçı qismində İddiaçı şıxış edir, həmin ünvan üzrə baxış keçirilmiş, baxış keçirilən zaman aşkar olunan nöqsanlar barədə heç bir qeyd yazılmamış, istehlakçı adından imza etmədi sözləri yazılmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli MSK-29\1710-02679-1 № li aktın məzmunundan aydın olur ki, 1202AQ**********3 nömrəli sayğac üzrə sayğaca ümumi baxış keçirilmiş, sayğacın klpanı işlək vəziyyətdə deyil, yivli birləşmələrində korriziya izi mpvcuddur, sayğacın elementi bitib, müvəqqəti element quraşdırılıb, informasiya oxunmadı, qaz itkisi, araşdırılsın qeyd olunmudşur. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki,Qızıldaş qəsəbəsi 1202AQ**********3 № li sayğacın istismar müddəti bitib, çıxarılma səbəbi budur, yeni sayğacın quraşdırılması səbəbi əvəzetmədir, sayğacın ekranı sönüb, menyular oxunmur, yenisi ilə əvəzləndi İş materiallarında olan **********1070 nömrəli abonentin saldosu haqqında məlumatdan görünür ki, ünvan 2 saylı mənzildə sayğacın quraşdırılma tarixi xx.xx.2020-ci il qeyd edilmiş, 10\2020 ay üzrə qalıq borcu 216 manat qeyd edilmişdir. İş materiallarından görünür ki, **********01070 nömrəli abonent kodu üzrə 06\2012-ci il- 08\2020-ci illər üzrə qalıq borcunun 0 manat olduğu qeyd edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus müvafiq mənzilə dair qaz sayğacı üzrə 216 manat məbləğində borc yazıldığını, həmin borcun əsassız yazıldığını, bu barədə indiyə kimi ona heç kimin məlumat vermədiyini, həmişə qazdan istifadəyə görə haqqın vaxtlı-vaxtında ödədiyini əsas gətirərək, cavabdeh tərəfindən yazılmış borcun silinməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil üzrə qaz sayğacına dair 2012-2020-ci ilin avqust ayları üzrə qalıq borcu 0 manat olmuş, 216 manat məbləğində borc 2020-ci ilin oktyabr ayı üzrə yazılmışdır. Eyni zamanda iş materialalrında olan xx xxxxxxx 2020-ci il tarixli aktın məzmununda həmin mənzil üzrə qaz sayğacında hər hansı nöqsanın aşkar olunduğu qeyd edilməmişdir. həmçinin, iş materialalrında olan xx xxxxxxx 2020-ci il tarixli aktın məzmununda müvafiq mənzil üzrə qaz sayğacına baxış keçirildiyi, , sayğacın klpanı işlək vəziyyətdə deyil, yivli birləşmələrində korriziya izi mövcuddur, sayğacın elementi bitib, müvəqqəti element quraşdırılıb, informasiya oxunmadı, qaz itkisi, araşdırılsın qeyd olunmudşur. Müvafiq qanunvericiliyin əhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus qaz sayğacının məhz istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsiliyi nəticəsində yarasız vəziyyətə düşməsinə səbəb olan hallara və ya həmin məbləğdə borcun qazdan istifadəyə görə yaranmış borc olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunununla da, iddiaçıya məxsus qaz sayğacının məhz iddiaçının təqsiri nəticəsində dəyişdirilməsinə əsas verən halın, habelə iddiaçının qazdan istifadəyə görə xidmət haqqı borcunun olması halını müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə,məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qaz sayğacı üzrə 216 manat məbləğində qalıq borcun yazılması əsasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv-1 ünvana (abonentin kodu: **********1070) hesablanmış 216,00 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvana (abonentin kodu: **********01070, sayğac nömrəsi **********0) hesablanmış 216,00 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar