Məhkəmə qərarları › İş №2(002)-539/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-539/2022

19.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-539/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “vəsiyyətnamə üzrə vərəsə hesab edilmə” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 on altı may iki min onuncu il tarixdə yazdığı vəsiyyətnamə əsasında vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək,11.12.2019-cu il tarixdə vəfat etmiş X5 tərəfindən tərtib edilmiş 16.05.2010-cu il tarixli ev vəsiyyətnaməsinin qanuni hesab edilməsi və İddiaçı vəsiyyət üzrə vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş X5 onun anasının qardaşı yəni onun dayısıdır.Sevilə adlı qadınla ailə həyatı quraraq evlənmişdir.Onların övladları olmamışdır.O onlara dai qayğı göstərmişdir.Dayısı xərçəng xəstəliyindən əziyyət çəkirdi onlar qohum əqrəba maddi kömək ediblər özüdə borc xərc edərək uzun müddət müalicə olunmuşdur.Düçar olduğu qaraciyər çatışmazlığı,xərçəng xəstəliyinin irəlilədiyinə görə 12 noyabr 2019-cu il tarixdə vəfat etdi.O və həyat yoldaşı onun dəfn xərclərini çəkdi ona yas mərasimi Verdi.Mərhum dayısı X12 arvadı X10 tək qaldığına görə onu tək buraxmadı bir müddət onun yanında qaldı,onun ehtiyaclarını ödəməyə çalışaraq daim onunla maraqlanmış,ərzaq alıb aparmış,onun düçar olduğu böyrək xəstəliyinin müalicə olunmasına,dava-dərman alınmasına xəstəxanaya aparılmasına kömək etmişdir.Lakin müalicə olunmasına baxmayaraq 10 iyun 2021-ci il tarixdə vəfat etmişdir.X1 dəfn etmiş və bütün dəfn xərclərini o çəkmişdir. Bir müddət sonra ona vəsiyyətnamə tərtib edildiyini dayısı dediyini, o vəsiyyətnamə ona verilənə kimi həmin vəsiyyətnamədən xəbəri olmadığını, Eyyubov Xanbala adına torpaq sahəsi ayrıldığını, onun bütün vergi borclarını o ödədiyini, həmin mirasın qəbuluilə bağlı müraciət etsə də, notariat kontoru ondan imtina etmişdir. hüququnun pozulduğunu hesab edir. ona görə də bu halların nəzərə alınaraq iddianın təmin eidlməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izhat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək, öz ifadəsində Eyyubov Xanbalanın onun qardaşı olduğunu, vəsiyyətnamənin evdə tərtib edildiyini, həyat yoldaşı və qardaşının evinə getdiklərini, qradaşının yanında hüquqşünas olduğunu,, qardaşının həyat yoldaş da xəstə olduğunu, uşaqlarının olmadığını, həyat yoldaşnın qohumunu Faiqi övladlığa götürdüklərini, ancaq rəsmi bunu etmədiklərini, qardaşının evi həyətyani sahəsi olduğunu, qardaşının ona dedi ki,bütün yüklərini iddiaçı bacım qızı çəkibdir, Xanbaladan başqa bir qradaşı da olduğunu onun da vəfat etdiyini bidlirdi. Məhkəmə iclasında şahid qismində dindirilimiş X7 ifadə verərək, öz ifadəsində Xanbalanın onun qaynı olduğunu, iddiaçı isə baldızı qızıdırqaynının onları evə çağırdığını, onlar evə gələndə yanında hüquqşünas və onun həyat yoldaşı var idi, qaynı onlara vəsiyyətnamə yazdırdığını dediyini, yazıb çap etdilər, özü qol çəkdiyini, sonra onların qol çəkdiyini, iddiaçının qaynına qulluq etdiyini, ona görə də o evini bacısının qızına veridyini deidyini, bütün xərclərini dəfn xərclərini də ididçaının çəkdiyini, Xanbalanın qardaşı bacısının vəaft etdiyini bildirdi. İş materiallarında 16.05.2010-cu il tarixli ev vəsiyyətnaməsinin məzmunundan görünür ki,X5 nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmiş, qanun üzrə bütün vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan AZ-İİ 042924 seriyalı, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12.11.2019-cu ildə vəfat etmişdir. İş materiallarından görünür ki, X9 10.06.2021-ci ildə vəfat etmiş və bu barədə 668№ ilə ölüm haqqında akt qeydi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertza Mərkəzi 25.04.2022-ci il tarixli 4/406 saylı ekspert rəyindən görünür ki, mülki işin 10-cu səhifəsində X2 adından olan 16 may 2010-cu il tarixli Ev vəsiyyətnaməsində “Vəsiyyət edənin imzası” qrafasındakı imza-X5 tərəfindən icra olunmuşdur, imzanın qeyriadi psixofizioloji vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. Məhkəmə aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər (ev vəsiyyətnaməsi). Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Həmin Məcəllənin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Həmin Məcəllənin 1225-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmədə tədqiq edilmiş ekspert rəyi, şahid ifadələri və digər mötəbər sübutlar əsasında müəyyən eidlmişdir ki, 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X5 tərəfindən 16 may 2010-cu il tarixdə tərtib edilmiş ev vəsiyyətnaməsi mülki qanunvericiliyin qeyd edilən normalarının tələblərinə uyğun tərtib edilmiş, vəsiyyət edənin imzası məhz X3 məxsus olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd eidlən vəsiyyətnamənin tərtibi zamanı mülki qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X5 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli Ev vəsiyyətnaməsi qanuni hesab edilməli və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X2 (16 may 2010-cu il tarixli Ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu və ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş məhkəmə xərci cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X5 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli Ev vəsiyyətnaməsi qanuni hesab edilsin və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X2 (16 may 2010-cu il tarixli Ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş məhkəmə xərci cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Бинягяди Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar