Məhkəmə qərarları › İş №2(002)-551/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-551/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-551/2025 17.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 qarşı «kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 08 noyabr tarixli 24/42 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzilindən çıxarılması və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-551/2025 saylı qərardad ilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 əlavə cavabdehlər qismində mülki işə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-ci il 08 noyabr tarixli 24/42 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzi ilə təmin edilmişdir."Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"çərçivəsində və ünvan 2 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 805 kodlu evə köçmək üçün Cavabdeh1 Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzilini təhvil verməyəcəyini bildirmişdir.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazırlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır.Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdurAzərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə təhvil vermələrini və ünvan 2 ünvanında yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir Lakin, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişdir.Odur ki, Azərbaycan Respublikası Prezidentinin 16 Noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək, dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi arasında Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzilinə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləlsi ləğv edilməli, mənzil boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə dövlət tərəfindən verilən mənzilin cavabdeh və ailə üzvləri tərəfindən boşaldılmasını və müqavilənin ləğv edilməsini xahiş edirlər. Məcburi köçkünlərin həyat şəraitin yaxşılaşması üçün dövlət proqramı qəbul ediləndən sonra məcburi köçkünlər üçün mənzillər tikildi. Sonra torpaqlar işğaldan azad edildi və dövlət tərəfindən həmin torpaqlarda məcburi köçkünlər üçün mənzillər tikilməyə başlanıldı. Dövlət xətti ilə Laçın şəhərində vətəndaşlara ev tikilib verilmişdi. Lakin 30-a yaxın ailə evlərinə getmir. Onlar müxtəlif bəhanələr gətirir. Onlar tikintiyə nəzarət etmir, nəzarəti dövlətin xüsusi nümayəndələri edir, onlar sadəcə icraçı orqanlardır.Cavabdehlər köçəndə komitə evləri ehtiyacı olan başqalarına verəcək. Cavabdeh özü ona Laçından ev verilməsini etiraf edir.O ev təmir olunub, ora böyük xərclər çəkilib. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, vətəninə köçməkdən imtina etmir. Sadəcə onlara Qobu Parkda ev verilərkən ailədə 4 nəfər idi deyə 3 otaq verildi, indi isə 6 nəfərdilər və indi verilən ev 3 balaca otaqdır. O, torpağına gedir. 68 yaşı və 4 uşağı var. Onlara indi verlən bu evlə bağlı dəfələrlə qəbulda olmuşdur. Laçındakı evə nümayəndələrlə baxış keçirilib, deyildi ki, adam sayına görə evə düzəliş edilib sonra onları ora köçürəcəklər. Hazırda havalar soyuqdur. Orada qızdırıcı sistemi və kanalizasiya xətti yoxdur, uşaqlar da körpədir, çətin şəraitdə uşaqları ora necə aparaq? Kanalizasiya və su xətti çəkilib, amma ümumi xəttə qoşulması üçün evdən 200 metr məsafə var.Cavabdeh2 arvadı,Cavabdeh3 oğlu,Cavabdeh4 gəlini, Camal və Nəzrin nəvələri olmaqla, Elçinin uşaqlarıdır. Cavabdeh2 məhkəmə iclasında izahatında qeyd etdi ki, doğma torpaqlarına köçmək istəyirlər, lakin hələki müəyyən şəaritin tamamlanmasını gözləyirlər. Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında digər cavabdehlərin izahatına uyğun izahat verdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 08 noyabr tarixli bina 24/42 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 (Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə) Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu 2 yaşayış kompleksi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 24 nömrəli binada 42 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2024-cü il tarixli 1965 saylı arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün olmaqla, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (Cavabdeh1 Elçin oğlu, X3) Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu 2 yaşayış kompleksi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 24 nömrəli binada 42 nömrəli 3 otaqlı mənzildə müvəqqəti məskunlaşmışdılar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin vətəndaş Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, siz və ailə üzvləriniz Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 Elçin oğlu və X3 ilə birlikdə xx.xx.2023-cü il tarixində Laçın rayonu, Qarıkaha kəndində yerləşən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, dövlət tərəfindən bərpa edilən 805 kodlu evə daimi yaşayış üçün köçürüləcəksiniz. Ailənizin köçürülməsi üçün sizə 1 ədəd yük avtomobili və sərnişin avtobusu ayrılacaqdır. Sizi Bakı şəhərindən Laçın rayonunun Laçın şəhərinə qədər Daxili İşlər Nazirliyinin, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət edəcəkdir.Xahiş olunur Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən sizə ailə üzvlərinizlə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamağınız üçün verilmiş dövlətə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, "Qobu Park 2" ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzilin boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə təhvil verəsiniz. İş materiallarında olan təmir-bərpa olunan evlər haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin qeydiyyat sektorunun müdiri X7, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ-nin Yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi şöbəsinin baş məsləhətçisi X8 və "xxxx" MMC-nin Mühəndis -nəzarətçisi X10 bu aktı tərtib etdilər ondan ötəri ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan aşağıdakı fərdi evlərə baxış keçirildi və evlərdə təmir-bərpa işlərinin başa çatdırıldığını imzaları ilə təsdiq edirlər. İş materiallarında olan "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞnin vətəndaş Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır.Cavab olaraq bildiririk ki, Laçın şəhərində yerləşən fərdi yaşayış evinizlə bağlı ərizənizdə qeyd etdiyiniz qüsurlar və həyətyanı sahənizə təkrar baxış keçirilməsi, müvafiq tədbir görülməsi üçün Laçın şəhərində tikinti işlərini həyata keçirən baş podratçı "xxxx" MMC-yə müvafiq tapşırıqlar verilmişdir.Əlavə olaraq bildiririk ki, Laçın şəhərində bərpa edilmiş fərdi yaşayış evi Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş ailə tərkibinizə uyğun olaraq yenidən layihələndirildikdən, otaq sayı artırıldıqdan sonra sizin Laçın şəhərinə köçürülməyiniz "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"na uyğun olaraq təmin ediləcəkdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 08 noyabr tarixli bina 24/42 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 (Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə) Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu 2 yaşayış kompleksi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 24 nömrəli binada 42 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmiş, Laçın rayonu işğaldan azad olunandan sonra mənzil tikilmiş və cavabdehlərə təhvil verilmişdir. Cavabdehlər də Laçın rayonunda onlara mənzil verilməsini etiraf edirlər. Eyni zamanda onlar Laçın rayonuna qayıdaraq orda yaşamaq istədiklərinidə bildirirlər.Lakin mənzil şəraiti onları qane etməməsi səbəbindən narazıdırlar. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara və «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı»nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin «Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyanın təmin edilməsi» üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsini Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin «Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi» üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilir kiİ, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 1.4-cü bəndində qeyd edilir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ) tərəfindən həyata keçirilir. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Qeyd edilən normaların təhlili belə nəticə gəlməyə əsas verir ki, məcburi köçkünlə xüsusi təyinatlı yaşayış sahəsinə dair bağlanmış müqavilə müvəqqəti bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti məcburi köçkünün daimi yaşayış sahəsi əldə edərək bu statusu itirdiyi günədək müəyyən edilmişdir. Mülki Məcəlləsinin 689.1-ci maddəsində müqavilənin bağlandığı müddətin bitməsi kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi əsası kimi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin 2022-2026-cı illər ərzində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köçürülməsi Azərbaycan Respublikaspı Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”-nda nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin hər bir məcburi köçkünə münasibətdə ayrıca qərar qəbul edilməsinin tələb edilməsi zəruri deyildir. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 08 noyabr tarixli bina 24/42 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (yetkinlik yaşına çatmayan övladları Cavabdeh1 Elçin oğlu və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 08 noyabr tarixli bina 24/42 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (yetkinlik yaşına çatmayan övladları Cavabdeh1 Elçin oğlu və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 ünvanında yerləşən 24 nömrəli evin 42 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar