Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-552/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi, İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli “7/16” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, X9 7 saylı binanın 16 nömrəli mənzil Cavabdeh və ailə üzvlərinin istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən, o və ailə üzvləri X2, X1 və X8 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Laçın rayonu, Qarıkaha kəndində yerləşən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, dövlət tərəfindən bərpa edilən 800 kodlu evə daimi yaşayış üçün köçürüləcəkdir. Ailəin köçürülməsi üçün ona 1 ədə yük avtomobili və sərnişin avtobusu ayrılacaqdır. Onları Bakı şəhərindən Laçın rayonunun Laçın şəhərinə qədər Daxili İşlər Nazirliyinin, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət edəcəkdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən onlara ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamağı üçün verilmiş dövlətə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, X9, 7 nömrəli binada yerləşən, 16 nömrəli mənzili boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təhvil verilməlidir.
3. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Qayıdışın qeydiyyat və təşkilat şöbəsi, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in Yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi şöbəsi və "xxxx" MMC tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli təmir-bərpa olunan evlər haqqında akta əsasən, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan aşağıdakı fərdi evlərə baxış keçirildi və evlərdə təmir-bərpa işlərinin başa çatdırıldığını imza ilə təsdiq edirlər. Fərdi yaşayış evləri: № 77, 85, 118, 170, 185, 242, 338, 343, 359, 372, 378, 436, 490, 529, 579, 580, 584, 643, 667, 716, 718, 728, 748, 787, 800, 805, 814, 823, 834, 841,842. İddia tələbi
4. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2019-cu il 01 avqust tarixli bina 7/16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ailə üzvləri X2, X1 və X4 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi X9, 7 nömrəli binada yerləşən, 16 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 01 avqust tarixli bina 7/16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 mənzilli X9, 7 nömrəli binada 16 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində ünvan 3ində dövlət tərəfindən bərpa edilən 800 kodlu evə köçmək üçün Cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları ünvan 1 ünvanındakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komite Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1ci bəndinin "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış 300 mənzilli X9 bina 7-də yerləşən 16 nömrəli 3 otaqlı mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təhvil verəyi və ünvan 2i ünvanına tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin, Cavabdeh ünvan 3i ünvanına yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair | Dövlət Proqramı"nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin "Əhalinin geri üzrə Fəaliyyət qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə ailə üzvləri ilə birlikdə köçməyən vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi 300-mənzilli, 7 nömrəli binada yerləşən 16 nömrəli mənzil boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 83.0.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən çıxarılırlar.
6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0.1, 83.0.2, 83.0.3, 98.1, 91.2, 91.3, 99.1, 99.2, 99.3, 99.4, 100.3-cü maddələrinə istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçının nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında iddia tələbii müdafiə edərək bildirdi ki, Mənzil Məcəlləsinin 83.0.1.-ci maddəsinə əsaəsən cavabdehə ev verildikdən sonra o, dövlət tərəfindən verilmiş evdən çıxarılır. Məcburi köçkünlərin əksəriyyəti doğma yurdlarına köçüblər, lakin bəziləri onlara ev təklif olunmasına baxmayaraq xüsusitəyinatlı müvəqqəti mənzillərdən çıxmırlar. Cavabdehin yaşadığı ev dövlətə məxsusdur. O, evdən çıxarıldıqdan sonra həmin ev ehtiyacı olan şəhid və ya qazi ailəsinə veriləcəkdir. Dövlət tərəfindən hazırlanmış proqrama əsasən məcburi köçkünlər rayonlara qaytarılır.
8. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etmiş və məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və mülki işə onların iştirakı olmadan baxılması, iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavadeh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul edir. Laçın rayonunda ona verilən evə köçməyə hazırdır Lakin ona vaxt verilməsini xahiş edir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 91.1.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri.
96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qərarı: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
13. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı»nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin «Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyanın təmin edilməsi» üzrə Fəaliyyət istiqamətinin: 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsini Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyata keçirir. 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur.
b) Əsaslandırma
14. İddia əsaslıdır.
15. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi X9, 7 nömrəli binada yerləşən, 16 nömrəli mənzili Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansında olmaqla məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilməsi üçün nəzərdə tutulmuşdur.
16. Qeyd edilən mənzil xx.xx.2019-ci il tarixli 7/16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri qismində aşağıdakılar göstərilmişdir: X2, X1 və X8.
15. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2019-ci il tarixli 7/16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müvəqqəti olaraq Laçın rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 mənzilli X9 7 nömrəli binada 16 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir.
16. Hazırki vəziyyətdə Azərbaycan Dövləti Qarabağ bölgəsindən olan vətəndaşlar qarşısında Konstitusiyada təsbit olunmuş vəzifələrini icra edərək, işğal altında olan torpaqları düşmən tapdağından azad etmiş, böyük yenidənqurma və bərpa işlərinə başlamış, vətəndaşların dədə-baba yurdlarına qaytarılması üçün müvafiq tədbirləri görmüşdür. Hazırda da bu tədbirlər davam etdirilir.
17. Bu baxımdan Dövlət Proqramı çərçivəsində və ünvan 4 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən evə köçmək üçün Cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilmişdir.
18. Buna baxmayaraq, Cavabdeh ailə üzvləri ilə müvəqqəti məskunlaşdığı Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi məcburi köçkünlər üçün salınmış 300 mənzilli bina 7 mənzil 16 ünvandakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir.
19. Göründüyü kimi, cavabdeh vətəndaş olaraq xüsusi təyinatlı yaşayış sahəsini tərk etməsinə dair qanuni tələbləri icra etməkdən boyun qaçırır və bunun üçün heç bir əsaslı, üzürlü səbəblər mövcud deyil.
20. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Nəticə
21. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departmenti arasında bağlanmış 2019-cu il 01 avqust tarixli bina 7/16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh və ailə üzvləri X2, X1 və X4 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi X9, 7 nömrəli binada yerləşən 16 nömrəli mənzildən çıxarılmalı və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir.
22. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departmenti arasında bağlanmış 2019-cu il 01 avqust tarixli bina 7/16 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh və ailə üzvləri X2, X1 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi X9, 7 nömrəli binada yerləşən 16 nömrəli mənzildən çıxarılsın və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova