Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-579/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « kompensasiya ödənilməklə mənzilindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu 4 D saylı evin 120 saylı mənzilə Cavabdeh1 istifadə hüququna 3000 manat məbləğində kompensasiya verməklə xitam verilməsi, Cavabdeh1, arvadı Cavabdeh2 Əbülfəz qızı ilə birlikdə ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi,ünvan 1axı yolu 4 D saylı evin 120 saylı mənzili bir otaqdan ibarət olmaqla xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1-onun oğlu Cavabdeh2 Əbülfəz qızı onun ikinci arvadıdır Oğlu Cavabdeh1 ailə qurarkən artıq ev mənim xüsusi mülkiyyətimdə olmuşdur və onun arvadı Cavabdeh2 Əbülfəz qızının həmin mənzilə istifadə hüququ yoxdur və həmin mənzildə pasport qeydiyyatında deyildir. Oğlu ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan oğlu ikinci dəfə ailə qurarkən münasibətləri pisləşmişdir. Belə ki, o, rayonda olarkən həmin qadını evə gətirmiş,onları evə buraxmamışdır. Onlar 102-ə zəng etdikdən sonra polis əməkdaşları gəlmiş və sonradan onları evə buraxmışlar. Hazırda da aralarında daima dava dalaş olur. Artıq elə bir hədd çatmışdır ki, onların bir ünvanda yaünvan 1ağı qeyri mümkündür. Cavabdehlər ona öz evində yaünvan 1ağa mane olur. Cavabdehlərin ona qarşı etdiyi hərəkətlər daima onu əsəbləşdirərək səhhətinə pis təsir göstərir. Dəfələrlə onu söyüb təhqir etmiş, üstünə bıcaq çəkərək onu hədələmişdir. Bu səbəbdən də o, dəfələrlə polis orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Hazırkı ona məxsus evin yerləşdiyi ərazidə mənzillərin orta aylıq kirayə qiymətinin hazırkı tarixə yerləşdiyi ərazidən, kommunal imkanlarından, təmirliliyindən məişət avadanlıqları ilə təchizatından asılı olaraq hər ay 100-150 manat təşkil edir. Həmin ünvanda bir otaqlı mənzilin orta satış qiyməti 30.000 manatdır. Cavabdehə 3000 manat kompensasiya verməklə cavabdehin mənzillə bağlı hüququna xitam verilməsini təklif edir. Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi verilmiş və bildirmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu 4 D saylı evin 120 saylı mənzilə onun istifadə hüququna 3000 manat məbləğində kompensasiya verməklə xitam verilməsi, onun və arvadı Cavabdeh2 Əbülfəz qızı ilə birlikdə ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia tələbi ilə razı deyil və qəbul etmir.Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu 4 D sayı evin 120 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçı olan atasına məxsusdur. O, həmin mənzildə doğulmuş və hazırkı vaxta kimi də ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. O, həmin mənzildə qeydiyyatdadır, digər cavabdeh isə onun ikinci həyat yoıldaşıdır və onunla birlikdə həmin mənzildə yaşayır. Atası ilə əvvəllər aralarında münasibət yaxşı olmuş, lakin hazırda atasının ikinci arvadı onların aralarında mübahisə yaradır. Atası ailəsi ilə birlikdə mülkiyyətində olan hazırkı mənzillə üzbəüz olan evdə yaşayır. Bundan başqa atasının mülkiyyətində Göyçay rayonunun Cəlilli kəndində də mülk vardır. Bütün bunlara baxmayaraq hazırda onu evdən çıxartmaq istəyir. Atası iddia ərizəsində guya 102 xidmətinə zəng etməsini və onun onu evə buraxmadığını göstərsə də bu tamamilə yalandr. Həmin evdə həmişə o, ailəsi ilə, üzbəüz olan evdə isə atasə ailəsi ilə birlikdə yaünvan 1ışdır. O, heç vaxt atasına qarşı nalayiq hərəkətlər etməmişdir. Hazırda o, əvvəlki ailəsindən ayrılmaqla ikinci dəfə ailə qurmuşdur. Birinci nikahdan olan iki uşağına aliment ödəyir. Maddi vəziyyəti olduqca acınacaqlıdır və onun kirayədə yaünvan 1ağa imkanı yoxdur. Həmçinin atası iddia ərizəsində hazırkı mübahisəli evin orta satış qiymətinin 30000 manat olmasını qeyd etsə də həmin ərazidə bir otaqlı evin orta satış qiyməti 42000-45000 manat arasıdır. Onun başqa ünvanda yaünvan 1ağa yeri yoxdur, atasının mülkiyətində olan digər evlər vardır. İddiaçının tələb etdiyi kompensasiyanın məbləği tamamilə aşağı olmaqla onun maddi tələbatını ödəyə bilmir və o, kompensasiyanın məbləği ilə razı deyildir. Odur ki, İddiaçı ona qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim edərək Cavabdeh1 Heyhad oğlunun, arvadı Cavabdeh2 Əbülfəz qızı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki ərizə ilə iddianın predmetini dəyişir. Belə ki, cavabdehlər Cavabdeh1 Heyhad oğlunun və arvadı Cavabdeh2 Əbülfəz qızının Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzilə heç bir hüququ yaranmamışdır. Bu səbəbdən onlara kompensasiya verilə bilməz. Kompensasiya mənzilə istifadə hüququ olan şəxslərə verilə bilər, cavabdehlərin isə mübahisəli mənzilə istifadə hüququ yoxdur, yaranmamışdır. İddiaçı məhkəmə iclasında izahatlarında qeyd etdi ki, ev Müşfiqabad qəsəbəsindədir. Evi 2003-cü ildə almışdır. Hazırda o evdə yaünvan 1ır. Evi özü almışdır.1ci ailəsindən 2, 2-ci ailəsindən 1 oğlu var.2-ci ailəsi ilə Müşfiqabad qəsəbəsində yaşayır.1ci ailəsindən olan 2-ci oğlu Binəqədi qəsəbəsində kirayədə yaşayır. Cavabdehlərin qaldığı ev 1 otaqlıdır. İndi yaşadığı ev 2 otaqlıdır və özünündür.Onlar rayondan qayıdanda gördülər k, Röyal Qumralla o evdə yaşayır. Röyal birinci ailəsindən ayrılıb. Röyalın anasından boşananda digər 5 otaqlı evini satanda Röyalin haqqını vermiş, Röyalın anası rayonda öz evini aldı, sonra o evi də satıb Röyalı evindən qovdu, onu özü saxlayib toyunu da etdi, sonra Röyal o ailəsindən ayrıldı. 2002-ci ildə evini satıb üçdə bir hissəsini özünə götürüb, üçdə ikisini də birinci arvadına və uşaqların vermişdir. Amma sonra analar Röyalgili evdən qovdu, o isə Rusiyada idi, Röyalı gətirib qapılarının ağzına qoydular, eşidən kimi anasına dedi ki, Röyalı götürüb saxlasın, sonra özü Rusiyadan gəlib Röyalı saxladı.Röyalın birinci ailəsindən olan uşaqlarının o evdə yaünvan 1asını istəyir, Qumralın başqasından olan uşağı o evdə yaşayınca öz nəvəsi yaşasın. Qumraldan boşansa da, Röyal o evdə qalmayacaq. Onu təhqir etdiyi üçün Röyalın o evdə yaünvan 1asını istəmir, oğul kimi 1 dəfə zəng edib halını soruşmamışdır. Kompensasiya verməyəcək, çünki cavabdehlərə kompensasiya düşmür, onların həmin evdən istifadə hüquqları yoxdur. İİ ailəmdən 1 oğlum var, Müşfiq qəsəbəsində qalır.Hazırda qaldığı ev onun deyil, başqasınındır, vaxtilə evi olub, ziyana düşüb satmışdır. Cavabdehlərin indi yaşadığı evi 1980-ci ildə dövlət ona verilmişdir. Cavabdeh1 məhkəmə iclaslarında izahatlarında qeyd etmişdir ki, 2024-cü ilin sentyabr ayında Qumral ilə nikaha girmişdilər. İddiaçının rayonda da evi var. O, boşananda atasıgil gəlib, məhkəmədə onu müdafiə etdilər, pis olmuşdursa, həmin vaxtı gəlməzdilər.İlk evliliyindən olan uşaqlarını qəbul edir və aliment ödəyir. İddia tələbini qəbul etmir, evdən çıxmır, evi istəmir amma orada yaünvan 1aq hüququnu istəyir. Hazırda qardaşı ilə münasibəti var, təzəlikcə danışmış, analığı onu evdən qovdu, bibisi maşın aldı verdi və indi o, BOLT-da sürücü işləyir. 2000-ci illərdən o evdə qeydiyyatdadır və yaşayır.Atasına bıçaq çəkməmiş, atası bunu sübut etsə onun özü evdən könüllü çıxacaq. Cavabdeh2 məhkəmə iclasında izahatında qeyd etdi ki, yoldaşı Röyal harada yaşasa, orada qalmaq istəyir. Kirayədə yaünvan 1ağa maddi imkanları çatmır, Röyalın əmək haqqısı alimentə gedir. Onun başqa bir şəxslə faktiki nikahından Ayxan adlı uşağı da vardır ki, onunla birlikdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 153703 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 30/10405 nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzil ünvanında qeydiyyatdadır. İş materiallarında əlavə olunmuş xx.xx.2003-cü il tarixli 183033 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzil İddiaçı satılmışdır. İş materiallarında əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlandığı məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında əlavə olunmuş xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilədən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri,Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, 5E, mənzil 136 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi X1. İş materiallarına əlavə olunmuş AZ-İİ 640731 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah xx.xx.2024-cü il tarixdə 1124 nömrəli akt ilə qeyd edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh X3 İddiaçı oğludur. Həmin mənzil iddiaçının 2003-cü il tarixdən mülkiyyətindədir. İddiaçının və cavabdehin bildirdiklərinə görə iddiaçı öz həyat yoldaşından ayrılmış (Röyalın anasından) və məhkəmə Röyal və başqa qardaşını ananın himayəsinə vermişdir. Lakin sonradan anaları uşaqlara baxmamış, gətirib atanın evinə qoyub getmiş, uşaqlıqdan onları İddiaçı böyütmüşdür. Cavabdeh1 atası olan iddiaçının 2-ci həyat yoldaşının qohumu ilə evlənmiş, lakin müəyyən səbəblərdən ayrılmışlar. Bundan sonra Cavabdeh1 hazırkı iş üzrə digər Cavabdeh2 ilə evlənmişdir Cavabdeh2 isə başqa bir şəxsdən Ayxan adlı uşağı vardır ki, hər üçün mübahisəli mənzildə yaşayılar. İddiaçı isə kompensasiya verilmədən mənzildən çıxarılma və həmin mənzili iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki cavabdehə münasibətdə irəli sürülmüş, lakin cavabdehlər hazırkı iddia tələbinə münasibətdə eyni statusda olmayan şəxslərdir. Belə ki, Cavabdeh1 iddiaçının oğludur ki, hansı ki, uşaq vaxtından həmin evdə yaşayır və qeydiyyatdadır. Digər cavabdeh isə Cavabdeh1 arvadı olmaqla iddiaçının razılığı və xəbəri olmadan 2024-cü ildən həmin evdə yaünvan 1ağa başlamışdır. Belə olan halda məhkəmə hər bir cavabdehə münasibətdə dəyərləndirmə aparmağı zəruri bilir. Belə ki, iddia tələbi Cavabdeh1 münasibətdə mıhkəmə qeyd edir ki, ev 2003-cü il tarixdə alınmış və Röyalda uşaqlıqdan orada yaünvan 1ışdır. Onun həmin mənzildə istifadə hüquq vardır. Belə olan halda həmin hüquq xitam verilməsi yalnız kompensasiya verilməsi yol ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsnə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər cavabdeh olan Cavabdeh2 isə həmin mənzilə istifadə hüquq yaranmayıb. Onun istifadə hüququnun yaranması üçün mülkiyyətçinin hər hansı razılığı olmayıb. Razılıq olmadığı təqdirdə kompensasiya verilməsi nəzərdə tutulmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaünvan 1aq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaünvan 1aq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, sonra sübutlara qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər arasında mübahisələndirilən hal: iddiaçı cavabdehlərin mübahisə predmetinə- Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzilindən çıxarılmasını tələb edir, cavabdehlər isə iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 iddiaçının oğlu-ailə üzvi olmaqla mübahisəli evdə qeydiyyatdadır və həmin ev onun yeganə yaşayış yeridir, beləki, onun mülkiyyətində heç bir daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəbdən hazırki iş üzrə Cavabdeh1 iddiaçının ailə üzvi-oğlu olması, həmçinin mübahisəli evdə qeydiyyatda olmaqla onun yeganə yaşayış yeri olması nəzərə alınmaqla Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30-cü maddəsinə əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququ vardır və qanunvericilik onların yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının Cavabdeh1 qarşı «mənzilindən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan ona dair hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə Cavabdeh2 mübahisəli evdən çıxarılmasına dair tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 iddiaçının gəlinidir, mübahisəli evdə qeydiyyat deyildir. Həmçinin, onun ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaünvan 1aq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid olmadığını və həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzilindən çıxarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundna məhkəmə hesab edir ki, həmin məbləğ-100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 D, mənzil 120 saylı mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-579/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-579/2025
09.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver