Məhkəmə qərarları › İş №2(002)-58/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-58/2022

10.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-58/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı1, Cavabdeh X7, onun vəkili və nümayəndəsi X8 iştirakları ilə, İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər X7 və Cavabdeh2 qarşı «evə köçmə,yaşayış üçün maneənin aradan qaldırılması,kirayə pulunun ödənilməsi,qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər X7 və Cavabdeh2 qarşı «evə köçmə,yaşayış üçün maneənin aradan qaldırılması,kirayə pulunun ödənilməsi,qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı3 və X2 (azyaşlı 11.03.2020-ci il təvəllüdlü övladım X11 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 saylı evə köçürülməsinin təmin edilməsi, İddiaçılar İddiaçı1, İddiaçı3 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 saylı evdən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin onlara qadağan edilməsi, Bakı şəhəri, Qaradağ rayonu Sultanov küçəsi 13 saylı evi kirayə verərək əldə edilmiş kirayə haqqına görə 3200 (üç min iki yüz) manat pulun cavabdehlərdən tutularaq onlara ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu. Sultanov küçəsi 13 saylı evin texniki pasportunda qeyd edilməmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 7/8 hissədə qardaşım X5,1/8 hissədə İddiaçı1 məxsusdur. Mübahisəli ev mərhum anası X6 adına olmuş, həmin ev 28.02.2009-cu il tarixdə 8 saylı notariat kontorunun ədalətsiz qərarı nəticəsində bölgü aparılmışdır. Belə ki, cavabdehlər anasına işgəncə vermiş, anasının zəif görmə qabiliyyətindən istifadə edərək 8 saylı notariat kontoruna aparmış ləğv edilmiş vəsiyyətnaməni yeniləmişlər. İstər anasının sağlığında, istərsə də sonradan onlar həmin evdə yaşamışıq, ayrıça giriş-çıxış yolumuz olmuş, evin iki otağı, bir balkon, ayrıca hamam və sanitar qovşağı bizim istifadəmizdə olmuşdur. Lakin sonradan cavabdehlər heç bir səbəb olmadan onları həmin evdə yaşamağa qoymamışlar. Onlar evdə olmadığından vaxtda evin giriş qapısının açarını dəyişmiş, onların yaşadığı evi bir il dörd ay olar ki, hər ay 200 manatdan kirayə vermişlər. Bu müddət ərzində kirayəçilərdən 3200 manat məbləğində kirayə haqqı alsalarda həmin pulu onlara verməmişlər. Onların yaşadığı evi qeyri qanuni təhsil hazırlıq müəssisəsinə çevirmişlər. Onları evdən qovaraq onların yaşadığı evi gəlir mənbəyinə çevirmişlər. Onlar də öz evindən məhrum olmuşlar. Həmin evdə onlara məxsus əşyalar yerləşdirilmiş, lakin cavabadehlər onlara məxsus əşyaları çölə çıxarıb qoymuşlar və onlar də məcbur olub əşyalarını götürmüşlər, hazırda da müvəqqəti olaraq kirayədə yaşayırlar. Dəfələrlə evinə getmək istəsə də, cavabdehlər buna imkan verməmiş və onların evdə yaşayamağa qoymayacaqlarnı bildirmişlər. Hazırda cavabdehlər tərəfindən onların yaşadığı həyətdə qanunsuz olaraq yardımçı tikililər də tikmişlər. Həmin tikililər evin texniki pasportunda qeyd edilməmiş və qanunsuz tikililərdir. Həyətdə olan həmin tikililər tikinti qanunlarına zidd olmaqla cavabdehlərin hesabına sökülməlidir. Cavabdehlər onları evdən qovduqdam sonra onlar məcbur olub müvəqqəti olaraq kirayə yaşayır, başqa yerdə yaşamağa evi yoxdur, qeydiyyatda olduğu evdə yaşamaqdan məhrumdur.Onun oğlu İddiaçı3 hərbi xidmətdə olmaqla hərbi xidmətdən məzuniyyətə buraxıldıqda o məcbur olub onu kirayədə qaldığı evə və qohumlarının evində saxlamışdır.Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onların evdən sahiblik,sərəncam və istifadə hüquqlarını pozulur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsininməzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında həmin evdə onun 1/8 hissədə payının olduğunu, həmin hissənin ona verilməsini, özünün ailəsi ilə birlikdə köçüb həmin hissədə yaşamaq istədiyini, həmin yerin cavabdeh tərəfindən kirayə verildiyini, orada əlavə qnaunsuz tikililər söküldüyünü, özünün ailəsi ilə bilrikdə həmin yerə köçüb yaşaya bilmədiyini, buna cavabdehlərin maneçilik törətdiklərini, hətta ekspertiza keçirilməsi üçün də şərait yaratmadıqlarını, hər dəfə mübahisə saldıqlarını, bütün məqəsdlərinin onu və ailəsini həmin yerə qoymaq istəmədiklərinin olduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandrımışdır ki,iddiaçının onun qardaşı olduğunu, özünün həmin evdə 7/8 hissədə payının, qardaşının isə 1/8 hissədə payının olduğunu, bunu heç kəsin danmadığını, qardaşı olan iddiaçının deidklərinin heç birinin həqiqət olmadığını, həmin yaşayış yerinin 1/8 hissəsinə köçüb yaşamaq mümkün deyildir, o öz payını ayırıb götürsün, ancaq orada yaşamaq mümkün deyildir, ona görə də bu halların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X12 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, öz etirazını onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış evi tərəflərin paylı mülkiyyətindədir, iddiaçının 1/8 hissədə payı olduğu halda, cavabdehin 7/8 hissədə payı vardır, həmin 1/8 hissə ayrıca yaşayış sahəsi kimi istifadə eidlməsi mümkün deyildir, həmçinin məhz iddiaçıların təqsiri ucbatından da ekspertiza keçirilməsi mümkün olmamışdır, onlar arasında olan münasibətlrə də çox gərgin mübahisəlidir, iddiaçıların ora köçüb onların biryerdə yaşaması mümkün deyildir, ya həmin hissə naturada ayrılmalı öz payını götürməli, bu məsələ aydınlaşdırılmalı, ya da bu hal mümkün olmadıqda həmin hissəsinin satılması və ya kompensasiya məsələsi bunlar müzakirə edilməlidir ki, həmin hallar indiki iddia tələbinin predmeti deyildir,iddia tələbində qeyd edilmiş digər tələblər isə tamamilə əsasızıdr, heç bir sübutu yoxdur, ona görə də bu halların nəzərə alınaraq,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyiinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə ümumi paylı mülkiyyət hüququ X5 7/8 hissədə pay hüququ 08.09.2020-ci il tarixdə, İddiaçı1 isə 1/8 hissədə pay hüququ 08.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan yaşayış sahəsinə köçürülmə və manelərin aradan qaldırılması hissəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi İddiaçı1 1/8 hissəsə pay hüququ olmaqla, cavabdeh X3 7/8 hissədə pay hüququ olmaqla, onların paylı mülkiyyətində olmaqla, həmin hüquq müvafiq qaydada dövlət qedyiyyatına alınmışdır. Həmçinin, işin mübahəsiz halıdır ki, mübahisə predmeti olan yaşayış sahəsi hazırda cavabdeh X1 və istifadəsindədir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi və həmin yaşayış sahəinsən istifadə eidlməsinə cavabdehlər tərəfindən qoyulmuş manelərin aradan qaldırılması, həmin evin kirayə verilməsi ilə bağlı ona vurulmuş maddi ziyanın ödənilməsi, qanunsuz tikilmiş tikiləlirin cavabdehlərin hesabına sökülməsinə dair iddia tələbini irəli sürmüşdür. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı onu qeyd edir ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququ olmaqla, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinin öz payına uyğun 1/8 hissədə olan hissəsinə köçürülməsi üçün həmin hissənin hansı sahəni əhatə etməsi və həmin hissədən ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkünlüyü məsələsi müəyyən edilməlidir, bu mümkün olduğu halda, həmin hüququn həyata keçirilməsi mümkün hesab edilə bilər. Lakin indiki halda məhkəmə araşdırması zamanı mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıya məxsus 1/8 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədan ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, bu halın müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı bir neçə dəfə müvafiq ekspertiza təyin edilsə də, tərəflər arasında mübahisə olduğundan, həmin ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bununla da, məhkəmə araşdırması çərçivəsində iddiaçının ailə üzvləri ilə birlikdə mübahisə pedmeti olan yaşayış sahəsinin ona aid olan pay hissəsinə köçürülməsi halının mümkün olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi yaşayış shaəsinə köçürülmə hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin yaşayış sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması hissəsi ilə bağlı hesab edir ki, indiki halda mübahisə predmeti olan yaşayış sahəsi onların paylı mülkiyyətində olduğundan, hər bir tərəf öz payına uyğun hissədə həmin sahədən istifadə etmək və sahiblik etmək hüququna malikdir. Həmçinin, məhkəmə hesab edir ki, bu hüququn həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçilərin öz payına uyğun hissədə istifadə və sahiblik hüququnun həyata keçirilməsinin mümkünlüyü məsələsi müəyyən edilməlidir. İndiki halda isə qeyd edilən hal müəyyən edilməsi mümkün olmadığından, habelə iddiaçının paylı mülkiyyətdə olan yaşayış sahəsinə öz payına uyğun hissəsə sahiblik və istifadə hüququnun həyata keçirilməsinin məhz cavabdehlərin hər hansı təqsirli hərəkətləri nəticəsində mümkün olmaması halının müəyyən eidlməsi aşkar olunmamışdır. Belə ki, iddiaçı tərəfindən həmin hala dair heç bir süut məhkəməyə təqdim eidlməmişdir. ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan yaşayş sahəsinin kirayə verilməsi ilə bağlı əldə edilmiş kirayə haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi və qanunsuz tikililərin sökülməsi hissəsi ilə bağlı aşağıdaki hüquq normalarının qeyd eidlməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü amddəsinə əsasn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsini kirayə verməklə əldə etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürsə də, qeyd eidlən hallara dair, habelə məhz cavabdehlərin hər hansı təqsirli hərəkətləri nəticəsində qeyd edilən məbləğdə gəlirin əldə edilməsindən məhrum olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbinin qeyd edilən halları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdime dilməmişdir. bununla da, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən mübahisə predmeti olan yaşayış sahəsinə aid olan sahədə hər hansı özbaşına tikilinin tikilməsi halı aşkar eidlməmişdir ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə hazırki mülki iş üzrə iddia tələbinin predmetini paylı mülkiyyətdə olan əmlak təşkil etdiyindən, tərəflərə qeyd edilən hüquq normalarının izah edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər X7 və Cavabdeh2 qarşı «evə köçmə,yaşayış üçün maneənin aradan qaldırılması,kirayə pulunun ödənilməsi,qanunsuz tikililərin sökülməsi» iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat məbləğindövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar