Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlük əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X1 və Cavabdeh2 qarşı “evə köçürmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3140/2022 nöm rəli, 17 mart 2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X1 və Cavabdeh2 qarşı “evə köçürmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-58/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddia təmin olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
1. İddiaçı1 (Vəkil) birinci instansiya məhkəməs inin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3140/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Babayev və Ş.Məmmədova) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) riayət etmədən (konkret formaya riayət edilməməklə yanaşı, şi kayətdə əsasən işin halları və hüquq normaları sadalanmış, dəlillər qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamışdır) vermiş, birinci instansiya məhkəməsi isə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır.
4. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1, 363.1.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı1 (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən bu barədə qəbul etdiyi qərardadda konkret hansı pozuntulara yol verildiyini göstərməmişdir. İddiaçı mübahisəli evin mülkiyyətçilərindən biri kimi apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəlləyə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
8. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 8.1. 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 8.2. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 8.3. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 8.4. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 8.5. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 8.6. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 8.7. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
9. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
11. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsinin aktı İddiaçı1 şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Az ərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
18. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 363.1.1-1cı maddəsində nəzərdə tutulmuş qaydadır. Həmin normaya əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır.
19. MPM-nin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan məzmun tələbləri nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində digər məlumatlarla yanaşı, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əs aslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar əksini tapmalıdır. Verilmiş apellyasiya şikayətində bu məlumatlar lazımınca əksini tapmamışdır.
20. Bu hal Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması kimi hüquqi nəticə törədir.
21. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-nin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada verilməsini yoxlamadan apelyasiya instansiyası məhkəməsinə göndərmişdir.
22. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq apelyasiya şikayətini qeyri-mümkün saymışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən sa xlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun verilib-verilmədiyini araşdırmalı və araşdırmanın nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri etməlidir.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3140/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.