Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3573/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3573/2023 (Açar sözlər: evə köçürülmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikilil ərin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2697/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzildə ümumi paylı mülkiyyətdə Cavabdeh2 7/8 hissədə pay hüququ xx.xx.2020-ci il tarixdə, İddiaçı1 isə 1/8 hissədə pay hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onların Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməsinin təmin edilməsi, həmin evdən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi, evi kirayə verərək əldə edilmiş kirayə haqqına görə 3.200 manat pulun cavabdehlərdən tutularaq onlara ödənilməsi, evin texniki pasportunda qeyd edilməmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 7/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı1 məxsusdur. Mübahisəli ev mərhum anaları X1 adına olmuşdur. İstər anasının sağlığında, istərsə də sonradan onlar həmin evdə yaşamışlar. Ayrıça giriş-çıxış yolları olmuş, evin iki otağı, bir balkon, ayrıca hamam və sanitar qovşağı onların istifadəsində olmuşdur. Lakin sonradan cavabdehlər heç bir səbəb olmadan onları həmin evdə yaşamağa qoymamışlar. Onlar evdə olmadığı vaxtda evin giriş qapısının açarı dəyişdirilmiş, onların yaşadığı ev bir il dörd ay olar ki, hər ay 200 manatdan kirayə verilmişdir. Bu müddət ərzində kirayəçilərdən 3.200 manat məbləğində kirayə haqqı alınmış, lakin həmin pul onlara verilməmişdir. Onların yaşadığı evi qeyriqanuni təhsil hazırlıq müəssis əsinə çevirmişlər. Həmin evdə onlara məxsus əşyalar yerləşdirilmiş, lakin cavabdehlər əşyaları oradan çıxarmışlar. Hazırda müvəqqəti olaraq kirayədə yaşayırlar. Dəfələrlə evlərinə getmək istəsələr də, cavabdehlər buna imkan verməmiş, onlara evdə yaşamağa imkan verməyəcəklərini bildirmişlər. Hazırda cavabdehlər tərəfindən onların yaşadığı həyətdə qanunsuz olaraq yardımçı tikililər də inşa olunmuşdur. Həmin tikililər evin texniki pasportunda qeyd edilməmiş və qanunsuz tikililərdir. Həyətdə olan həmin tikililər tikinti qanunlarına zidd olmaqla cavabdehlərin hesabına sökülməlidir. Cavabdehlər onları evdən qovduqdan sonra onlar məcbur olub müvəqqəti olaraq kirayə yaşayırlar. Başqa yerdə yaşamağa evləri yoxdur. Qeydiyyatda olduqları evdə yaşamaqdan məhrum olmuşlar. Cavabdehlərin qanunsuz hərəkət ləri nəticəsində onların evdən sahiblik, sərəncam və istifadə hüquqları pozulur.
4. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X2 izahat verərək, iddia tələbinə etiraz etmiş, etirazını onunla əsaslandrımışdır ki, iddiaçı onun qardaşıdır. Özünün həmin evdə 7/8 hissədə payı, qardaşının isə 1/8 hissədə payı vardır. Bunu heç kəs danmır. Qardaşı olan iddiaçının dediklərinin heç biri həqiqət deyil. Həmin yaşayış yerinin 1/8 hissəsinə köçüb yaşamaq mümkün deyildir. İddiaçı öz payını ayırıb götürsün, ancaq orada yaşamaq mümkün deyildir. Ona görə də bu halların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-58/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli, 10 fevral 2022-ci il tarixli qətnaməs i ilə (X6) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi İddiaçı1 1/8 hissəsə pay hüququ olmaqla, Cavabdeh2 7/8 hissədə pay hüququ olmaqla, onların paylı mülkiyyətində olmaqla, həmin hüquq müvafiq qaydada dövlət qedyiyyatına alınmışdır. Həmçinin, işin mübahəsiz halıdır ki, mübahisə predmeti olan yaşayış sahəsi hazırda Cavabdeh2 sahibliyində və istifadəsindədir.
7. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququ olmaqla, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinin öz payına uyğun 1/8 hissədə olan hissəsinə köçürülməsi üçün həmin hissənin hansı sahəni əhatə etməsi və həmin hissədən ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkünlüyü məsələsi müəyyən edilməlidir, bu mümkün olduğu halda, həmin hüququn həyata keçirilməsi mümkün hesab edilə bilər. Lakin indiki halda məhkəmə araşdırması zamanı mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıya məxsus 1/8 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədan ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, bu halın müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı bir neçə dəfə müvafiq ekspertiza təyin edilsə də, tərəflər arasında mübahisə olduğundan, həmin ekspertizanın keç irilməsi mümkün olmamışdır. Bununla da, məhkəmə araşdırması çərçivəsində iddiaçının ailə üzvləri ilə birlikdə mübahisə pedmeti olan yaşayış sahəsinin ona aid olan pay hissəsinə köçürülməsi halının mümkün olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab etmişdir ki, iddia tələbi yaşayış shaəsinə köçürülmə hissəsində təmin edilməməlidir.
8. Məhkəmə iddia tələbinin yaşayış sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması hissəsi ilə bağlı hesab etmişdir ki, indiki halda mübahisə predmeti olan yaşayış sahəsi onların paylı mülkiyyətində olduğundan, hər bir tərəf öz payına uyğun hissədə həmin sahədən istifadə etmək və sahiblik etmək hüququna malikdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, bu hüququn həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçilərin öz payına uyğun hissədə istifadə və sahiblik hüququnun həyata keçirilməsinin mümkünlüyü məsələsi müəyyən edilməlidir. İndiki halda isə qeyd edilən hal müəyyən edilməsi mümkün olmadığından, habelə iddiaçının paylı mülkiyyətdə olan yaşayış sahəsinə öz payına uyğun hissəsə sahiblik və istifadə hüququnun həyata keçirilməsinin məhz cavabdehlərin hər hansı təqsirli hərəkətləri nəticəsində mümkün olmaması halının müəyyən eidlməsi aşkar olunmamışdır. Belə ki, iddiaçı tərəfindən həmin hala dair heç bir sübut məhkəməyə təqdim eidlməmişdir.Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir.
9. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan yaşayş sahəsinin kirayə verilməsi ilə bağlı əldə edilmiş kirayə haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi və qanunsuz tikililərin sökülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd eidlən hallara dair, habelə məhz cavabdehlərin hər hansı təqsirli hərəkətləri nəticəsində qeyd edilən məbləğdə gəlirin əldə edilməsindən məhrum olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Həmçinin, məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbinin qeyd edilən halları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən mübahisə predmeti olan yaşayış sahəsinə aid olan sahədə hər hansı özbaşına tikilinin tikilməsi halı aşkar eidlməmişdir ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissəd ə də əsassız olmaqlatəmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 164.1, 165.1, 213.1, 213.2, 213.3, 215.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması, mülkiyyətçi kimi mülkiyyət hüququnun pozulması, təqdim olunmuş sübut ların obyektiv, hərtərəfli və tam qiymətləndirilməməsi ilə qəbul olunmuşdur.
14. İddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya baxışı zamanı məhkəməyə yazılı ərizə təqdim edərək, hazırda qətnamədən yalnız iddiaçının və onun ailə üzvlərinin mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməməsi hissəsində narazı qaldığını, bu səbəbdən də iddianın həmin hissədə təmin olunmasını, qətnaməni qalan hissələrdə mübahisələndirmədiklərini göstərmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2697/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi yo xlanılan hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, İddiaçı1 paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması həmin hissənin öz təyinatına uyğun, müstəqi l (ayrıca) əşya vəziyyətinə gəlməsinin mümkün olduğu halda yolveriləndir. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Belə olan halda, ümumi mülkiyyətçilər arasında bir hüquqi ixtilafdan söhbət gedə bilməz.
17. Digər tərəfdən bu cür yanaşma mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar. Eyni yanaşmadan çıxış edərək xüsusilə qeyd etmək lazımdır ki, yaşayış sahəsinin iddiaçıya məxsus 1/8 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədən ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olub-olmamasının müəyyən olu nmadığı əsası ilə iddianı rədd olunması əsaslı sayıla bilməz və İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməsi hissədə əsaslı olduğundan təmin edilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 6.1.1, 140, 157.2, 164.1, 213.1, 213.3, 215.1, 215.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunması nı xahiş etmişdir.
20. Kassasiya şikayətində Mülki və Mülki Prosessual Məcəllənin normaları sadalansa da, həmin normaların nə məqsədlə sadalanması açıqlanmamış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından verilmiş apellyasiya şikayətinə baxarkən işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş və nəticə etibarı ilə maddi və prosessual qanun normalarına istinad edərkən düzgün nəticəyə gəlməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
22. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
23. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
24. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
27. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu q eydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instan siyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 16-17-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin M əcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etm işdir.
46. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2697/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.