Məhkəmə qərarları › İş №2(002)-585/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-585/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-585/2025 13.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı mənzilinə dair verilmiş 09 mart 2005-ci il tarixli 001536 saylı orderin ailə üzvü kimi ona, yəni xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Maraqlı şəxs Başçısının 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən həyat yoldaşı X1 o və üç uşaqları nəzərə alınaraq Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı dörd otaqlı mənzili verilmiş, ailə üzvü kimi o və üç uşağının adı da orderə yazılmışdır. Həmin qərar əsasında qeyd edilən ünvana 09 mart 2005-ci il tarixdə 001536 saylı order verilmişdir. Orderdə onun təvəllüdü 1966-cı il əvəzinə səhvən 1959-cu il kimi yazılmışdır. Hazırda o, qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Mənzili özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı mənzilinə yazılmış orderdə onun təvəllüdü səhv olaraq 1966-cı il əvəzinə 1959-cu il kimi yazılmışdır. Hazırda mənzilin orderində olan bu uyğunsuzluğa görə həmin mənzili özəlləşdirə bilmirlər. Həmin order hüquqmüəyyənedici sənəddir. Mənzilin özəlləşdirilməsi üçün əsasdır. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 ərizəni qəbul edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin əvvəlki məhkəmə iclasında iştirak edərək, işin halları ilə bağlı izahat verməsini nəzərə alıb, ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Şəxsiyyəti təsdiq edən sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ağsu rayonu, Qarabağlı kəndində doğulmuşdur. - 09 mart 2005-ci il tarixli 001536 saylı orderdən görünür ki, Bakı şəhəri Maraqlı şəxs 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı mənzili 5 nəfər ailə tərkibi ilə (özü, arvadı və övladları) X1 verilmişdir. - xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi digər ailə üzvləri ilə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı mənzilində yaşayır və yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatdadır. - Bakı şəhəri Maraqlı şəxs 11 dekabr 2024-cü il tarixli 5-13/1-Q-69-091/24 saylı məktubundan görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixli 001536 nömrəli orderdə düzəliş olunması barədə müraciətinə rayon icra hakimiyyətində baxılmışdır. Ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin həyat yoldaşının adına Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 09 mart 2005-ci il tarixli 001536 saylı orderdə ərizəçinin təvəllüdü 1966-cı il əvəzinə səhvən 1959-cu il kimi qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və orderdə ərizəçinin təvəllüdündə səhvə ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Maraqlı şəxs Başçısının 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən X1 5 nəfər ailə tərkibi (ailə üzvü olan həyat yoldaşı və övladları) ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı dörd otaqlı mənzilinin verilməsinə dair 09 mart 2005-ci il tarixli 001536 saylı order xx.xx.1966-cı il tarixdə Ağsu rayonu, Qarabağlı kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Maraqlı şəxs Başçısının 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən X1 5 nəfər ailə tərkibi (ailə üzvü olan həyat yoldaşı və övladları) ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı dörd otaqlı mənzilinin verilməsinə dair 09 mart 2005ci il tarixli 001536 saylı orderin xx.xx.1966-cı il tarixdə Ağsu rayonu, Qarabağlı rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Maraqlı şəxs Başçısının 25 fevral 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən X1 5 nəfər ailə tərkibi (ailə üzvü olan həyat yoldaşı və övladları) ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 90 saylı dörd otaqlı mənzilinin verilməsinə dair 09 mart 2005-ci il tarixli 001536 saylı orderin xx.xx.1966-cı il tarixdə Ağsu rayonu, Qarabağlı rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar