Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-606/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Lizing Şirkəti QSC-nin nümayəndəsi X7 oğlunun iştirakı ilə İddiaçı Lizing Şirkəti QSC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lizing Şirkəti QSC cavabehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borc tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lizing Şirkəti QSC ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1845T/13/B saylı X6 Muqaviləsinə xx.xx.2013-cü il tarixli resturiktirizasiya haqqında razılaşmaya əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydad dəymiş ziyan üzrə 15279.95 ABŞ DOLLARİəsas məbləğdən gecikmə, 2339 ABŞ DOLLARİfaiz,4454 dəbbə pulu borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı Lizing Şirkəti QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1845T/13/B saylı X6 Muqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti QSC 2013-cü il buraxılışlı 10-S-735 dövlət qeydiyyat nişanlı “XCMG ZL 50 G” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. X2 35460 ABŞ DOLLARİ məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh Lizing Müqaviləsinə 1 saylı Əlavədə(Lizing Ödənişlər Cədvəli) göstərilmiş illik 21 faiz olmaqla mütəmmədi olaraq hər ay ödəniş etməli olduğu halda müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəlikləri vaxtında və lazımı qaydad icra etməmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X2 lizinq obyektini xx.xx.2015-ci ildə QSC-ə təhvil vermişdir. Odur ki, X2 və Cavabdeh2 müştərək qaydada 15279.95 ABŞ DOLLARİ vaxtı keçmiş borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 4454 ABŞ DOLLARİ dəbbə pulu borcu yaranmışdır.Cavabdehlər öhdəliklərni tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(002)-40/2019 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək cavabehlərdən xx.xx.2013-ci il tarixli 1845T/13/B saylı lizinq müqaviləsi üzrə 15279.95 ABŞ DOLLARİ vaxtı keçmiş borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 4454 ABŞ DOLLARİ dəbbə pulu borcu ümumilkdə 22072.23 ABŞ DOLLARİ və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(002)-40/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında xx xxxxxx 2019 –cu ildə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnaməni ləğv edib, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2681/2020 saylı qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(002)-40/2019 saylı qiyabi qətnaməsinin ləğv edilmiş, işə mahiyyəi üzrə baxılması təzələnmişdir. İddiaçı Lizing Şirkəti QSC-nin nümayəndəsi X7 oğlu məhkəmə iclasında,iddiasını müdafiə edərək,iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabehlər Cavabdeh1 və Cavabdeh2 qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq xx.xx.2013-cü il tarixli, lizinq müqaviləsindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC ilə X2 arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X2 35460 ABŞ DOLLARİ məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür . İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə zamin kimi məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli məhkəmə əmtəəşünsalıq ekspertizasının rəyindən görününr ki, xx.xx.2013-cü il tarixli, lizinq müqaviləsi üzrə X1 xx.xx.2015-ci il tarixə ümumilkdə 30283.74 ABŞ dolları müəyyən edilir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli məktubundan göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 145.00 manat təşkil edir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015 –ci il tarixunə 15279.95 ABŞ DOLLARİ vaxtı keçmiş borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 4454 ABŞ DOLLARİ məbləğində dəbbə pulu borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı Lizing Şirkəti QSC pretenziya qaydasına riayət edərək, cavabehlərdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci və 748-1.12.4-cü maddələrinə əsasən lizinq verənin izinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsəpul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər iddiaçı ilə bağladığı lizinq müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, müvafiq ödənişləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 8692.69 əsas borc və 1241,38 manat faiz borcu məbləğində pul borcu yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 100 ABŞ DOLLARİ məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuşolur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 100 ABŞ DOLLARİməbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli xx.xx.2013-ci il tarixli 1845T/13/B saylı lizinq müqaviləsi üzrə 15279.95 ABŞ DOLLARİ əsas borc, 2339 ABŞ DOLLARİ faiz borcu, 100 ABŞ DOLLARİ dəbbə pulu borcu ümumilikdə 17718 ( on yeddi min yeddi yüz on səkkiz) ABŞ DOLLARİ 95 (doxsan beş) sent və ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabehlər Cavabdeh1 və Cavabdeh2 qızından tutularaq İddiaçı Lizing Şirkəti QSC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlərdən 15279(on beş min iki yüz yetmış doqquz) ABŞ DOLLARİ 95 (doxsan beş) sent əsas borc, 2339 (iki min üç yüz otuz doqquz) ABŞ DOLLARİ faiz borcu, 100( yüz) ABŞ DOLLARİ dəbbə pulu borcu, ümumilikdə 17718 ( on yeddi min yeddi yüz on səkkiz) ABŞ DOLLARİ 95 (doxsan beş) sent (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Lizing Şirkəti QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-606/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-606/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver