Məhkəmə qərarları › İş №2(002)-610/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-610/2025

01.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-610/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.1988-ci ildə anadan olmuş qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X9 onun qardaşı olmaqla xx.xx.1988-cı ildə anadan olmuşdur, hazırda onunla birlikdə iddia ərizəsində gösətrilən ünvanda yaşayır. Qardaşı şizofreniya, paranoid forma, şəxsiyyət qüsuru ilə müddətsiz ikinci dərəcəli əlildir. Qardaşı ailə qurmamışdır, ata-anası vəfat etdikdən sonra ona ərizəçi baxmışdır. Göründüyü kimi, qardaşının kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır və ona qəyyum təyin edilməlidir. Odur ki, qardaşı X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruridir. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 471622 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 649501 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-T seriyalı, 289907 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, Ərizəçi atası X10, anası X3r. İş materiallarında olan AZ-T seriyalı, 289906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X5 atası X10, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 müddətsiz ikinci dərəcəli əlildir, əlillik səbəbi şizofreniya, paranoid forma, şəxsiyyət qüsuru ilə əlaqədardır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş 1105 saylı arayışdan görünür ki, X1 qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 3A, mənzil 65 ünvanında yaşayır, qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş 1104 saylı arayışdan görünür ki, Şirinov X8 qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 3 A, mənzil 65 ünvanında yaşayır, qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 652 saylı rəyindən görünür ki, X6 şizofreniya, paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəlik müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X5 psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1988-ci ildə anadan olmuş qardaşı X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar