Məhkəmə qərarları › İş №2(002)-627/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-627/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-627/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə, daha sonra ərizə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 19/428 saylı qərarının və xx.xx.1986-cı il tarixli, 225842 saylı orderin ərizəçinin mərhum həyat yoldaşı X3 məxsus olmasına, həmin qərarda və orderdə ailə üzvü kimi ərizəçi Əliyarova (Həsənova) Həvvanisə Murad qızının qeyd olunmasına, qeyd olunan qərarın və orderin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev (köhnə Şimal k.) küçəsi, 16 saylı evin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,63 kv.m olan, üçotaqlı 62 saylı mənzilə aid olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1986ci il tarixli, 19/428 saylı qərarına əsasən mərhum həyat yoldaşı X3 4 (dörd) nəfər ailə üzvü nəzərə alınmaqla Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev (köhnə Şimal k.) küçəsi, 16 saylı evin 4cü blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,63 kv.m olan üçotaqlı mənzil verilmiş, ailə üzvü kimi o və iki uşaqları yazılmışdır. Həmin qərar əsasında 62 saylı mənzilə dair 28 fevral 1986-cı il tarixli, 225842 saylı order verilmişdir. Həmin qərarda mərhum həyat yoldaşı X1 ata adı Nurbala, eləcə də onun adı Həvanisə (Qavanisa) kimi yazılmışdır, həmçinin orderdə mənzilin nömrəsi düzgün olaraq 62 kimi qeyd olunsa da, qərarda səhvən 69 kimi qeyd olunmuşdur. Halbuki, qərarda mənzilin 4-cü blokun 4-cü mərtəbəsində yerəşdiyi, sahəsi 46,63 kv.m olduğu aydın şəkildə qeyd olunmuşdur, bu göstəricilər də 62 nömrəli mənzilə aiddir, 69 nömrəli mənzil isə 8-ci mərtəbədə yerləşir və qonşunun mülkiyyətindədir. 1986-cı ildən order əsasında yaşadıqları 62 nömrəli mənzildə qeydiyyatdadırlar. Mənzili özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, keçmiş Qaradağ rayon XDS İK-nin xx.xx.1986-ci il tarixli, 19/428 saylı qərarında mərhum ǝri X1 ata adı Nurbala kimi, eləcə də onun adı Həvanisə (Qavanisa) kimi, mənzilin nömrəsi səhvən 69 kimi yazılmışdır. Hazırda mənzilin sənədlərində olan bu uyğunsuzluğa görə mənzili özəlləşdirə bilmir. Ailəlikcə 1986-cı ildən 62 nömrəli mənzildə yaşamışlar, şəxsiyyət vəsiqələrində də qeydiyyat ünvanları ünvan 1işdir. Orderdə də mənzilin nömrəsi 62 yazıldığından, keçmiş Qaradağ rayon XDS İK-nin xx.xx.1986-ci il tarixli, 19/428 saylı qərarında mənzilin nömrəsinin 69 yazılmasından məlumatları olmamışdır. Həmin qərar və order hüquqmüəyyənedici sənəddir, mənzilin özəlləşdirilməsi üçün əsasdır, həyat yoldaşı vəfat etdiyindən, bu faktı başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxs1nə müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X27 ifadə verərək bildirdi ki, o, ərizəçinin 1986-cı ildən qonşusudur. Ərizəçinin mərhum həyat yoldaşı X5 ilə iş yoldaşı olmuşdur. 1986-cı ildən ərizəçi ilə mərhum həyat yoldaşı 16 saylı evin 4-cü blokunun 4-cü mərtəbəsində 62 nömrəli mənzildə yaşamışlar, hazırda da ərizəçi həmin ünvanda yaşayır. 69 nömrəli mənzil isə 8-ci mərtəbədə yerləşir, həmin mənzildə qonşuları Fizuli ailəsi ilə birgə yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, ərizəçinin 1986-cı ildən qonşusudur. Ərizəçinin mərhum həyat yoldaşı X5 ilə onun həyat yoldaşı Fizuli iş yoldaşı olmuşlar. Ərizəçi ilə mərhum həyat yoldaşı Heybətqulu 62 nömrəli mənzildə yaşamışlar, hazırda da ərizəçi həmin mənzildə yaşayır. 69 nömrəli mənzil isə 8-ci mərtəbədə yerləşir, həyat yoldaşı Fizuliyə məxsusdur, hazırda həmin mənzildə ailəsi ilə birgə yaşayır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan və Qaradağ rayon X24 İK-nin 27 fevral 1986-cı il tarixli, 19/428 saylı qərarının surətindən görünür ki, X4 Qaradağ rayonu, Sahil qəsəbəsi, Şimal k. küçəsi, 16 saylı evin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,63 kv.m olan üçotaqlı 69 nömrəli mənzilin verilməsi, orderə X2, həyat yoldaşı X7, uşaqları Əliyarov Ruslanın və Əliyarova Rənanın daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, 225842 saylı orderin surətindən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şimal k. küçəsi, 16 saylı evin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,63 kv.m olan üçotaqlı 62 nömrəli mənzil X3 verilmişdir, ailə tərkibi 4 nəfərdən (özü, həyat yoldaşı Həsənova Həvanisə, uşaqları Əliyarov Ruslan, Əliyarova Rəna) ibarətdir. İş materiallarında olan İ-JQ seriyalı, 462825 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X12 xx.xx.1978-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyarova” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 13014075 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 444998 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan NZ seriyalı, ******* saylı hərbi biletin və əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Qaradağ rayon MKTB 109 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, Ərizəçi Sahil qəsəbəsi, Ə.Gülbabayev (köhnə Şimal k.) küçəsi, ev 16, 4-cü mərtəbə, sahəsi 46,63 kv.m olan, 62 nömrəli, 3 otaqlı mənzildə yaşayır. Həmin ünvanda onun özü, oğlu, gəlini və üç nəvəsi daimi qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Vİ-JQ seriyalı, 259890 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X5, anası Ərizəçidır. İş materiallarında olan Vİİ-JQ seriyalı, 399492 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X5, anası Ərizəçidır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində istifadədə olan 0.0596 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 8-ci mərtəbəsində 45.22 kv.m ümumi, 28.32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 69 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 885 nömrəli reyestr kitabının 82304 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 16, 69 saylı mənzil üzrə hüquq subyekti X17r. İş materiallarında olan X18, X9 və X27 tərəfindən tərtib edilmiş və 109 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2025-cı il tarixli aktdan görünür ki, həqiqətən hal-hazırda rəhmətə getmiş X6 və ailəsi ünvan 2 ünvanında 1986-cı il tarixdən bəri yaşamışdır, hazırda da ailəsi həmin ünvanda yaşayır. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ərizəçiyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə əsaslı hesab olunmalıdır. Belə ki, tədqiq olunan sübutlara əsasən, Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 19/428 saylı qərarının və xx.xx.1986-cı il tarixli, 225842 saylı orderin ərizəçinin mərhum həyat yoldaşı X3 məxsus olması, həmin qərarda və orderdə ailə üzvü kimi ərizəçi Əliyarova (Həsənova) Həvvanisə Murad qızının qeyd olunması, qeyd olunan qərarın və orderin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev (köhnə Şimal k.) küçəsi, 16 saylı evin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,63 m2 olan, üçotaqlı 62 saylı mənzilə aid olması öz təsdiqini tapır. Ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon XDS İK-nin xx.xx.1986-cı il tarixli, 19/428 saylı qərarının və xx.xx.1986-cı il tarixli, 225842 saylı orderin Ərizəçi mərhum həyat yoldaşı X3 məxsus olmasına, həmin qərarda və orderdə ailə üzvü kimi ərizəçi Əliyarova (Həsənova) Həvvanisə Murad qızının qeyd olunmasına, qeyd olunan qərarın və orderin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev (köhnə Şimal k.) küçəsi, 16 saylı evin 4-cü blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,63 m2 olan, üçotaqlı 62 saylı mənzilə aid olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar